Lavrov Çini «böyük qardaş» kimi tanımaqdan intina edib – «Düz olmazdı…»

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, «İzvestiya» qəzetinə verdiyi müsahibədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, hazırda Rusiya və Çin munasibətləri görünməmiş strateji səviyyəyə yüksəlib, amma Çin Xalq Republikasını (ÇXR) «böyük qardaş» adlandırmaq düzgün olmazdı.

«Biz, istisnasız olaraq, dəfələrlə qeyd etmişik ki, bizim doktrinal sənədlərimizdə və praktik fəaliyyətimizdə suveren dövlətlər arasında münasibətlərədə, onun Çin olub-olmamasından asılı olmayaraq, lap hansısa bir kiçik ölkə olsun, qarşılıqlı faydalı yaxınlaşma diktat predmeti olmayacaq» - Lavrov qeyd edib.

O, bildirib ki, iki ölkənin münasibətləri hazırda kompromis və konsensus axtarışı əsasında formalaşır. Lavrovun sözlərinə görə, həm də Moskva və Pekin arasında qarşılıqlı fəaliyyət çoxsaylı sənədlərdə əksini tapıb və ardıcıl olaraq, praktikada reallaşdırılır.

«Təkrar edirəm, bu prinsiplər həm də ÇXR-nın xarici siyasətinin əsasında əksini tapıb. Nüvə güclərindən yalnız Rusiya və Çin BMT Nizamnaməsinin əsas prinsiplərinin təşəbbüskarları sırasındadır. Belə hərəkət güc toplayır. Biz, bunu fəal şəkildə davam etdirəcəyik» - diplomat əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar