“YAP-ın VƏ İLHAM ƏLİYEVİN MÖVQEYİNİ ƏKS ELƏTDİRMİR...” – Əli Həsənovdan Eldar İbrahimova cavab

Prezidentin köməkçisi Əli Həsənov əvvəl müxalif mövqedə olub, daha sonra iqtidar tərəfə keçən siyasətçiləri “düşmən” adlandıran YAP-çı deputat, Milli Məclisin komitə sədri Eldar İbrahimova cavab verib.

“AzPolitika.info” Əli Həsənovun “Facebook”da paylaşdığı yazısını təqdim edir: “Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından dünən yayılan açıqlama sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlığa səbəb olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də dəyişməz olaraq qalır.

Xatırladıram ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ziyalılarının 1992-ci ildə mətbuat vasitəsilə ona ünvanladığı müraciətinə verdiyi cavab yeni siyasi hərəkatın və bu hərəkatın avanqard qüvvəsi olan YAP-ın manifesti olaraq qəbul edilmiş və həmin manifestdə ifadə olunmuş prinsip və meyarlar bu gün də siyasi fəaliyyətimizin əsas kredosunu təşkil etməkdədir. Heydər Əliyevin ziyalılara 1992-ci ildə ünvanlandığı həmin müraciət, əslində sadəcə yeni bir siyasi partiyanın deyil, quruculuğuna başladığımız müstəqil dövlətin gələcək siyasi-ideoloji proqramı idi.

Müraciətdə ümummilli lider Azərbaycanın bütün sağlam qüvvələrini vahid dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna öz töhfəsini verməyə səsləyirdi.

Hakimiyyətdə olduğu bütün müddət ərzində ümummilli lider həmişə birlik və həmrəylik ideyasına sadiq qalmış, ölkədə vətəndaş sülhü, mili birlik naminə, Azərbaycan dövlətçiliyinə xidmət etmək istəyən, hər hansı idarəçilik və intellektual keyfiyyətləri olan insanların YAP-da və YAP-ın qurduğu iqtidar komandasında təmsil olunmasına şərait yaratmışdır. Azərbaycan tarixində həm də, senzuranı ləğv etmiş rəhbər kimi ümummilli lider fərqli siyasi qüvvələrin parlamentdə birgə təmsilçiliyini, siyasi plüralizm və söz azadlığını müasir inkişafın labüd bir prinsipi olaraq qəbul etmiş, ümummilli məsələlərin siyasi opponentlərlə birgə müzakirəsini, bütün məsələlərin həlli naminə hər kəslə açıq dialoqu və əməkdaşlığı vacib saymışdır.

Belə dövlətçi-azərbaycançı yanaşma, milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi “mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoymuşdur.

Bir daha qeyd edirəm ki, bu prinsiplər dəyişməzdir, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır. Eldar İbrahimovun adından yayılmış məlum fikirlər isə YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir”.

"AzPolitika"

635x100

Şərhlər

Mirzə AĞ 2019-09-09 13:20:59

O zaman YAP-ın neçə üzü olur?!

Cəmşid Dərələyəzli 2019-09-09 13:20:59

Bəyənilsin. Onda hörmətli Əli müəllim Belə olan halda İbrahimovun verdiyi bəyanata YAP-nın İntizam komissiyasında baxılması məqbul olmazmı. Çünki o bu sözləri deməyə başlayanda, jurnalist əvvəlcə onu Milli Məclisin üzvü və YAP idarə Heyətinin üzvü kimi təqdim edib, sonra danışdırır. Yəni o fikirini şəxs olaraq, şəxsi fikir kimi yox, rəsmi olaraq bildirir...

Adil 2019-09-09 13:20:59

YAP-ın və kiminsə mövqeyi olub olmamasına baxmayaraq Eldar ibrahimov həqiqəti oldugu kimi göstərmişdir.Satqın elə satqındır.Həmçinin hamı yaxşı bilir ki, bunlar pula, vəzifəyə satılıb.Yəni kim çox verəcəksə daha əvvəlki kimi tərəddüd etmədən və utanmadan ona satılacaq.İqtidar partiyasının daxilində bunlar "CANLI BOMBADIR" və həm də İqtidarın bu günə düşməsində də bunların müstəsna rolu var.Görünür bu ideya Əli Həsənovdan gəlib və bu "İDEYA" indi öldürücü dərəcədə ugursuzluq effekti verdiyindən təlaşdadır.

Vətəndaş 2019-09-09 13:20:59

O deputatın dilindən hələ erməniyə düşmən dediyini eşitməmişəm. Ancaq müxalifətə düşmən deyir. Hakimyət də,müxalifət də bizim ozümüzündür. Normal hakimyətin müxalifəti də olmalıdır.

Bashirov Qarib 2019-09-09 13:20:59

Zaman-zaman agıllı və mudrik insanlar özunun əsl mahiyyətini pərdələyərək,Bəhluli-Danəndə cildinə girərək lazımlı mesaj və fikirlərini cəmiyyətə bildiriblər.Ola bilsin ki,hörmətli deputad da bu usuldan istifadə edərək cəmiyyəti məlumatlandırıb.

Sahib 2019-09-09 13:20:59

...YAP-da "distansionnı upravleniyadı"? Hafiz Hacıyevə lag edirsiniz amma heç onun 10/1 qədər YAP-ın partiya kimi fəaliyyəti yoxdur.ANCAQ HANSISA YAP-ÇINI MƏHV ELƏMƏK,PARÇALAMAQ LAZIM GƏLSƏ .... KİMİ YIGIŞIRLAR.

qulu 2019-09-09 13:20:59

ƏGƏR NORMAL BİR PARTİYA İDİSƏ PARTİYADA YÜKSƏK MÖVQE TUTAN BİRİNİN MÖVQEYİ PARTİYANIN MÖVQEYİ İLƏ ÜST ÜSTƏ DÜŞMƏYƏN BİR BƏYANAT VERDİYİ HALDA HƏMİN ŞƏXSİ DƏVƏT ETMƏLİYDİ, YÜKSƏK SƏVİYYƏDƏ AGZININ PAYIN VERMƏLİYDİ,SONRA PARTİYA ADINDAN DƏQİQ BƏYANAT VERMƏLİYDİ.....İNDİ BİRİNİN ÇIXIB PARTİYA ADINDAN DANIŞMAĞI ƏKS EFFEKTDƏN BAŞQA BİR MƏTİCƏ VERMƏYƏCƏK.E.İBRAHİMOV VƏ DİGƏRLƏRİ BUNU HEÇ VECİNƏ DƏ ALMIR, ALMAYACAQDA....

Bəlalı 2019-09-09 13:20:59

.....YAP-ı720 min üzvü varsa da Hafizin partiyasıa oxşayır

Son yazılar