ZİYA MƏMMƏDOVUN GÖYDƏLƏN OFİSİ SÖKÜLÜR - FOTOLAR

Rəşid Behbudov küçəsində keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olduğu bildirilən çoxmərtəbəli ofis sürətlə sökülür.Qaynarinfo xəbər verir ki, 1 saylı İqtisad Məhkəməsi və Nəsimi rayon prokurorluğunun yaxınlığında, Bakıxnov küçəsi 42 ilə paralel yerləşən, müasir tələblərə cavab verən binanın söküntü işlərinə üç gündür start verilib.

Söküntü işi üçnövbəli iş qrafiki ilə aparılır.

Söküntüsü aparılan bina özəlliyi ilə fərqlənirdi. Binanın damında eyni anda iki helikopterin enə biləcəyi meydan vardı. Elə söküntüyə də helikopter meydançasının səbəb olduğunu iddia edənlər var.

Məlumata görə, 2010-cu ildə istifadəyə verilən binada Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbətlik etdiyi ZQAN holdinqin əsas ofisi və holdinqə aid olan törəmə şirkətlər, eləcə də ayrı-ayrı icarədar holdinq və şirkətlərin də ofisləri yerləşirdi.

Söküntüyə rəhbərlik edən növbəli briqadaların birinin iş icraçısı binanın təcili və sürətlə sökülməsi tapşırığını aldığını bildirib.

635x100

Şərhlər

Aqa 2019-11-29 20:16:20

O binanı təmir edib QARABAQ ƏLİLİNƏ-ŞƏHİD AİLƏSİNƏ VERİLSƏ İDİ.

vidadi 2019-09-07 12:58:18

gecikmish,lakin edaletli qerar,haram,yalan ve ogurluq hec vaxt ayaq uste dura bilmez.

Bakı qaçqınları 2019-09-07 12:58:18

Sökmə xərclərini KİMlər ödəyəcək və ya hansı Xəzinədar? Bəlkə, öncəki sahibkar Göydələni, elə ona qarşı olanlara bağışlayardı? Layihəyə, arxitektura və tikintiyə də zaman və xərclər sərf olunub. Bəlkə, SSR dövründəki kimi həmin rayonun evsiz ailələri üçün yaşayış binasına da çevirmək olardı?

yolcu muxbır 2019-09-07 12:58:18

o qeder harınlamoşlardı kı şeherın esas kücelerınden bırını Nesımı rayon prokırorluğunun yolunuda kesıb bağlamışdılar

EJDER 2019-09-07 12:58:18

HA HA HA BUNA ANALOQU OLMAYAN INKIWAF DEYILER,MALADES.IYNEVURMA EMELIYYATI DAVAM EDER.VAXT VAR BUNLAR HAMISI IWI B A W I N D A IDILER,AYE .INDI HARALARDADILAR...

miri 2019-09-07 12:58:18

Millətin sərvətini bir qrup oğurlayıb tikir, digər qrup bu tikintiləri sökür. Bir biri ilə "evcik-evcik" oynayan haramzadələr bir şey itirmir. İtirən tək millətdir ki, o da "qorxusundan ağzına su alıb" olub. Ona görə də bu millətə cətin xilas tapıla Allah hidayət vermasə.

eloqlu 2019-09-07 12:58:18

O qeder evsiz eshiksizler var, olmazdimi temir edib, evsizdere veresiz? hiyyyyyyy

Son yazılar