Şöbə müdirinin məhkəməsi başlayır - Sabiq nazirin tələbə yoldaşı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Fondun Zəngilan Rayon Şöbəsinin müdiri Şakir Nuriyev və digər vəzifəli şəxs Ramiz Əmiraslanov xidmətdə olduqları vaxt yeyinti etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilirlər. Zərərçəkmiş tərəf isə Fondun Zəngilan rayon şöbəsidir. Cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Abbas Rzayevin sədrliyi ilə sentyabrın 9-da baxılacaq.

Ş.Nuriyev vəzifədə olduğu müddət ərzində ölkə mediasında bir neçə dəfə onun Səlim Müslümovun tələbə yoldaşı və dostu olduğu qeyd olunub. S.Müslümov fonda rəhbər təyin edildikdən sonra Ş.Nuriyevi də vəzifəyə təyin edib. Ş.Nuriyev İmişli, Qaradağ, Qobustan və Şuşa rayon şöbələrinin müdiri işləyib. Bir müddət isə DSMF-nin kadrlar şöbəsinə rəhbərlik edib. Payaxtın Səbail rayonunda müdir işləyəndən sonra Zəngilana təyin olunub.

635x100

Şərhlər

Roma 2019-09-07 15:00:13

Günahı Şakir, Əjdər və s. və i. axtarmayın. Belə bir atalar sözü vardır, "balıq başdan iylənər".

AAgahuseyn 2019-09-07 15:00:13

S.Müslüümpvun işlədiyi dövrü yoxlayın onda ğörün nələr cıxacaq.

Abid 2019-09-07 15:00:13

Poradoksal olsa da 2003-cw ilə qədər Rusiyada QARPIZ alveri ilə məşgul olan, sonradan Ziya Məmmədovun sayəsində Zərdabın, Göyçayın hazırda Ucarın İH başçısı işləyən, psixi pozgunlugu ilə yadda qalan Mənsur Məmmədov indi Ziyaya və yaxınlarının xilaskarı oldu...... yaxınlıgı sayəsində M,Məmmədov Ziyanın çetesinə nisbi "BƏRAƏT" ala bildi.İndi bunlar çox da uzaqda hesab etmədikləri (Emblemlərindəki XI nə demək?) "REVANŞA" hazırlaşırlar.İdeoloqları qorxaq sandıgınız Səlimdir.

Tahir 2019-09-07 15:00:13

S.Müslümovun korrupsiya şəbəkəsi tələbə yoldaşları və bir vaxt dərs dediyi tələbələrdən ibarət idi.Bu şəbəkənin QARA KASSASI Əjdər Cəbiyev, ən "gözüqanlısı" Şakir Nuruyev idi. Səlim təkcə Sakirin əli ilə 15-16 il ərzində 1.5 milyarda yaxın dövlət vəsaitini mənimsədi.Səlim xüsusən də Ziyanın qudası H.Əsədovla kirvə olandan sonra ....Bunlar bu gün MDU-nin rəhbərləri hesabına azacır sakitləşib amma hakimiyyətə ən qəddar müxalif KLANDIR:Ziya,Elton,Səlim,Heydər,Əliaga PUSQUDADIR "X" ANINI gözləyiirlər.

hərbici pensiyacı 2019-09-07 15:00:13

görəsən bəs mətbuatda gedən məlumata görə 3 milyarda yaxın yeyintiyə yol vermiş səlim müslümov və onun dsmf dəki qohumlar soyguncu dəstəsinin üzvlərinə nə vaxt iş acılacaq və bu işə nə vaxt baxılacaq.yoxsaki dövlətin dagıdılıb mənimsənilmiş 3 milyaedı cinayət işi acılması ücün azdır. yaxşı bəs bəzi həbicilərin məhkəmələr vasitəsilı pul almaq hüquqlarını bərpa etmiş pullarını alarkən dsmf məmurları tərəfindən məcburetmə yolu ilə soyulması(yüzminlərlə qanlı yaralı hərbici pulları)məsələləri nə vaxt araşdırıla

Adil 2019-09-07 15:00:13

Tam dogrudur.Sakir Nuriyev İmişlidə ən varlı, korrupsioner bir nəsildəndir.Tələbə vaxtı Səlimin maddi ehtiyaclarını ödəyirdi.Səlim onun kurs işlərini yazardı.Səlim DSMF sədri olan kimi həmin vaxt vergidə işləyən və maliyyə ciddi pozuntulara yol verən Şakiri DSMF-yə kadr şöbə müdiri etdi.Sakir DSMF-də işlədiyi bütün vəzifələrdəki fəaliyyətini aşkarlaya bilsələr bu BÖYÜK sensasiya yaradacaq bir rəqəm olacaq.Səlim tez tez Sakiri "YAGLI" yerlərə dəyişərək ona daha böyük meydan verirdi.AMMA ŞAKİRİ TUTMAYACAQLAR

kamil 2019-09-07 15:00:13

Selim turkdur,turk .ermeni deyil.Zamana ehtiyaci var.Bu da kecer.

Son yazılar