YAP-dan SABİQ NAZİRLƏRƏ AĞIR İTTİHAMLAR VƏ HƏDƏLƏR - "Hamınızın siyahısı var, kimə nə verirsiniz...”

Siyavuş Novruzov: "Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər!"

Deputat vaxtilə yüksək post tutanlara  xəbərdarlıq etdi: “Ya mövqeyini bildir, ya da... vəziyyətin çox ağır olacaq!”

Son vaxtlar ilginc açıqlamaları ilə diqqət mərkəzində olan Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlamalar verib.

“Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində hakim partiyanın funksioneri bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər. “Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!”, S.Novruzov eks-məmurlara sərt ritorika ilə xitab edib.

YAP rəhbərliyində təmsil olunan komitə sədri əməkdaşımızla söhbəti zamanı xatırlatdı ki, vaxtilə həmin eks-məmurların törətdiyi əməllərə, yol verdikləri qanunsuzluqlara görə hakim komanda hədəf olub: “Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!""

S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək şok ittiham irəli sürdü: “Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”. YAP rəsmisi daha sonra bəyan edib: “Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”

“Bu xəbərdarlıq və ittihamlar konkret olaraq kimə, yaxud kimlərə ünvanlanıb”, sualımıza cavabında isə S.Novruzov yenə də israrla ad çəkmədi: “Mən konkretləşdirmək istəmirəm. Amma keçmişdə nazir vəzifəsində işləyiblər, yerinə yeniləri gəlib, onları nəzərdə tuturam. O insanlar ulu öndərə, cənab prezidentə minnətdar olmalıdır ki, neçə illər ərzində bu dövlətin naziri kürsüsündə oturub. Amma bu gün onlar tamam başqa yol tutublar. Nə səsləri çıxır, nə sorağı. Dövlətin sizə borcu var idi? Sən dövlət yaratmısan?! Dövləti biz yaratmışıq, mübarizə ilə. Xalq hərəkatında olmuşuq, müharibələrdən keçmişik, digər işləri görmüşük. Sən də gəlib oturmusan, dövlətin naziri olmusan. Nazirlikdən çıxandan sonra elə bil ki, küskün bir adam kimi çəkilib qırağa. Atan vermişdi sənə, ya adına yazılmışdı bu vəzifə?!”

S.Novruzovun sözlərindən belə məlum olur ki, eks-nazirlər hakim partiya ilə də əlaqə saxlamırlar: “Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də...var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam! Amma söhbət partiyadan getmir. Çıx ortaya, mövqeyini bildir! Sən bütün nəsil-nəcabətini təmin eləmisən. Çıx ortaya! Çıxmasan, biz çıxacağıq. Onda vəziyyətin çox ağır olacaq”.

Maraqlıdır, sabiqlərdən konkret olaraq hansı mənada mövqe tələb olunur? Onlar nə etməlidirlər? S.Novruzov: “Dövləti, dövlətçiliyi, milləti, Prezidenti və Birinci vitse-prezidenti, ailə üzvlərini müdafiə ilə bağlı mövqe tələb olunur. Təbii ki, onların müdafiəyə ehtiyacı yoxdur. Amma mən onların mövqeyini öyrənmək istəyirəm. Bilmək istəyirəm ki, siz kimin yanındasınız?!”

Hakim partiyanın icra katibinin müavini sabiq məmurlarla bağlı faktlarının olduğunu bir daha israrla bildirdi: “Mən heç vaxt əsassız yerə danışmamışam, danışmıram da. Mənim konkret məlumatlarım var. O gün prezidentlə bağlı əsassız iddia irəli sürdülər. Mən bu iddianın müəlliflərindən birinə dedim ki, əsassız məlumatdır, səhər cənab prezidentin özü ilə danışmışam, belə iddialar səsləndirmək yaxşı deyil. Amma iddialarını davam etdirdilər, ancaq çox keçmədi ki, saxta məlumat yaydıqları məlum oldu. Yəni mən bilirəm nə deyirəm. Mən bir daha çağırış edirəm, göstərin ki, siz kimin tərəfindəsiniz? Özü də hamısına deyirəm: atan-baban sənə bu vəzifəni verməyib. Bu vəzifəni sənə ulu öndər verib, cənab prezident verib. Bunun hesabına da sən çox şeylər əldə etmisən! Odur ki, onlara müraciət edirəm, çıxsınlar ortaya mövqelərini bildirsinlər!”

Maraqlıdır, eks-nazirlər S.Novruzovun bu xəbərdarlıq-müraciətinə necə reaksiya verəcəklər? Mətbuata telefonlarını qapatmış bir sıra keçmiş nazirlər bundan sonra heç olmasa media mənsublarının suallarına cavab verəcəklərmi? İstənilən halda, S.Novruzovun müraciəti, ittiham və xəbərdarlıqları sıradan bir məsələ deyil...

635x100

Şərhlər

qaçqın 2019-09-07 10:35:41

Naxçıvan atalar sözü--h..... sürüyə qurd gətirər=danışanda bir düşünsənə a Siyahvuş-

Vətəndaş 2019-09-07 10:35:41

Ay Siyafuş müəllim, Şəkinin İcra başçısı ayda 10-gün işdə olmasına baxmayaraq,9-ildir ki icra başçısıdır , buna münasibətinizi bildirin ?

Siyavuş müəllimə 2019-09-07 10:35:41

Guya Siyaquş Amerik açıb? Kadrları qohumbazlıq olduğundan cinayətlər ya gizlədilir.ya da üstündən yan keçirlər.Bir kasıb əlacsız qalıb bir toyuq oğurlasa hamısı,(DİN.DTK və mhkəmələr ayıqdırlar.mma milyonları,milyadarı oğurlaığları bəlli olan YAP-çılardan soran tapılmır.Bu da yeni sonradan Azərbaycanlılar partiyasının məramnaməsi!Bunu xalqçoxdan bilir.

Tahir-Siyavuş Novruzova 2019-09-07 10:35:41

Ustündən 1 sutka keçib hələ də 1 kopəyoglu nazir qımıldanmayıb.İndi baxaq görək belə davam etsə(edəcək) Siyavuş o SİYAHINI xoda buraxacaqmı.YOX.Çünki nazirlər düşünür ki, Siyavuş BLEF YAPIR.Nazirləri qoyaq bir kənara.Bəş İcra hakimiyyəti başçıları,bir o qədər də YAP sədirləri hanı? Bunlar ÖLÜBLƏR. Siyasi şuranın, İdarə heyətinin üzvəlri,ÖLÜBLƏR? Yox bunlar ölməyiblər, diridirlər.Hər şeyi görürlər, amma SUSURLAR. ÖLƏN İSƏ YENİ AZƏRBAYCAN PARTİYASIDIR.Efirdə YAP kimi görünən isə YAP-ın BAŞ DAŞIDIR SİYAVUŞ....

Alı 2019-09-07 10:35:41

Siyavuş səndogru deyirsən.Lap elə konkret ad çəksən daha effekli olar.

Arif 2019-09-07 10:35:41

Yazmırsan deyillər millət avamdır, ay Siyavuş müəllim, dediyiniz hansı sabiq nazirlər təyinediləndə və yaxud kənarlaşdırılanda müəyyən şərtlər üzərindən keçmir?Bu sabiq nəzir yığan nazirlərə "XOX"gəlməkdənsə, bugündə sabiqlərin iş prinsipini davam edən, (bəzi hallarda onlardan daha çox mənfi formada)sadiqlərin namizədliyini verən, arxasında qalan, gözə görünməyənlərin haqqında bir-iki kəlmə söyləsəydiniz pis olmazdı, ip ücü üçün yazıram, NRYT-da sırf rabitəçilərə qarşı teror edirlər.

S.Ənvərqızı 2019-09-07 10:35:41

Siyavuş müəlim,indiki məmurlar(nazirlər) vətəndaşın müraciətlərinə baxmırlar və sosial narazılıqlar yaratmaqnan məşğuldurlar ? Səbəbini bilmək istəyiik ?"Vətəndaşların Müraciətləri Haqqında"Qanunda dəyişiklik edilməlidir,belə ki, vətəndaşın müraciətinə qanunsuz cavab verən məmur haqqında ciddi cəza tədbiri görülməsi üçün nəzarət qanunu olmalıdır.Rabitə Nazirliyində vətəndaşın müraciətlərinə baxmırlar,belə özbaşnalıqlar heç bir dövrdə olmamışdır?Təkrar edirəm vətəndaşları dövlətdən narazı salan yal.məmurlar

Əli 2019-09-07 10:35:41

Su meymunun boğazına çatanda balasını qoyur ayağının altına.Deməli artıq su boğaza çatıb.Normal hökümətdə naziri biliyinə,xalqa sədaqətinə görə təyin edirlər bizdə isə bir qrup adama ixtiyar verirlər ki ye ancaq bizə sədaqətli ol

Arif 2019-09-07 10:35:41

Doğurdanda çox gülünc tələbdir, buna bənzər olmuş bir hadisəni yazıram, İranda islam inqlab zamanı, Xumeyninin tərəfdaşları dəmir, hava, dəniz yolarında sadə insanların qabağını alaraq sual edirmişlər, siz islamçılardansız yoxsa pəhləvilərdən bir fağır adam cavab verirki nə islamçıyam nəddə pəhləvi bu zaman islamçılar fağırın üstünə qışqırırlarki, onda bəs sən kimsən, yazığ bunların kimliyini bilmədiyinə görə qorxusundan bilmir islamşı desin yadə pəhləviçi, ona görədə deyir mən özümçün elə-belə qurumsağam.

bisavad 2019-09-07 10:35:41

Cənab YAP funksioneri Siyavuş Novruzov milyardları yiğanda SİZ harada idiniz? Niyə göz yumurdunuz. Hansı müharibəni aparmısan.Sİz həmişə mücərrəd danışırsınız. Bir vaxt sürətli inkişafdan indi isə talançıqdan danışırsınız. Hansı doğrudur?

AAgahuseyn 2019-09-07 10:35:41

Siyavuş müə.köhnə YAP-ılar can qoydu indi də 590-AZN təqaüdlə dolanırlar əyər belə demək mümkünsə.Ə Haqıyev nazir olanda xəstəliklə pensiya cıxandan hec kəs rüşvət tələb etmirdi Müslümovun ALLAH bəlasın versin bizi zəlil etdi.İndi onlardan mövqe soruşursan satqının mövqeyi olmur.Kecmiş nazirlərin atasına rəhmət məsələn Ə NAQIYEV,M MƏRDANOV,F ƏLİYEV VƏ Ə İNSANOV.İndikilərin coxu adam balsaı deyil.Köhnələrdən az qalıb insaflı.

EJDER 2019-09-07 10:35:41

BU ANALOQU OLMAYAN HAKIMIYYETIN BIR TƏMİZ NAZIRI, MEMURU YOXDUR,KIM TANIYIR DESIN,,GENNESIN ,,REKORDLAR KITABINA TEQDIM EDEK,,BRAVO,,KAPITAL,,MALADES .NEJE DEYERLER,HAYY HAYLA GELEN MVAY VAYLA GEDER ,AYE.GORMEMIWLER ....

Vətəndaş 2019-09-07 10:35:41

Tam doğru danışır. Xalq və dövlət qarşısında hesabat verməlidirlər. Bu məmləkətdən sərvətlənən hər kəs. Hətta özəl iri sektorda yer tutanlar da.

Vaqif 2019-09-07 10:35:41

Millət adlı dostum, necə yaşayacaq, o nəzərdə tutduğu nazirlərlərdən aldığı sədəqələrlə.

yusif-1313 2019-09-07 10:35:41

Siyavuş!Deməli sizlər bu şəxslərin indiyə qədər də dövləti və xalqi talan etdiklərini bilərək susurdunuz.Əgər onlar sizin mövqeyinizi müdafiə edərlərsə bundan sonra da susacaqsiniz.Bu nə dövlətcilikdir.Bir sözlə ayib olsun.

sual 2019-09-07 10:35:41

Sual Siyavuş Novruzova : Kimlərin icazesi ve raziliqi ile, “Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər!” ?

Edalet 2019-09-07 10:35:41

Guya neyneceysen ki onlara?

S.Ənvərqızı 2019-09-07 10:35:41

Hörmətli Novruz müəllim,təyin olunan nazirlər sabiq nazirlərin ölənlərinə rəhmət oxutdururlar.Dövlətimizi və Rəhbərini qəlbən sevən bir ailənin başçısı Rabitə Naziri Ramin Quluzadənin qəbulunda bir neçə dəfə olmasına və dəfələrlə rəsmi müraciət etməyimzə baxmayaraq,qanunsuz,başdansovdu, vətəndaşı dövlətdən narazı salan cavab verməklə sosial narazılıqları artırırlar Onlar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə,vətəndaşın dövlətə olan inamına balta çalırlar.Müraciətimizə baxmırlar

Millət 2019-09-07 10:35:41

Növbəti təyziq üsulu. Mənə çox maraqlıdır, görən Səyavuş özü necə yaşayır, görən evi necədir, hansı pulla evini(əgər villası varsa) tikib? Bu millətin, tüklər demişkən sırtından nə qədər pul qazanan olub? Səriştəsiz məmurlar! Ancaq yaltaqlıq, qohumluq, tanışlıq, rüşvət verməklə hakimiyyəti idarə edən iş bilməzlər! Nə qədər sizləri mediada, hakimiyyətdə görəcəyik? Nə zaman sizi başqaları əvəz edəcək? Nə qədər ki, Azərbaycan Prezidentinin ətrafında sizin kimi iş bilməzlər var, ölkə yerində addımlayacaq!

Rabitəçi 2019-09-07 10:35:41

Bu gün rabitəçilər Əli Abbasovun ölənlərinə rəhmət deyir, təkcə Azərpoçtda 1000 nəfəri işdən çıxardıblar, buna Siyavuş müəllimin baxışı görəsən necədir?

Səmsi 2019-09-07 10:35:41

Xox gəlirsən Siyavuş? Bəs ... qorxmursan ki, bunlar əvvəlcə milyaeder, sonra özünüzə düşmən etdiyiniz keçmiş və indiki nazir oliqarxlar hamısı sizin siyasətiniz sayəsində həm də biri birinə ən yaxın qohumdurlar.Və bu milyarderlər (YARALI ASLANLAR) hərəsi 5-10 milyon ATIŞSALAR bu 100 milyonlar edər və bu pulla da ölkədə 3-4 dəfə inqilab edib səninkimilərin külünü xəzri küləyinə verərlər?...

Mamed 2019-09-07 10:35:41

Dünən məsciddə məhərrəmliklə əlaqədar vay şüvən ərşə qalxmışdı.Heç vaxt məscidə gəlməyən, ateistliyini gizlətməyən 3-4 keçmiş amma əqidəli YAP-çının da mərasim iştirakçılarına qoşularaq hamıdan çox halə çəkdiyini, şüvən qopardıgına hamı məttəl qaldı.Diqqətlə baxanda məlum oldu ki, bunlar Kərbala şəhidlərinə yox, YAP-ın bu günkü gününə aglayıb, şivən qoparırmış."Noldu sənə, noldu böylə, ay YAP, ay YAP." "Nazir olmadan nakam gedən Siyaquşum vayyy" "adı mələk hu.YAP, YAP YAP" və sair və ilaxır.

Qulu 2019-09-07 10:35:41

YAP sanki bataqlıqda çabalayır.Tərpəndikcə daha da batır.Belə anda əllərindən tutacaq olan həqiqi YAP-çıları əzdi, dagıtdı.Oliqarxlara arxalandı, güvəndi.İndi hər ikisini özünə düşmən edib.Nə istəyirsən Siyavuş? Yəni bunlar da müxalifətə söysün, müxalifət də bunların ana bacılarını, arvad və qızlarını, yeddi arxa dönənlərini "bir sıraya" düzsün? Sən bunların əllərinə bax.Əksinə bunlar sevindiyində əllərinə xına qoyur.Onlara pul buraxır axmaq...

Çina 2019-09-07 10:35:41

....güyа bu ... təmizdir.hələ bunun ultimatumuna bax-ya tüfəngi al keç rejim tərəfə,ya da..ay qoca.... hələ sənin də axırına baxarıq!

Sabir 2019-09-07 10:35:41

söyüş kompaniyası bu hakimiyyəti dünya və xalq qarşısında yerdən yerə vurdu.Bu qədər agılzız, korazehin siyasət hakimiyyətin inanılmaz dərəcədə nüfüzdan saıdı.Hələ də səhvlərini görməyən YAP düşdüyü .....O ki, qaldı milyardlar qazandırıb sonra bayıra ataraq ozünüzə düşmət etdikləriniz ola.Onlar əleyhinizə pul buraxacaq da ay ....

Amil 2019-09-07 10:35:41

YAP-ın rəhbərliyi də əqidəli, sadiq üzvlərdən üz döndərdi, onları elə bu harınların əli ilə məhv etdi, həyatın dibinə atdı.İndi də YAP bu xəyanətkarlardan mədət umur.Əbəs yerə hərbə-zorba gəlirsiniz.Bunlar istədiklərini qazanandan, güclənən andan YAP-a da hakimiyyətə .....Elə o andan bu hakimiyyətə qarşıərəsinin öz klanları, öz komandalarını fofmalaşdırıblar.Gecdir Siyavuş.Qatar artıq gedib.

Uveys 2019-09-07 10:35:41

gulmeli musahibe ve bir o qederde qeh qehe cekmeli cagirislardir

omer 2019-09-07 10:35:41

Siyavuw muellim.bu ne hededi?ya movqeyivi bildir get ogurladigun milyardi ye,yadaki sene is acariq..?hec ne basa dusmurem?ozude sizin kimi agilli ,savadli bir adamin bele soz demesi hec inandirici deyil..ne bilim?menden olsa o dosyelere xod verin,xalq oz movqeyini bildirsin.size selimlerin,muslumlerin yalanci movqeyi yox,xalqin movqeyi lazimdir

Son yazılar