“İQTİDARDA NÖVBƏTİ TƏMİZLƏMƏNİN VAXTI ÇATIB!” – Deputatdan ŞOK açıqlamalar

“İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir”.

“AzPolitika.info”-nun məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Partiya sədri “son günlər bəzi iqtidar təmsilçilərinin iqtidarın maraqlarına xidmət etməyib, açıqdan-açığa ona zərər vuran bəyanatlarla çıxış etmələri Sizi təəccübləndirmir ki?” sualını belə cavablandırıb: “Qətiyyən təəccübləndirmir. Onlar hər şeyi çox gözəl başa düşürlər. Çoxları bilir ki, onlar iqtidarda kimin əlaltısına çevriliblər, onun tapşırıqlarını icra edirlər. Bu açıqlamalar 11 sentyabrda siyasi partiyaların, aparıcı QHT və KİV rəhbərlərinin “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçiriləcək tədbiri pozmağa, seçki öncəsi iqtidarı daxildə və beynəlxalq aləmdə çirkin və qanunsuz işlərin müəllifi, korrupsiyaya bulaşmış bir komanda kimi biabır etməyə hesablanıb. Zaman-zaman biz iqtidar daxilində qudurub həddini aşan və Prezidentə meydan oxumaq fikrinə düşən şəxslərin hansı taleyi yaşadıqlarının şahidi olmuşuq. Atalar sözü var: “Quduran 40 gün yaşayar””.

Q.Həsənquliyev xəbərdarlıq mahiyyətli sərt fikirlərinin davamında deyib: “İndi növbəti dəfə iqtidarda özünütəmizləmə işinə başlanılmasının zamanı çatıb. Əgər bu gün bu edilməsə gələcəkdə proses daha ağrılı və çətin olacaq. İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir!

MTN işinin məntiqi sonluğa çatmaması bəzilərini cürətləndirib. Onlar payızda “fit müxalifəti”ndən istifadə edərək sabitliyi pozmaqla, istədiklərinə nail olacaqlarına kökləniblər”.

Xatırladaq ki, son günlər 2 YAP-çı deputatın sensasiya xarakterli açıqlamaları gündəmə bomba kimi düşüb. YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov sabiq nazirləri “altlarına milyardlar yığıb” indi iqtidarı müdafiə etməməkdə, hətta xaricdəki söyüş müxalifətini maliyyələşdirməkdə, Prezidentin səhhəti ilə bağlı şayiələr yaymaqda ittiham edib, onları sərt tədbirlərlə hədələyib, digər YAP-çı deputat Eldar İbrahimov isə əvvəllər müxalifətdə olub, sonra iqtidar tərəfə keçmiş siyasətçiləri düşmən adlandırıb.

Siyasi müşahidəçilər hər iki iqtidar təmsilçisinin belə sərt və hakimiyyəti zərbə altında qoyan açıqlamalarına məntiqi izah tapmaqda çətinlik çəkirlər.

Rasim ƏLİYEV

635x100

Şərhlər

Hagigat 2019-09-09 10:37:06

Bütün köhnə tərkibin (vəzifəli şəxsləri nəzərdə tuturam) hamısını dəyişmək, cavan kadrlarla əvəz etmək lazımdır. Kimə əl atırsan 10-15 ildir oturub bir vəzifədə. Bəstir də gedin, qoy başqaları da işləsin də.

memati 2019-09-09 10:37:06

esl YAP-a prezidente sadiqleri yavas yavas sixisdirilib lal etdiler onlari AXBP müsavat feallari evezledi yoxlasinlar 2008-den beri rehbervezifeye teyin olunanlar kreslo tutub sonra YAP-a soxulub onlar da esl sadiqleri sildiler küsdürdüler

Əntiqə Qurbanova 2019-09-09 10:37:06

Eldar İbrahimov bilməlidir ki,vətəni sevən kəslərin iqtidarı, müxalifəti olmur.Kaş ki, Qüdrət Həsənquliyevin vətənpərvərliyinin yüzdən biri Eldar İbrahimovda olaydı.Məncə YAP adından danışmağa Eldar İbrahimov haqqı çatan sonuncu adamdır.

kamal 2019-09-09 10:37:06

Qüdrətdən baş açmaq olmur

trendyol 2019-09-09 10:37:06

doktoruz deyib candan etdiniz, imamız deyib dindən etdiniz=bu vatan sizə neynədi=yedirib içirib adam eylədi=nə qədər ki kiçik müəssisə rəhbərləri iş başına gətirilir heç bir islahat nəticə vermıyəcək

Q.Həsənquliyev - ə 2019-09-09 10:37:06

Q.Həsənquliyev, sen deyirsen : “İndi növbəti dəfə iqtidarda özünütəmizləmə işinə başlanılmasının zamanı çatıb." "İndi növbəti dəfə" ifadesi, chox qeribe seslenir, chunki, kechmish 26 ilde, iqtidarda "özünütəmizləmə işinə", hakimiyyet hech bir mehel qoymayib, yalniz.... Belke, senin melumatin ola biler, Ramiz Mehdiyevi pensiyaya ne vaxt gonderecekler ? Hakimiyyetden hech bir memur, "OZ XOSHU" ile, pensiyaya chixmir.

dövlətimizi sevən 2019-09-09 10:37:06

Sabiq Rabitə Naziri Əli Abbasovun və onun birinci müavini İltimas Məmmədovun rəhmətə gedənlərinə dua oxutdururlar....İşdən çıxası Rabitə nazirinin müavini elmir vəlizadə isə öz vəzifəsini qoruyub saxlaya bilib ? Çox qəribədir, ayda 30-min manat paçet alan məmur vəzifəsində qalıb ...? Dövlətimizin inkişafını istəyiriksə, birinci növbədə rüşvətxor məmurları çıxdaş etməliyik ?

EJDER 2019-09-09 10:37:06

AYE ,MEHKEMELERDE DE ISLAHATLAR GETDI,HAKIMLERIN MAAWLARINIDORD MIN MANATA KIMI QALDIRDILER,I VSYE .HAMISI BOW WEYDI ,BU ANALOQU OLMAYAN HOKUMET KIMI. QOHUM EQRABALAR HAKIMIYYETI,LUKAWENKO CANI...BATYA ,PUL LAZIM OLSA VIZIF AT

Mamed 2019-09-09 10:37:06

Millət ölkəni dayanmadan tərk edir.

Anar 2019-09-09 10:37:06

Özünü bilməməgliyə qoyma...

alı 2019-09-09 10:37:06

Bu günə qədər adını "islahat" qoyub "təmizlədiklərinizin" onlardan da BETƏRLƏRİNİ qoydunuz.Yerdə qalanların yerinə guman ki, daha BETƏRLƏRİNİ hələ tapa bilməmisiniz deyə ləngidirsiniz.Bununla hara gedəcəksiniz?

Son yazılar