«Putin 11 sentyabrdan əvvəl Buşa zəng vurub» - MKİ-nin sabiq analitiki

2001-ci ilin 11 sentyabında Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş terror aktlarından 2 gün əvvəl Rusiya prezidenti Vladimir Putin Amerikalı həmkarı Corc Buşa (oğul) zəng vurub və təhlükə barədə xəbərdarlıq edib. Bu barədə ameprikalı politoloq-diplomat, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya üzrə sabiq analitiki Corc Bibi özünn yeni kitabında söhbət açıb.

«Putin prezident Buşa zəng vuraraq, xəbərdarlıq edib ki, Rusiya kəşfiyyatı yaxınlaşan terror kampaniyasının- çoxdan hazırlanan və Əfqanıstandan qaynaqlanan kampaniyanın əlamətlərini müəyyən edib» - Bibi öz kitabında yazıb.

O, qeyd edib ki, faciənin baş verdiyi gün - 11 sentyabrda - Putin xarici liderlər sırasında ilk olaraq başsağlığı vermək üçün Ağ evə zəng vurub.

11 sentyabr 2001-ci ildə «Əl-Qaidə» təşkilatının19 döyüşçüsü 4 sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisini terrorçular Ümumdünya Ticarət Mərkəzinin (ÜTM) Nyu-Yorkdakı qüllələrinə, üçüncüsünü isə Pentaqonun Vaşinqtondakı binasına yönəldiblər. Dördüncü təyyarə isə ABŞ paytaxtına doğru uçub, ancaq Şenqsvill şəhərinin (Pensilvaniya ştatı) yaxılığında qəzaya uğrayıb.

Terror qruplaşmasının törətdiyi terror aktları nəticəsində 3 minə yaxın adam həlak olub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar