"Şimal" ES ildə 3,2 mlrd kVt/saat elektrik enerjisi istehsal edəcək"

"Bakıdakı “Şimal” elektrik stansiyası (ES) regionun ən müasir stansiyasıdır. Stansiyada faydalı iş əmsalı 57,4%-ə bərabərdir". "Report" xəbər verir ki, bunu jurnalistlərə “Şimal” ES-in direktoru Asəf İsmayılov deyib.

O bildirib ki, 400 MVT gücündəki “Şimal-2” elektrik stansiyasının əsas komponentlərinə qaz və buxar turbinləri, generator daxildir.

“Faydalı iş əmsalı 57,4% olan buxar-qaz qurğusu Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik elektrik stansiyasıdır. Stansiyada ildə 3,2 milyard kilovat/saat elektrik enerjisi istehsal ediləcək və hər 1 kilovat/saat elektrik enerjisinin buraxılışına 214 qram şərti yanacaq sərf olunacaq ki, bu da enerji sisteminin ümumi göstəricisindən 65 qram azdır. Bu isə milyonlarla manata qənaət deməkdir. “Şimal-2” elektrik stansiyasında soyuducu dəniz suyu sahil nasosxanasına sakitləşdirici kanal vasitəsilə daxil olur”, - deyə stansiyanın direktoru əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar