ABŞ, Fransa və Brtaniya Yəməndə hərbi cinayətlər törətməkdə şübhəli bilinir 

Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya (BB) və Fransa Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrini silahlandırmaq, kəşfiyyat və material-texniki dəstəyi verməklə, Yəməndə törədilən hərbi cinayətlərə şərik ola bilər. Məlumdur ki, sözügedən koalisiya Yəməndə yerli husi üsyançılarına qarşı hərbi əməliyyatlar keçirir və bu ölkənin mülki obyektdərinə zərbələr endirir.

Bu barədə setyabrın 3-də Birləşmiş Millətlər Təşkilatındakı (BMT) mənbələrə istinadla, «Röyter» agentliyi xəbər verib. Mənbələr BMT-nin ekspertləri tərəfindən hazırlanmış məruzəyə əsaslanırlar.

Məlumata əsasən, BMT müstəndiqləri məxfi siyahı hazırlayıblar. Siyahıda, ötən 5 il ərzində Yəməndə hərbi cinayətlərlərin törədilməsində şübhəli bilinənlərin adları yer alıb.

Beynəlxalq müstəniqlər «hər iki tərəfdən potensial cinayəitləri aşkar ediblər, həm də bu məsələdə ərəb ölkələrinin «açar» tərəfdarlarının rolunu qeyd ediblər. İran isə husiləri müdafiə edən tərəf kimi qeyd olunub.

Məruzədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin başçılıq etdiyi koalisiya hava hücumları nəticəsində mülki şəxslərin öldürülməsində və aclıqla üzləşmiş bu ölkəyə məqsədli şəkildə ərzaq məhsullarının daxil olmasının bloklanmasında günahlandırılır.

Təsdiqlənir ki, müstəqil ekspert qrupu məxfi siyahını insan haqları üzrə BMT-nin Ali komisarı Mişel Baçeletə göndəriblər. Bu siyahıda beynəlxaq cinayətlərə görə cavabdeh olan şəxslərin adları göstərilir. Orada «fəaliyyətdə olan 160 başlıca şəxsin adları göstərilir ki, onların arasında Səudiyyə Ərəbistanının, BƏM və Yəmənin ali rəhbərlərinin adları var…».

«Yəmən hökumətində və ərəb koalisiyası hökumətlərində, Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı da daxil olmaqla, təmsil olunan şəxslər beynəlxalq normaları pozumaqla aviazərbələr endiriblər və aclıqdan müharibə aparmaq metodu kimi istifadə ediblər ki, bunlar da hərbi cinayətlərə bərabər sayıla bilər» - məruzədə belə deyilir.

O da qeyd olunur ki, «Fransa, Böyük Britaniya, Birləşmiş Ştatlar və digər dövlətlər tərəfindən Yəmənə silah göndərilməsinin qanuniliyi sual altındadır və müxtəlif yerli məhkəmə çəkişmələri predmetidir».

Xatırladaq ki, 2014-cü ilin əvvəlindən Yəməndəki vətəndaş müharibəsi nəticəsində 10 min nəfərdən artıq insan həlak olub, 3 milyon nəfər isə öz evini tərk etməyə məcbul olub. Səudiyyə koalisiyası 26 mart 2015-ci il tarixindən üzübəri husilərin obyektlərinə aviazərbələr endirir. Hava reydləri nəticəsində daha çox Yəmənin dinc əhalisi həlak olur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar