"PREZİDENT MƏNƏ DEDİ Kİ, BİR NEÇƏ NAMİZƏDİ VAR..." - "Hər şey qəfil baş verdi"

“Azərbaycanın Baş Naziri vəzifəsinə təyinatım gözlənilməz oldu. Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə belə bir təklif edilə bilər. Ona görə də mənim üçün hamıdan çox gözlənilməz oldu. Hər şey qəfil baş verdi..."

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Baş Naziri Novruz Məmmədov deyib.

N.Məmmədov Baş Nazir vəzifəsinə təyinatla bağlı məsələnin 2018-ci ilin aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra müzakirə edildiyini bildirib: “Seçkilərdən sonra hamımız məmnunluq içərisində idik. Doğrudan da, seçkilər çox yaxşı keçmişdi. Seçkilərdən sonra Prezident İlham Əliyev dedi ki, sənin Baş Nazir vəzifəsinə namizədliyini təklif edirəm. Dövlət başçısı bildirdi ki, bir neçə namizədi var, biri də mənəm. Düzünü deyim, bu söz məni bir qədər rahatlatdı. Bir dəfə də belə söhbətimiz oldu, Prezident mənə dedi ki, fikirləş. Tərəddüdəydim... Düşünürdüm ki, böyük etimaddır, öhdəsindən necə gələcəyəm? Sonra Prezident zəng edib dedi ki, sabah Milli Məclisə gedirsən, nöqtə. Mən də başqa bir söz demədim. Böyük etimaddır, yükümü daha da çoxaldır. Baş Nazir vəzifəsinə təyinatımın razılaşdırılması üçün Milli Məclisə getdim, çıxışlar oldu, mən də çıxış etdim. Dedim ki, indiyə qədər mətbuata açıq olmuşam, hamıya danışmışam, bundan sonra işləmək lazımdır”.

Baş Nazir “Space” televiziyasına müsahibəsində vəzifədə olan hər kəsi məsuliyyətli olmağa çağırıb: “Azərbaycan müstəqil ölkədir. Bu, həqiqətdir. Dünyada da ən vacib şey həqiqəti bilməkdir. Dövlət başçısı məni hansısa vəzifəyə təyin edirsə, deməli, mənə inanır, düşünür ki, etimadı doğruldacam. Prezidentin istəyi odur ki, Azərbaycan qüdrətli, müasir dövlətə çevrilsin. Biz bu istiqamətdə möhtəşəm yol keçmişik. Buna baxmayaraq, beynəlxalq aləmdə o qədər mürəkkəb proseslər baş verir ki... Biz öz suverenliyimizi, müstəqilliyimizi, milli maraqlarımızı qorumalıyıq. Bunun üçün də dövlətimizi gücləndirməli, möhkəmləndirməliyik, ölkədə bütün sahələri inkişaf etdirməliyik. Bunu isə bir insan etməli deyil, birlikdə çalışmalıyıq. Üzdə başqa, ürəkdə başqa cür olmaq düzgün deyil. Bu, bizə yaraşmaz. Hansısa dövlət agentliyinin, xidmətin rəhbəriyəmsə, vətəni sevərək işləməliyəm”.

635x100

Şərhlər

Fətdah 2019-09-09 12:03:55

səbəbsiz açıqlama və məramsız fəaliyyət?

azər 2019-09-09 12:03:55

SƏNİN İŞİN BAŞ NAZİR YOX...................İDİN

Yengibar 2019-09-09 12:03:55

Bunu təzə təyin ediblər???????

EJDER 2019-09-09 12:03:55

AYE,BAW NAZIR KIMI NE IW GORURSUNUZ,HIYYY.GULE-MEYVE SERANCAMINIZ,VETERANLAR BAREDE LAP GULMELIDI.,,KITAYSKI,,VETERANLARIN SAYI,,KITAYSKI,,GENERALLARIMIZ QEDERDI,BOW BOW DANIWMAQDA SA XALQA,VETENE XIDMET ETMEK LAZIMDI..... VALLAH GULMELIDI

Əli 2019-09-09 12:03:55

Baş Nazir “Space” televiziyasına müsahibəsində deyib: “Azərbaycan müstəqil ölkədir. Görtəsən bizim nəyimiz müstəqöldir Paşinyan Qarabağdan bizə söyür bizə isə Putin icazə vermirki cavab qaytaraq.Bizim müstəqilliyimiz yalnız rüşvət almaqdadır,məmur qudurğanlığındadsırbirdə yüksək YAP çıların Siyavuş demişkən milyardları oğurlamaqdadır birdə nəvələrinin cəzxasızmaşınla bizi qırmaqdadır.Budur müstəqillik...

BAKILI 2019-09-09 12:03:55

Bu kimdir

S.Ənvərqızı 2019-09-09 12:03:55

Cənab Prezidentimiz,məmurları vəzifəyə təyin etdikdə,birinci növbədə xalqa xidmət etmək üçün təyin edir. Əfsuslar olsun ki, bəzi məmurlar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salmağa çalışırlar. Ailəmə qazşı olan haqsızlıqlarla əlaqədar ünvanınıza saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq,şikayətim şikayət etdiyim,qanunlarımız işləməyən ünvana(Rabitə Nazirliyinə)göndərilmişdir.Elmir Vəlizadədə isə qanunsuz cavab verməkdən kəçinməmişdir......

Son yazılar