Qaradağ Rayon İcra Hakimiyyətində Məhərrəmlik mərasiminə hazırlaşır - Müşavirə keçirilib

6 sentyabr 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Məhərəmlik mərasiminə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Qaradağ Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Samir Həsənov, başçının müavinləri, şöbə müdirləri Lökbatan, Sahil, Müşviqabad, Qızıldaş və Ümid qəsəbələrinin qəsəbə nümayəndələri, eyni zamanda həmin qəsəbələrdəki məscidlərin imamları iştirak edirdilər.

Müşavirəni Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov açaraq Məhərrəmlik mərasiminin mahiyyəti və qarşıda duran vəzifələr haqqında danışdı. Öz çıxışında dövlət din münasibətlərinin bu gün yüksək səviyyədə olduğunu, dini mərkəzlərə göstərilən dövlət qayğısını, ölkəmizdə mövcud dini tolerantlığın höküm sürdüyünü qeyd etdi. Rayonumuzda da dini qurumlara yüksək münasibət göstərildiyini, qarşıdan gələn Aşura gününün adət ənənələrimizə və tələb olunun dini qaydalara uyğun keçirilməsini müşavirə iştirakçılarının nəzərinə çatdırdı. Dini adət ənənələrimizə yad olan sinə döymək, qan çıxarmaq, zəncir vurmaq və azyaşlıları mərasimə cəlb etməyin yolverilməz olduğunu bildirdi.

Digər çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Samir Həsənov, Qaradağ Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov üzərlərinə düşən vəzifələrin öhdəsindən lazımi səviyyədə gələcəklərini və mərasim iştirakçılarının təhlükəsizliyinin təmin olmasına səy göstərəcəklərini qeyd etdilər.

Lökbatan qəsəbə məscidinin imamı Hacı Faiq, Sahil qəsəbə məscidinin imamı Hacı Fazil çıxış edərək bildirdilər ki, qəsəbələrdə Məhərrəmlik və Aşura mərasimləri ilə əlaqədar keçiriləcək bütün tədbirlər Qafqaz Müsəlmanları İdarəsinin tələblərinə və mövcud adət ənənələrimizə uyğun olacaqdır. Mərasimə gələn ziyarətçilərin yerləşməsinə, təhlükəsizliklərinin təmin olunmasına xüsusi diqqət yetirilək, söylənilən moizələrdə heç bir qeyri ifadələrin işlədilməyəciyini vurğuladılar.

Müşavirəni Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov yekunlaşdıraraq, bir daha Məhərrəmlik mərasimlərinin Qaradağ Rayonunda yüksək səviyyədə keçirilməsi ilə əlaqədar öz tövsiyələrini bildirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar