Yunanıstanın baş naziri ölkənin böhrandan çıxdığını deyib

Yunanıstan böhranı geridə qoyub.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu baş nazir Kiriakos Mitsotakis Saloniki şəhərində 84-cü Beynəlxalq Sərgidə Hindistan pavilyonunu açarkən söyləyib.

“Təsadüfi deyil ki, Hindistan bu il fəxri ölkədir, Yunanıstanın böhrandan çıxdığı bir vaxtda mərkəzi şüarımız “hər kəs üçün artım, hər şeydə artım” olacaq”, - Mitsotakis belə deyib.

Baş nazir bildirib ki, 10 ildə Hindistan yüz milyonlarla hindistanlının yoxsulluqdan çıxaraq yeni sərvət yaratması üçün adambaşına düşən ÜDM-ni iki dəfə artırıb.

Mitsotakis iki ölkə arasında qədim mədəniyyətlərin irsi, milli birlik istəyi, parlament demokratiyası dəyərlərinə hörmət, yaradıcılıq kimi ortaq cəhətlərin olduğunu, eləcə də Hindistan və Yunan alimlərinin və iş adamlarının yer kürəsinin hər yerində bir araya gəldiklərini də bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar