"Xorvatiyanın adı bizim üçün əlavə motivasiyadır" - Mahir Emreli

"Bizi maraqlı oyun gözləyir. Rəqibin gücü bəllidir. Bu özü bizim üçün motivasiya olmalıdır"."Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

22 yaşlı hücumçunun sözlərinə görə, Xorvatiya ilə görüşdə müsbət nəticə qazanmağa çalışacaqlar: "Xorvatiya kimi böyük komanda ilə qarşılaşacağıq. Həm də xalımız yoxdur. Sabah ən yaxşısını edib, xal qazanmağa çalışacağıq. Baş məşqçi söz verdi ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. İki gün əvvəl oyun keçirsək belə, Xorvatiyanın adı bizim üçün əlavə motivasiyadır.

İlk görüşdə sensasiya edə bilərdik. Niyə də bunu evdə etməyək? Ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini edəcəyik. Qələbə qazananda hamı necə sevinirsə, uduzanda da tənqidlər başa düşüləndir. Xorvatiya və Uelslə oyunlarda bəxtimiz gətirmədi. Macarıstanla matçı da bura əlavə edə bilərəm. Erkən qollar buraxmağımız bizə pis təsir etdi. Yalnız Slovakiya ilə görüş istisnadır. Rəqibin yaxşı günü idi”.

Qeyd edək ki, sabab "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya matçı 20:00-da start götürəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar