Bakıda yeniyetmə qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 14 yaşlı qız xəsarət alıb.

Apa xəbər verir ki, hadisə Nobel prospektində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü İslamzadə Nigar Hikmət qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar