ERMƏNİ AİLƏSİNİN AZƏRBAYCANDAKI BİZNESİ VƏ... - Şok faktlar + VİDEO

"GN Tobacco Sweden” şirkətinin məhsulları Azərbaycanda satılır. ARB telekanalının araşdırmalarından sonra məlum oldu ki, şirkətin rəhbəri Gevorq Nalbandyandır. Tütün biznesi erməni ailəsinə 1937-ci ildən qalıb.

Adı çəkilən şirkətin məhsulları Azərbaycan bazarında da satılır. Şirkət rəhbəri Qarabağdakı separatçılara maddi yardım göstərir.

Mağazalarda sözügedən şirkətin məhsullarının satıldığı əyani olaraq da müəyyən edilib.

Qeyd edək ki, məhsulları Azərbaycan bazarında da satılılan Nalbandyan ailəsinin şirkətinin məhsulları deyil.  Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin bəzilərinin  başında ermənilər durur. Onlardan bir neçəsini təqdim edirik:  

- Rəhbəri erməni olan və Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri "Yandex taxi"dir. Bildiyimiz kimi, 2017-ci ilin iyul ayında "Yandex" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində biznesin birləşdirilməsi barədə saziş imzalayıblar. Müqaviləyə əsasən birləşmiş şirkətdə "Yandex" 59,3% paya malikdir. Bu həm də o deməkdir ki, Azərbaycanda "Uber" adı ilə fəaliyyət göstərən taksilərin qazandığı pulun yarıdan çoxu erməni əsilli Tiqran Xudaverdyanın rəhbərlik etdiyi "Yandex taxi" şirkətinin kassasına daxil olur.

Kimdir Tiqran Xudaverdyan?

Bu şəxs 28 dekabr 1981-ci ildə İrəvanda anadan olub. 2004-cü ildə Moskva Dövlət Universitetinin fizika fakultəsindən məzun olub.

2006-cı ildən "Yandex" şirkətində çalışmağa başlayıb. 2014-cü ildən "Yandex taxi" şirkətinə rəhbərlik edir. Bu ilin may ayında "Yandex" şirkətinin Direktorlar Şurasına üzv olub və şirkətin əsas səhimdarlarından birinə çevrilib.

- Rəhbəri erməni olan və Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri də "Sputnik" xəbər agentliyidir. Bu agentlik Rusiyanın və eləcə də dünyanın ən böyük media şirkətlərindən biri

hesab olunur. Xəbər agentliyinin başında isə erməni əsilli Marqarita Simonyan dayanır.

Kimdir Marqarita Simonyan?

Bu şəxs 6 aprel 1980-ci ildə Rusiyadən Krasnodar vilayətində erməni ailəsində dünyaya gəlib. Kuban Dövlət Universitetində və ABŞ -da jurnalistika təhsili alıb. 2005-ci ildən "Russia Today" telekanalına baş redaktorluq edir. 2014-cü ildət etibarən isə "Sputnik" xəbər agentliyinin baş redaktoru təyin olunub. Erməni əsilli Marqarita Simonyan dəfələrlə Rusiyanın yüksək dövlət mükafatları ilə təltif olunub. Marqarita Simonyan erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayan ilə evlidir.

- Rəhbərlərindən biri erməni olan və ölkəmizdə böyük biznes fəaliyyəti gösrərən şirkətlərdən biri də Rusiyanın nəhəng neft şirkətlərindən olan "RussNeft"dir. Bu şirkət Azərbaycanın quruda yerləşən neft yataqlarının böyük əksəriyyətini istismar edir. Hazırda quruda yerləşən neft yataqları üzrə 12 saziş imzalanıb. Bu sazişlərin bəziləri "RussNeft"ə bağlı olan şirkətlərlə - "UQE Lanser PTİ. LTD", AZEN, "Qlobal Energy Azərbaycan", "Neftçala İnvestments LTD" ilə bağlanıb. Bu şirkətlər hazırda Azərbaycanın ən böyük quru neft yataqlarında 75-85% paya sahibdirlər. Həmin quru neft yataqları arasında "Balaxanı-Sabunçu-Ramana", "Kürdəxanı", "Binəqədi", "Qırməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ", "Sianşor", "Kürovdağ", "Mişovdaq", "Kəlaməddin", "Neftçala", "Xıllı", "Dürovdağ-Babazanan" kimi fəaliyyətdə olan yataqlar yer almaqdadır. Azərbaycanda böyük layihələrə imza atan "RussNeft" şirkəti erməni əsilli maliyyə mütəxəssisi, "Safmar” şirkətinin baş direktoru Avet Mirakyanı Direktorlar Şurasına daxil edib.

Kimdir Avet Mirakyan?

23 may 1974-cü ildə İrəvanda anadan olub. Avet Mirakyan 1996-cı ildə İrəvan Dövlət Universitetinin məzunudur və bir müddət Ermənistan Mərkəzi Bankında çalışıb. Daha sonra Rusiyada müxtəlf banklarda, eyni "Artur Anderson" və "Ernst and Young" kimi audit şirkətlərində işləyib. 2007-ci ildə Qutseriyevə məxsus “Binbank”a vitse-prezident təyin olunub. 2016-cı ildə isə Qutseriyevin "Safmar"ın şirkətinin baş direktoru olub. Hazırda Mirakyan erməni millətindən olan şəxslərlə olduqca sıx münasibətləri malikdir. Bunu "RussNeft"in Direktorlar Şurasının yeni üzvünün "Facebook" sosial şəbəkə hesabından açıq şəkildə görmək mümkündür.

AzPolitika.info

635x100

Şərhlər

Məhəbbət 2019-09-06 14:44:41

Araşdırmaçıya eşq olsun! Qəribəsi budur ki,bəzi məmurların və mühüm vəzifə sahiblərinin kökləri,nəsilləri,hətta arvadları erməni olanlara heç güldən ağır söz deyən yoxdur.Keşmiş baş nazır,Dövlət Bayraq meydanın keçmiş rəhbəri,nə bilim kimlər,kimlər.Məyər PA,MM,DTX,RP,DİN,NK,MN,DSX və digər mühüm qurum və təşkilatlar bilmirlərmi ki,kim azərbaycanlıdır,kim ermənidir?Əlbəttə bilirlər.Sadəcə bəziləri üçün düşməndən rüşvət aldığı “pul” vətəndən şirindir. İndiki müasir dövürdə istər dövlətimizin daxilində,istərsə də kənar dövlətlərdən dövlətimizə daxil olan olanların “PASPORT”u xüsusi mühafizə orqanları tərəfindən yoxlanılır və həmin pasporta əsasən vətəndaşın kimliyi,milliyəti,nəsli,kökü,hətta həyatı boyu fəaliyyəti açıq-aydın bəlli olur.Belə olan halda sual meydana çıxır.”Ey hörmətli Vətənimizin Dövlət sərhəddində xüsusi miqrasiya rejiminə nəzarət edən,daxil olan vətəndaşların sənədlərini yoxlayan, daxil olmaya əsasını aydınlaşdıran xidmət orqanları niyə düşməni Vətənimizə buraxırsınız? Siz gözəl bilirsiniz ki,ermənilər bu günə qədər ana-bacılarımızı,qardaşlarımızı əsirlikdə saxlayır,onlara işgəncə verir,ana-bacılarımızın namusunu özləri üçün tapdaq edir.Belə olan halda Sizlərin vicdanı necə qəbul edir ki,düşməni vətənə buraxırsınız?”

Məhəbbət 2019-09-06 14:44:41

Hərmətli AzPolitikanın baş redaktoru Sizdən xahiş edirəm bu araşdırmanı daima yuxarı cərgədə saxlayın ki, bəlkə kimlərsə qeyrəyə gələrlər.Hacıbala,Qüdrət və onlara bənzər bəzilərini haqqında yazılar qalsın arxa cəbhədə.

Bashirov Qarib 2019-09-06 14:44:41

Ermənilərlə oturub durmaq....

EJDER 2019-09-06 14:44:41

HA HA HA MALADES,,BRAVO,,KAPITAL CANI.BUNA ANALOQU OLMAYAN INKIWAF DEYILIR.WIROKO WAQAYET AZEBIJAN.BU HELE XIRDA MIRDADI,ESASLARI VAR KI,WREF,WOHRET ORDENLERI ILE BIZI ,,INKIWAFA,,APARIRLAR,HA HA HA .

Köhnə azərbaycanlı 2019-09-06 14:44:41

Sonra da deyirik ki İran Ermənistana kömək eləyir, Ermənistan neft müqavilələrindən kənarda qalıb. Qəmlo demişkən ermənilər gəlib girib burnumuzun dibinə bizim xəbərimiz yox. Bəs necə elə bilirsiniz Rusiya öz medallarını məmurlarımıza hələ belə paylayır.

Neft mexaniki 2019-09-06 14:44:41

Hörmətli MVləri, Sizlərin qəbul etdiyiniz qanun (ermənilər də daxil olmaqla) azərbaycan vətəndaşlarını bəzi biznes paylarından məhrum edib!? Çox gec də olsa, qanuna yenidən baxsanız bəlkə bu şərhin müəllifini də dəvət edəsiniz?

Türk 2019-09-06 14:44:41

Bu onun nəticəsidir ki ... Ya anası, ya arvadı erməni olanlar çoxdur. Bəlkə də lap çoxdur. Ona görə də Qarabağı onlar imkan vermirlər almağa.

Elli 2019-09-06 14:44:41

... Azərbaycanın neft-qaz kontraktlarında hətta ermənilər də şərik olub.....day bunlara heç bir sözüm yoxdur....bunlara bircə sözüm var "malades" qeyrətinizə.

Bankir 2019-09-06 14:44:41

Uzaga niye gedirsiz? Nikoil bankin mudru Nikoloz deyirler ermeni esillidi. Azerbaijanda 20 ile yaxindir ki bank sisteminde chalishir lakin Azerbaijanli ishcilere qul kimi munasibet gosterir.kim ona ne deye biler? Hech kim

Son yazılar