Tanınmış hakimin katibi həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakiminin katibi həbs edilib.

"AzPolitika"nın Criminal.az-a istinadla məlumatına görə, uzun illər məhkəmə iclas katibi işləmiş Elman Məlikov artıq Kürdəxanı həbsxanasına göndərilib. O, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə eyni kamerada saxlanılır.

Əldə edilən ilkin məlumata görə, E.Məlikov Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa hakimi Faiq Qəniyevin icraatında baxılan ölüm işi ilə bağlı tərəflərdən birindən işi həll edəcəyini vəd verərək külli miqdarda pul alıb. Lakin işi həll etmədiyindən onun əməlinin üstü açılıb. Məsələdən xəbər tutan Ə.Abbasov və məhkəmə rəhbəri onu dərhal işdən azad edib.

Həbsindən bir müddət əvvəl E.Məlikov Criminal.az saytına barəsində yayılan xəbərləri qarayaxma adlandırmışdı: "19 il məhkəmədə qüsursuz işləmişəm. Məhkəmədən isə öz istəyimlə ayrılıb başqa işə keçmişəm".

635x100

Şərhlər

EJDER 2019-09-05 22:49:03

BU ANALOQU OLMAYAN HOKUMETDEMEHKEME ,HAKIM,EDLIYYE BOW WEYDI.ISLANAT BELE GELDI,HANI NATAMEZLERIN MAAWI DEFELERLE QALXIB,PENSIANERIN KI,UC MANAT ,GULMELIDI ,VALLAH.NATEMIZLAR IW BAWINDADIR,,BRAVO,,KARITAL,,GORMEMIWLAR HAKIMIYYETI,LUKAWENKO CANI

Son yazılar