Erməni mer postundan istefa verdi

Son günlər Ermənistan hakimiyyəti növbəti təlatümlərlə üz-üzədir. Nikol Paşinyanın yaxın silahdaşlarından biri mandatdan istefa verdikdən sonra növbəti istefa xəbəri yayılıb.İcevan şəhər meri Vardan Qalumyan postundan istefa verdiyini bəyan edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, 2011-ci ildən şəhərə rəhbərlik edib. Bu barədə yayılmış xəbəri Tavuş vilayətinin qubernatorunun təhlükəsizlik məsələləri üzrə müşaviri Nikolay Qriqoryan da təsdiqləyib. Bildirib ki, Qalumyan istefasının səbəbini açıqlamayıb. Bəyanat yaxın günlərdə müzakirəyə çıxarılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar