"Hər bir ailə özünü təmin etməlidir..." - Əli Əhmədovdan "uşaq pulu" açıqlaması

Baş Nazirin müavini Əli Əhmədov Azərbaycanda uşaqlara verilən müavinətlərin ("uşaq pulu") bərpası məsələsinə münasibət bildirib."Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu məsələyə ciddi şəkildə yanaşılmalı olduğuna diqqət çəkib: "Hökumət bu məsələyə ciddi şəkildə yanaşır. Dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın, eləcə də müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi çəkildə və eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar".

Baş Nazirin müavini bildirib ki, Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var: "Düşünmürəm ki, bu ailələrin "uşaq pulu"na ehtiyacı var. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına qoyduğu məqsəd hesab edir. Amma hesab edirəm ki, ən düzgün yol hökumətin apardığı siyasət sayəsində hər bir ailənin öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilməsidir".

"Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu, daha düzgün yol ola bilər. Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun. Əks halda, biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq, onların iqtisadiyyatı inkişaf etdirməsi, istehsal, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin çox olmayacaq. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə daha səmərəli şəkildə onların işləməsi üçün əsaslar yaratmaqla bu yolla gediblər", - deyə Ə.Əhmədov qeyd edib.

635x100

Şərhlər

EJDER 2019-09-07 13:23:44

DUWUNMEK UCUN BAW LAZIMDI,YALAN DANIWMAQ YOX.BAXIN GURCUSTANA,RUSIYAYA,ELE ERMENILERE,BEYENMEDIYIMIZ IRANA .SIZIN DEVATLARINIZ YADIMA DUWUR .BELE ANALOQU OLMAYAN HOKUMETIN BAWWWW NAZIRINE LAYIQSINIZ,HACIBALA,,QAJQINKOM ,,KIMI...TRI MUWKATYORA,...LUKAWENKO CANI

bisavad 2019-09-07 13:23:44

Cənab Əli Əhmədov biz müstəmləkə dövründə yaşayanda müstəmləkəçilər adambaşına aylıq gəliri 50 rubldan (70 dollardan)az olana hər uşağa görə 12 manat verirdi. Bu müavinəti almaq üçün iş yerinə bir iki arayış verməklə almaq olurdu. Heç kim ələ baxmırdı və var gücü ilə işləyirdi.Müstəqillik dövründə uşaq pulu kəsildi. Niyə?

Əli Əhmədov - a 2019-09-07 13:23:44

Əli Əhmədov, sen MECBUR edirsen ki, sene SERT CAVAB verilsin, sen, meger, Mars, Yupiter ve yaxud diger planetlerde yashayirsan ??????? Əli Əhmədov, senin Azerbaycan xalqi qarshisinda BORCUNDUR ki, ehalini ISHLE TEMIN ETMELISEN ve YALAN-PALANA SON QOYMALISAN !!! BEZDIRME XALQI ...

NURəddin 2019-09-07 13:23:44

UŞAQ PULUNU VERƏCƏKSİNİZ...... QALDIĞI İLK GÜNDƏ VERƏCƏKSİNİZ.ƏLƏBAXANSA XALQ DEYİL, SİZLƏRSİNİZ Kİ,BİR UŞAĞIN ƏLİNDƏ BİR KONFET GÖRƏNDƏ QUZĞUN KİMİ ONUN ÜSTÜNƏ TÖKÜLÜŞÜR ƏLİNDƏN QAPIB AĞZINIZA DÜRTÜRSÜNÜZ.O QƏDƏR İYRƏNC VƏ O QƏDƏR EYBƏCƏRSİNİZ Kİ, GÖZÜMÜN ÖNÜNDƏ OD TUTUB YANSANIZ TÖVBƏ ÜSTÜNÜZƏ BİR OVUC SU TÖKMƏRƏM! UŞAQ ALLAHIN ƏMANƏTİDİR. ONUN HAQQINA TƏCAVÜZ ETMƏK OLARMI? SİZİ KİM DOĞUB? ...

Bashirov Qarib 2019-09-07 13:23:44

Necədi,qanmayım,dədən yansın-Atalar sözu.

fikrət 2019-09-07 13:23:44

əli əhmədov yutub kanallarina cix bu sözləri orda de ora maraqlidi

Edalet 2019-09-07 13:23:44

Niye duz daniwmirsiz?Butun inkiwaf etmiw olkelerde her bir uwaqa 200-230 avro odenilir.Ayibdi ye ,neft qaz olkesiiyik.Sosiali legv edin.UWAQ PULUN BERPA EDIN,GOYDE ALLAHI UNUTMAYIN

Son yazılar