"ÖLKƏ SİLKƏLƏNƏCƏK, CİDDİ PROSESLƏR BAŞ VERƏCƏK..." - Hikmət Hacızadə

“Rusiyanın sonluğunu çox acı görürəm. Narazıları susdurmaq üçün çox böyük, qanlı addımlar atmaq lazım olacaq”

Sentyabrın 8-də Rusiyada bələdiyyə və regional seçkilər keçiriləcək. Əsas diqqətlər Moskva Dumasına keçiriləcək seçkilərə yönəlib ki, bu seçkilərdə sistemdən kənar müxalifət kənarda qalıb. Bu da aylardır ciddi etirazlara səbəb olub. Şimal qonşumuzu etiraz dalğaları bürüyüb.

Artıq etiraz aksiyalarında saxlanılanlardan müxtəlif illər üzrə cəza alanlar da var. Bu da Rusiyada yeni siyasi məhbusların meydana çıxdığını göstərir. Ekspertlər bu faktordan Qərb dairələrinin istifadə edib Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyini ehtimal edirlər. Sentyabrın 8-dən sonra da şimal qonşumuzda narazılıqların səngiməyəcəyi qeyd olunur. Bunun da Rusiyada ciddi fəsadlar yaradacağı bildirilir.

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə musavat.com-a açıqlamasında Kremlin sonunu acınacaqlı gördüyünü vurğulayıb: “Bu, Rusiya dövlətçiliyinin demokratiya yolunda növbəti uğursuzluğudur. Get-gedə Rusiya birpartiyalı sistemə çevriləcək. Bu sistem də ölkəni idarə edə bilməyəcək və sonda böhranlar, süqut baş verəcək. Rusiyanın sonluğunu çox acı görürəm. Bu ölkənin sovet dövrünə qayıtdığını demək olar. Moskva Dumasına seçkilərə müxalifəti buraxmadılar. Hamısını çölə atdılar. Hər bir ölkədə paytaxt əsasdır. Bunun üçün də Putin iqtidarı Moskva ilə bağlı belə qanunsuzluqlara əl atdı. Rusiya demokratiyası növbəti uğursuzluğunu yaşadı. Buna çox təəssüflənirəm. Bilmək lazımdır ki, Moskva unikal şəhərdir. 140-150 milyonluq Rusiyanın harasında ağıllı adamlar varsa, gəlib Moskvaya tökülüşürlər. Ora Rusiyanın beyni, ürəyidir. Əgər orada demokratiya uduzdusa, bu o deməkdir ki, başqa yerlərdə, regionlarda da demokratiya uduzdu. Çox pis oldu”.

Hikmət Hacızadə ile ilgili görsel sonucu

Sabiq səfir Rusiyadakı etiraz aksiyalarına da toxundu: “Rusiyada əvvəllər də siyasi məhbuslar var idi. Sadəcə, indi onların miqdarı çoxalır. Xüsusilə son aylardakı aksiyalar məhbusların sayını artırdı. Dünyada Rusiyanın imici onsuz da bərbaddır. Bu ölkəyə qarşı sanksiyalar tətbiq olunub, onun aqressiv xarici siyasətinə görə. Bu siyasət davam etdikcə, sanksiyalar daha da artacaq. Rusiya get-gedə təcrid olunacaq. Bu isə hökumətin süqutu ilə nəticələnəcək. İndiki bu dövlət birpartiyalı sistemlə idarə oluna bilməz. Vəziyyət belədir. XIX-XX əsrlərdə bu, mümkün ola bilirdi. Amma indi mümkünsüzə çevrilib. Rusiyanın, əfsus ki, sonunu süqut gözləyir. Siyasi məhbuslarla bağlı şimal qonşumuza qarşı yeni sanksiyalar tətbiq olunacaq. Siyasi  məhbuslar köhnə sanksiyalara da bəraət qazandıracaq. Əvvəllər sanksiyalar olanda müxtəlif fikirlər formalaşırdı ki, bu sanksiyalar düzdür ya yox, yaxud tətbiq edilsin, ya yox. Amma indi deyəcəklər ki, baxın, sanksiyalar düzgün imiş. Bunun üçün də sanksiyaların getdikcə genişlənəcəyini düşünmək olar”.

Politoloq narazılıqların seçkilərdən sonra da davam edəcəyini düşünür: “Proseslər bitən deyil. Orada çox inadkar bir kəsim yaranıb. Onlar radikallaşacaqlar. Onları susdurmaq üçün çox böyük, qanlı addımlar atmaq lazım olacaq. İnterneti bağlamaq, tərpənən adamların hamısını içəri salmaq, təşkilatları bağlamaq kimi üsullardan istifadə edilə bilər. Bu da rus iqtidarı üçün çox böyük bir biabırçılıq olacaq. Bu və ya digər formada yeni etirazlar gözlənilir. Orada qəhrəman adamlar var. Onlar danışacaqlar”.

H.Hacızadə Putinin iqtidardan devrilməsinin, hələ ki, mümkünsüz olduğunu söylədi: “Rusiyadakı narazı kütlənin Putin hakimiyyətini yıxmaq gücü yoxdur. Amma hökumət də narazı kütləni susdurmaq iqtidarında deyil. İkitirəlik bir sözlə yaranıb. Nə onlar bunu, nə də bunlar onları yıxa bilir. Rusiyada inqilabın baş verib-verməyəcəyini, hələ ki, heç kəs proqnozlaşdıra bilməyib. Mən də bunu deməkdə çətinlik çəkirəm. Amma ölkə silkələnəcək. Çox ciddi proseslər baş verəcək. İnqilabın olması üçün həm xalqın etirazı olmalıdır, həm də elita parçalanmalıdır. İndiki halda rus elitasının parçalanmasını görmürəm. Ola bilər ki, nə vaxtsa bu, baş tutsun. O zaman ciddi dəyişiklər ehtimalı çoxalacaq”.

635x100

Şərhlər

Nureddin Hacizade 2019-09-06 10:16:42

Bu dediyiniz politoloq yazir rusiya sanksiyalardan sonra tectid olunar bunlar qezet televizora baxmirlar gorsunler o sanksiyalara Putin hec tesir etmir. hele butun dunya meselelerinde onsuz hec bir shey hell olmur. Putin onu yeniden boyuk sekkizleye qaytarmaq isteyenlere Cini ve Hindistanin da qoshulmasini isteydiyini deyir, Erdogan ona bizim de adimizi teklif edeydin C 400 ler almisiq bunlarda yeqin xeberiniz yoxdur,....bizim rusiyada 2 milyon qardashlarimiz yashyir

adamsiz 2019-09-06 10:16:42

Demek Pasanyan teze kucelere cixanda bu politoloq AZ Tv de agiz dolusu danisirdi ki gorursuz bu artiq demokratik adamdi mubarize aparir amma Qarabagin adini hec cekmir. Indi bundan sorusmaq lazimdi ne oldu ? Bu hamsindan ireli getdi ki. Adamin savadsizligi uze cixanda xecalet cekir. Bunlar ise ....

Adamsiz 2019-09-06 10:16:42

Allah olenlerine rehmet elesin ay kohne azerbaycanli. Men bilmedim politoloqun fikrini oxudum. Yoxsa falci melehetin. Belke bele olacaq ya bele olacaq. Ele men siyasetci deyilem vaxtsiz vedesiz bunlari ele mende deyerdim. Belke inqilab oldu belke yox. Tutar qatiq tutmaq ayran. Bu politoloqlar goresen ne qeder maas alir. Ele men iscizem bele proqnozlari sehife sehife yazaram. Bir dene politoloq var bizde qara kisidi gombul. Adini bilmirem. O da deyesen menim kimi issizlikden kesib politologiyaya.

Köhnə azərbaycanlı 2019-09-06 10:16:42

Rəhmətlik Vəfa Quluzadə də təxminən 10 il səsləndirdi ki Rusiya parçalanacaq, dağılacaq. Vəfa müəllim artıq 5 ildən yuxarıdır ki rəhmətə gedib, Rusiya indi də dünyaya meydan oxuyur.

NURəddin 2019-09-06 10:16:42

BÜTÜN DÜNYA RUSİYANIN SÜQUTUNU GÖZLƏDİYİ HALDA BİZİM POLİTOLOQ BUDAN ƏFSUSLUQ HİSSİ KEÇİRDİYİNİ SÖYLƏYİR.BİLMƏKM OLMUR Kİ, ADAM RUSİYANIN TALEYİNDƏN NƏ ÜÇÜN BU QƏDƏR NARAHATDIR? (5-ci abzasın 8-ci sətrinə bax)

EJDER 2019-09-06 10:16:42

BELE CIXIR KI,URUSDA AANALOQU OLMAYAN INKIWAFDAN BEZIB.NAQARACUQ,BES BIZIM ANALOQU OLMAYAN YAPCILAR ORDEN ,MEDALLARI KIM VERECAQ,HIYYY.LUKAWENKONUN VEZIYYETI URUSCANDI,UTANMA,PUL,PARA LAZIM OLSA VIZIF AT,BRAVO KIMI SUTKANIN BUTUB VAXTI QULLUQUNDAYIQ,SARAKOZI CANI ...OY LA LA

Son yazılar