Türkiyədə azərbaycanlı fəhləni “tok” vurub öldürdü

Türkiyədə azərbaycanlı fəhləni “tok” vurub öldürdü.Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, hadisə şəhərin Fatih bölgəsində baş verib.

Məlumatda bildirilir ki, iş mərkəzlərinin birində çalışan 22 yaşlı Rüfət Fəhradov beşmərtəbəli binada optik internet kabeli çəkərkən beton kölgəliyindəki elektrik axınına düşərək həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Gənc oğlanın meyiti İstanbul Yenibosnadakı Tibbi-ekspertiza mərkəzinə təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar