Ermənistanda generalın oğlu silahlı insident törədib - FOTO

Dərc olunub: 05/09/2019 - 23:06

4e73e7b9-ffe2-488a-8c07-217e82679c93Ermənistanda atışma olub. “Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisəArmavir vilayətində qeydə alınıb.

Belə ki, sürücülər – 30 yaşlı Ara Qriqoryan26 yaşlı Koryun X. arasında yaranmış mübahisə silahlı insidentlə nəticələnib. Mübahisə zamanı Ara Qriqoryan tapança ilə Koryun X-a atəş açıb. Lakin sonuncu güllədən yayına bilib. Bundan sonra A.Qriqoryan şəxsi avtomobili ilə ərazidən uzaqlaşıb.
Araşdırmalar zamanı A.Qriqoryanın Ermənistan parlamentinin keçmiş deputatı, general Manevl Qriqoryanın oğlu olması müəyyənləşdirilib. A.Qriqoryan müvəqqəti sərbəst buraxılıb və ondan heç bir yerə getməməsi barədə iltizam alınıb.

Generalın oğlunda həmçinin bıçaq da aşkarlanıb.








loading...


Fikrinizi bildirin