Anarın təklifi qəbul edildi: “Nobel”ə alternativ yaradılır - 1 milyonluq mükafat

Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşüb.

Bu barədə BakuPost-a Birliyin mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, Anar I Asiya Yazıçılar Forumunda çıxış edib:“Çıxış zamanı Qazaxstanın prezidenti Qasım-Comərd Tokayev də ordaydı. Anar müəllim Forumda çox gözəl təkliflərlə çıxış elədi. Onun çıxışı hamı tərəfindən, o cümlədən president Tokayev tərəfindən çox yüksək qiymətləndirildi. Buna görə də Forumun ikinci günü Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Anar və bir qrup başqa yazıçı ilə görüşdü”.

X.Rza I Asiya Yazıçılar Forumu haqqında da danışıb: “Forumun məqsədi Nobel mükafatına alternativ sayılacaq “Böyük Asiya” mükafatını təsis etməkdir. Mükafatın məbləği 1 milyon dollar olacaq. Qazaxstan dövləti bunu öz ölkələrini Asiyanın mədəni, ədəbi mərkəzinə çevirmək məqsədi ilə təsis edir. Yəqin ki, forumun işi yekunlaşandan sonra mükafat təsis olunacaq”.

Qeyd edək ki, sentyabrın 4-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində I Asiya Yazıçılar Forumu işə başlayıb. Azərbaycandan Forumda Yazıçılar Birliyinin sədri Anar Rzayev, qurumun mətbuat katibi Xəyal Rza iştirak edir.

Forumun işi bu gün başa çatır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar