İKİ SABİQ NAZİRDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ - "Təxribatla məşğul olmayın..."

Sabiq Təhsil naziri Misir Mərdanov hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun uzun illər nazir vəzifəsində işləmiş şəxslərin ünvanına səsləndirdiyi sərt ittihamlara münasibət bildirib.

M.Mərdanov Demokrat.az-a açıqlamasında deyib ki, Siyavuş Novruzovun səsləndirdiyi ittihamlar ona aid deyil:

"Siyavuş Novruzovun dediyi o sözlər qətiyyən mənə aid deyil. Mənim hər zaman mövqeyim bir olub, sözümü demişəm və heç nədən qaçmamışam. Bu gün də eyni mövqeydəyəm və lazım gələndə sözümü deyirəm".

M.Mərdanov keşmiş nazirlər arasında mühacirlərə maliyyə dəstəyi verənlərin olmasını da istisna etməyib:

"Ola bilər ki, bu cür adamlar olsun. Ancaq mən özümə cavabdehəm. Mən bu məsələlərlə bağlı mövqeyimi hər yerdə açıq şəkildə bildirmişəm. Lazım olsa yenə bildirməyə hazıram. Düşünürəm ki, Siyavuş Novruzovun sözlərindən hər kəs özü üçün nəticə çıxaracaq".

Sfera.az saytı səsləndirilən ittihamlarla bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi yaradıb.

Sabiq nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

Xatırladaq ki, deputat Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və artıq “sabiqlər kateqoriyası”na aid şəxslərin ünvanına sərt ittihamlar səsləndirib.

YAP-çı deputat onları mövqesizlik nümayiş etdirməkdən tutmuş, xaricdəki mühacirləri maliyyələşdirməyə qədər ən müxtəlif məsələlərdə ittiham edib.

“Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!

Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!"".

Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz.

Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də...var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam!”,- deyə Siyavuş Novruzov bildirib.

635x100

Şərhlər

S.Ənvərqızı 2019-09-07 21:38:30

Rabitə Nazirliyində gedən özbaşnalıqlar haqqında,ailəmə qarşı olan haqsızlıqlarla əlaqədar sizin ünvanınıza müraciət etdim, ancaq müraciətimə cavab da vermədin? Vətəndaşların şikayətinə vaxtında,obyektif baxılsa, məmurların qanunsuz əməllərinə qarşı cəza tədbiri görülseydi,məmur özbaşnalığının qarşısı vaxtında alına bilərdi? Məmurlar tərəfindən dövlətini,xalqını qəlbən sevən kadrları qanunsuz işdən azad edəndə,aidiyyatı qurumların rəhbərləri göz yumurlar və sosial narazılıqların yaranmasına şərait yaradırl

Həsənali 2019-09-07 21:38:30

ƏHSƏN SİYAVUŞ!!! Sukanı belə saxla.Amma meydanda təm tək qalmısan. BİLİRSƏNMİ NİYƏ? Çünki Əli, Bahar, Mübariz sənin kimi əqidəli YAP-çıları məhv edəndə susdun, seyirçi qaldın.Heç olmasa indi əlində imkan varkən onlardan ətrafına yıg,tək əldən səs çıxmaz.Gec deyil.Tam zamanıdır.Bəs hanı Bahar, Mübariz, hansı deşikdədirlər?Sənin bir çox danışdıqlarını sevməsəm də səhv düz mubarizə aparmagına SÖZ YOX!Söyüşü işə yıgışdırın.Söyüşdə tam uduzdunuz, həm də çox şeyi.Məsəl var:"ABIRSIZDAN ABIRINI QORU"Bu yol deyil.

Alı 2019-09-07 21:38:30

Siyavuş bunu özbaşına demir.Bunu ona dedizdirirlər.Və dogru da edirlər.Bəli mübarizə birtərəfli gedir:Müxalifət ən radikal şəkildə iqtidarı söyür, iqtidardakı söz sahiblərı cınqırını da çıxarmır, susur, zərbəni öz üzərinə almaqdan qorxurlar.Amma pul bölgüsündə hamısı öndə olmaq üçün var gücləri ilə döyüşürlər.Bu iqtidarın SƏFASINI GÖRMÜSƏN CANIN CIXSIN CƏFASINA DA ORTAQ OL,VƏSSALAM.Məsələn Ucarda Ziyanın ən yaxın adamı Mənsur İHB-dır.Amma bu günlər məlum qarayaxmanı ən çox onun İ ci müavini yayırdı.Buyurun.

Dövlətimizi qəlbən sevən 2019-09-07 21:38:30

Bir nazir ki, açıq şəkildə xalqa bəyan edir ki,, mən müavinlərimə ayda 20-30 min manat paçet verirəm (paçet dövlət vəsaitini mənimsəməsindən əmələ gəlir). Ayda 30 min manat paçet alan Nazir müavini Elmir Vəlizadə, nazirliyin poçt sektrunun müdiri Novruz Məmmədov və Azəpoçtun Baş direktor müavini rəsul Bayramovun adları MTN-nin çetesində adları hallanmasına baxmayaraq hələdə vəzifələrini qoruyub saxlaya biliblər ? Siyavuş müəllim,belə kadrlar haqqında aidiyyatı üzrə müraciət etsəniz,xalqın sevimlisinə çevril

Yolcu mucbır 2019-09-07 21:38:30

belke sen bır kışılik yapasan coxları hele bugün vedıfede dövleyın sıyasetıne ceyanet edır. uxalıflerı destekleyır onlara tebrık mektubları malıye desteklerı bıldırırler kı ğelecekde belke meselesınde nese qasandılar var olub olacaq bu hec kese sırr deyıl bunlar ıfşa olunmalıdır ıctımaıyet ve metbuat bu işde ölke başcısına yaxın dayaq olmalıdır

Alı 2019-09-07 21:38:30

DƏHŞƏT.Siyaquş BDU-nin hüquqşünas diplomunun shibidir.Adam deyir ki,sizləri vəzifəyə qoymuşuq, 10-20 il sizə sərait yaratmısıq ki, cinayət edib dövlətin milyardlarını talayasınız.Yenə cinayət edərək sizi bilə bilə sizi məsuliyyətdən yayındırmışıq, milyardlar da sizdə qalıb.Bir daha bunları təhdid, şantaj edir ki, bizi müdafiə etməsəniz paxırınızı açacagıq.Özü etiraf edir ki bu quldurlar hətda YAP-ın İH-nin üzvləridir.İndi baxın ki özünü müdafiə üçün dövlət pulunu necə dagıdırlar.Vot tebe yurist

AAgahuseyn 2019-09-07 21:38:30

Kaş indiki nazirlər M.MƏRDANOV kimi insaflı əqidəli olsunlar.

EJDER 2019-09-07 21:38:30

BUDUR SIZIN ANALOQU OLMAYAN INKIWAFINIZ,ANALOQU OLMAYAN HAKIMIYYETINIZ,LUKAWENKO CANI .YAP CILAR ,YALANCILAR PARTIYASI.NAZIR BOYNUNA ALIR KI, HER AY UC YUZ MANAT PAKET ALERDI...HA HA HA HAMISI ESQERDI,NE MOVQE QOYAJAQLAR

Buqa 2019-09-07 21:38:30

Budur hakimiyyetin ifshasi, demeli dovlet bunlarindir. Ne isteyirler onuda edirler. Demeli dogurdanda vezive tutanlar bu xalqin malini talan edib indide talan davam edir. Onlarin kefine deyende yoxdur. Siyavush Novruzovun dedikleri muxalifetin dediklerini testiq edir. O ki qaldi movqey bildermeye, dovlet xalqa mexsusdur, ferdlere yox. Xalgin veziyyeti derdi seri deyilmelidir. Bunlarin ne olduqlari onsuzde butun shuru olan insanlara melumdur.

Son yazılar