Rövnəq Abdullayevdən şok açıqlama

““Bulla-dəniz”dəki qaz yatağını özümüz yandırmışıq...”

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) anomal yüksək təzyiq nəticəsində qazın idarə olunmayan fontanının baş verdiyi “Bulla-dəniz” offşor yatağındakı 90 saylı kəşfiyyat quyusunda yanğını qəsdən törədib. Virtualaz.org-ın ABC agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə şirkət prezidenti Rövnəq Abdullayev bildirib.

O, qaz fontanında yaranmış yanğının mənfi nəticələrdən qaçmaq üçün şirkət tərəfindən törədildiyini bildirib.

“Fontan yanmasaydı, güclü partlayış baş verə bilərdi” – deyə R.Abdullayev bildirib.

ARDNŞ prezidentinin hesablamalarına görə, hər gün 2,5-3 milyon kubmetr qaz yanır ki, bu da bir müddət əvvəl “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunda yandırılan qazın sutkalıq həcmindən (6-7 milyon kubmetr) azdır.

Biz quyunu batırmaqla oradakı yanğını söndürə bilərdik, lakin bu, “Bulla-dəniz” yatağının sonu demək olardı. Lakin biz quyunu və yatağı xilas etməyə çalışırıq” – deyə Abdullayev qeyd edib.

Onun sözlərinə görə, bu gün quyuda qəzanın aradan qaldırılmasının ikinci mərhələsi keçirilir.

Xatırladaq ki, qəza avqustun 18-nə keçən gecə, quyunun 5868 metr dərinliyində baş verib. Hələlik “Bulla-dəniz”in ehtiyatları 17 milyard kubmetr qaza bərabər hesab edilir. ARDNŞ yanğını söndürmək və yatağı xilas etmək üçün Amerika şirkətini köməyə çağırıb. Bu, son onilliklər ərzində Xəzərdə baş vermiş ən irimiqyaslı texnogen qəzadır.

Qeyd edək ki, İqtisadçı ekspert Qubad İbadoğlu “Media forum”a deyib ki, yataqda hər gün yanan qazın miqdarı “Şahdəniz” yatağının gündəlik hasilatından çoxdur: “Bulla-Dəniz yatağında hər gün daxili qiymətlərlə 6 milyon manatlıq, dünya bazar qiymətləri ilə isə 16,5 milyon dollarlıq qaz yanır. Yanğın başlayandan ötən 15 gün ərzində zərər daxili qiymətlə 90 milyon manat, dünya bazar qiymətləri ilə isə 247.5 milyon dollara çatıb”.

Ekspert əlavə edib ki, dəyən zərər hər gün atdığı halda həm hasilata, həm də mühafizəyə məsul olan dövlət orqanları yanğının qarşısını almaqda acizlik göstərir: “Halbuki ötən bir neçə il ərzində təkcə Fövqəladə Hallar Nazirliyinə texniki potensialın gücləndirilməsi üçün 100 milyonlarla manat ayrılıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar