“SÖZLƏRİMİN ÜSTÜNDƏ DAYANIRAM!...” – “Bu dövlət üçün canımı qoymuşam...”

Milli Məclisin komitə sədri, YAP-çı deputat Eldar İbrahimov iqtidar tərəfə keçən müxalifətçilərin düşmən olduqları haqda dünənki qalmaqallı açıqlamasına aydınlıq gətirməyə çalışıb.

Prezidentin köməkçisi Əli Həsənov və Baş nazirin müavini, YAP-ın icraçı katibi Əli Əhmədovun onu qınamasından sonra E.İbrahimov “Etikxeber.az” saytının əməkdaşına müsahibə verib.

“AzPolitika.info” Eldar İbrahimovun həmin müsahibəsini təqdm edir:

- Eldar müəllim, sizin mətbuata son açıqlamanız bir qədər qalmaqala səbəb olub. YAP-ın Sədr müavini və İcra katibi Əli Əhmədov, o cümlədən, YAP-ın İdarə Heyətinin üzvü, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ard-arda təkzib xarakteli müsahibə və açıqlamalarla çıxış ediblər. Siz bir daha bu haqda nə deyərdiniz?

-Əvvəla, mən Azərbaycanda deyiləm, kənardayam. Müsahibəm və açıqlamamla da tam tanış olmaq imkanım olmayıb. Amma mən orada indiki müxalifətin, xüsusilə də, hansısa partiyanın və ya partiyaların, o cümlədən, parlament müxalifətinin və müxalifət təmsilçilərinin adlarını çəkməmişəm. Onlar haqqında heç bir fikir söyləməmişəm. Mən, sadəcə, radikallar, “söyüş” müxalifəti, vaxtilə parlamentdə təmsil olunub, indi kənarda qalan və Azərbaycan dövlətinə, dövlətçiliyinə qənim, düşmən kəsilən müxalifət və onun təmsilçiləri haqqında ad çəkmədən fikirlərimi bildirmişəm və bu gün də öz mövqeyimdə qalıram. Hesab edirəm ki, onların tutduğu yol yol deyil. Onlar Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı anti-Azərbaycan qüvvələrlə birləşiblər. İndi necə, mən buna səssizmi qalmayılam, susmalıyammı?

Mən hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və qurucularından, onun ilk təşəbbüskarlarından biriyəm. Mən bu dövlət və dövlətçilik üçün canımı qoymuşam, canını qoyanlardan biriyəm. Hər zaman heç kimdən, heç nədən çəkinmədən Əliyevçi olmuşam, bu gün də beləyəm, sabah da belə olacam. Eyni zamanda, Heydər Əliyev siyasətinin layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin tərəfdayıram, onun əsgəriyəm, hər zaman onu dəstəkləmişəm, dəstəkləyirəm və bundan sonra da dəstəkləyəcəm. Mənim bir amalım, bir əqidəm, bir sifətim var. Kimsə buna şübhə etməsin və edə də bilməz. Atalarımız da yaxşı deyib ki, görünən dağa nə bələdçi?!

Mənim Azərbaycandakı konstruktiv mövqedə duran – iqtidarlı, müxalifətli bütün partiyalara hörmətim var. Eyni zamanda, parlamentdə təmsil olunan müxalifət partyalarına, onların sədrlərinə, təmsilçilərinə hörmətim var. Parlament üzvü olan YAP-çı həmkarlarıma necə hörmətim, münasibətim varsa, onlara da o cür münasibətim var. Onlar da həmişə bir insan, bir ağsaqqal kimi mənə hörmətlə yanaşıblar, hörmətimi saxlayıblar. Mən nəinki onlar, radikallıqdan, söyüşdən uzaq heç bir müxalifət partiyası və müxalifətçi haqqında heç nə deməmişəm.

Hesab edirım ki, parlamentdəki müxalifət partiyaları və digər partiyalar ümumilli məsələlərdə, ölkə prezidentinin Azərbaycan naminə ortaya qoyduğun fəaliyyətin, siyasətin dəstəklənməsində bizimlə, hakim YAP-la daim həmrəy olublar, öz dəstəklərini veriblər. Biz bütövlükdə buna İlham Əliyevin yürütdüyü siyasətin bütün xalq tərəfindən dəstəklənməsinin daha bir ifadəsi kimi yanaşırıq. Bu, həqiqətən belədir. Hörmətli Əli müəllim Əhmədovun da dediyi kimi, onlar - Azərbaycan siyasətində uzun illər tanınan həmin adamlar hörmət və nüfuz sahibləridir, partiya rəhbərləridir, ziyalılardır. Onlar əhalinin müəyyən qisminin maraqlarını ifadə edir və ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayırlar.

Buna görə də onlara hər zaman hörmət və ehtiramla yanaşılıb, onların özləri, fəaliyyətləri müsbət qiymətləndirilib, təqdir edilib, alqışlanılıb. Şəxsən mən özüm də hər zaman bu mövqedə olmuşam və kimsənin də haqqında artıq-əskik fikirlər səsləndirməmişəm. Əgər indi kimlərsə mənim sözlərimdən narazı qalıblarsa, demədiyim sözləri öz adlarına çıxıblarsa və ya kimlərsə ara qarışdırmaq, məni və mənim timsalımda YAP-ı ortaya atmaq, gərginlik yaratmaq istəyirlərsə, səhv edirlər, yanlış yoldadırlar. Mən nə dediyimi, kimlər haqqında nə danışdığımı yaxşı bilirəm və onların da üstündə qalıram…

- Yəni, bir daha vurğulayırsınız ki, Sizin fikirlərinizin onlara şamil olunması düzgün deyil və kimlərinsə “özfəaliyyəti”nin nəticəsidir…

- Bəli, bir daha altını qırmızı xətlərlə çızaraq bildirmək istəyirəm ki, mənim siyasi partiyalarla, o cümlədən, parlament partiyaları və parlamenti müxalifəti ilə heç bir işim olmayıb və yoxdur. Axı, nəyə görə, onlar haqqında nəsə deməliyəm? Deməmişəm axı… Kimlərsə ara qarışdırmaq, dediklərimi başqa yerə yozub gərginlik yaratmaq, YAP-ı, iqtidarı haqsızcasına və vicdansızcasına suçlmaq istəyirlərsə, böyük səhvə və yanlışlığa yol verirlər. Heç bir haqları və əsasları yoxdur. Dediyim kimi, onlara, konstruktiv müxalifət partiyalarına, parlamentdə təmsil olunan müxalifətə və digər partiyalara hər zaman ehtiramla yanaşmışam və bu gün də öz mövqemdəyəm. Mən keçmişdəkiləri, radikalları, söyüşcülləri, böhtançıları nəzərdə tutmuşam və mövqeyimin də haqlı olduğunu düşünürəm. Kimsə də mənim sözlərimdən istifadə edib, YAP-ın, iqtidarın üzərinə gedə bilməz.

635x100

Şərhlər

veten dashı 2019-09-09 20:34:53

Bu ölü canları neylərdin ilahi..Allah Sənə rəhmət eləsin Sirus Təbrizli.Sonradan da olsa ayılıb bunlara layiqli dəyər verdin..

EJDER 2019-09-09 20:34:53

SAQ YEMESINLER...

yusif-1313 2019-09-09 20:34:53

Eldar Ibrahimov indi dediklərini 1 saatdan sonra təkzib eləyənlərdəndir.Xalq icərisində bunlara tüpürüb sonra isə yalayanlar deyirlər.Bu tipli adamlar ücün dövlət deyəndə öz şəxsi mənafeyi başa düşülür.

Xalid 2019-09-09 20:34:53

Xahiş edirəm Eldr müəllim haqqında artıq-əskik yazmayasınız. Məni partiya-filan maraqlandırmır, ancaq o canını bu dövlətin yolunda qoymuş tək-tük Kişilərdən biridir... ləyaqətli, çəxsiyyətli insandır... cəsarətli Əliyevçidir. Bu gün onun fikirlərinə rəy bildirən funksionerlər isə zamanında min partiya və sifət dəyişmiş, cəmiyyətdə özünü ifşa etmiş adamlardır....

Əntiqə Qurbanova 2019-09-09 20:34:53

30 il Milli Məclis üzvü olub bu vətən üçün hansı xidmətin olub ki, sonradan iqtidara keçən müxalifəti qılınclayırsan? Sən hansı kurortdasa istirahətdə oturub özünü YAP qurucusu adlandırır, bu vətən üçün canını fəda etməyə hazır olduğunu deməkdənsə, yaxşı olardı ki,təhqir etdiyin layiqli insanlardan üzr istəyəydin

Buqa 2019-09-09 20:34:53

Bele cixishlari oxuyanlar dushundunuzmu bunlarin dovleti ve dovletciliyi nedir. Bu dovlet deyende ozunun var-dovletini ve ailesini dushunur. Gerek bizlerde ele dushunek, cunki bu axsaqqal bele deyir. 30 ildir deputatdir. Biz kimiki onun dediklerine shubhe ile yanashaq. Biz basha dushmedik, goresen pusguda duran muxalifet bunlarin niye ish uzunu acib tokmur. Ashi onsusda bu milletin umunteti yoxdur. Guyuya su tokmekle guyu dolmaz. Gerek ozunde bir teper olsun. Presdent gelen defe bunlari teyin etmez yeqin.

Yetiiim 2019-09-09 20:34:53

Bunlar nədəndirsə baş açmaq olmur hamısı mandrajda, panikadadırlar. Ona görə də nə səbəbdəndirsə hamısı sayaqlıyırlar. Bunun əvvələr belə danışmağa heç cürəti də çatmazdır. İndi.............

SAVADSIZ 2019-09-09 20:34:53

Sənin ağlın olsa o dediklərini deməzdin........olsa səni heç deputat təyin etməzdirlər.

Mirzə AĞ 2019-09-09 20:34:53

Bu adam sadəcə, müxalifətin nə olduğunu bilmir - əqidəsi də vəzifədir!!!

Kohne 2019-09-09 20:34:53

Birinci 5 setiri oxudum.Sen ondan artigina layiq deyilsen!YAP-in qurucusuymuş!!!

NURəddin 2019-09-09 20:34:53

SÖZÜNDƏN NƏ QAÇDIIII. BU MÜSAHİBƏ ELƏ MÜXALİFƏTDƏN ÜZR İSTƏMƏK KİMİ BİR ŞEYDİR.

Cəmşid Dərələyəzli 2019-09-09 20:34:53

Ataların bir sözü var. deyir fikirləş, sonra danış. Bunlar danışır sonra fikirləşirlər. Fikirləşəndə də o biri silahdaşları kimi başlayırlar, bax beləcə sözü dəyişdirməyə. Sonra da deyirlər Cənab Prezidetin arxasındayıq. Bu cəsarətlə, bu cür dil sürüşkənliyi ilə Prezidentin arxasında necə durmaq olar..

omer 2019-09-09 20:34:53

Mence Eldar muellim bir az sertde olsa duz deyir..cox guman o insanlar vezife ucun,ya duptat teyin olmaq ucun bu yolu secibler..bunlardan muxalifet canini qurtardi,iqtidarda bunlari mesafede saxlamalidir..

Köntö 2019-09-09 20:34:53

Soruşan lazımdır ki a kişi hardasa istirahətdəsən sənə bu lazım idi.O qədər mövqe bildir dedilər ki, kişi də bildirdi və çaşdı.İndi də nala mıxa vurur.Əgər başqa partiyadan YAP-a keçənlər satqındılarsa, siz yaşda olanların hamısı kommunist partiyasının üzvü olmayıblarmı?Bir partiyalı sistem olan SSRİ dağılmadımı? Nə tez yadınızdan çıxdı.Dünya praktikasından məlumdur ki dövlətin inkişaf etməsi üçün çoxpartiyalı sistemə ehtiyyac var.Lakin indiki iqtidar partiyası olan YAP hesab edir ki düşmənimiz erməni deyil müxalifətdir.Elə ona görədir ki 26 ildə işğal altında olan bircə rayon almayıb, mübarizəsini erməni ilə deyil müxalifətlə aparır.Hər dəfə də günahları özündə deyil, heç bir il hakimiyyətdə olmayan AXC-Musavat hakimiyyətinin üstünə atmaqla işini bitmiş hesab edir.

qulu 2019-09-09 20:34:53

Nədən qorxub geri çəkildin.Dediklərin elə YAP-ın və iqtidarın xeyrinə olan acı həqiqət idi.Bunu hamı bilirdi.Sən açıq şəkildə dedin.Bundan sonra da qanmadılarsa daha sözün bitdiyi yerdir.Mən də YAPöı yaradanlardanam.Belə getsə ...partbilietimi yandıracam.

t.ədalət 2019-09-09 20:34:53

Eldar müəllim,biz canımızı Vətən üçün,onun torpaqları üçün qoyduq.Sağlamlığımızı itirməkdən başqa heç nə də qazanmadıq.Siz canınızı vəzifə,mənsəb üçün qoymusunuz,onun da artıqlaması ilə xeyrini görmüsünüz.Unutmayın ki,Vətən yoxdursa,torpaq yoxdursa dövlət də yoxdur!Ərazilərimizin işğal altında qalmasına səbəbəblərdən biri də elə Sizin kimi adamların vəzifə və mənsəb davasıdır..

Son yazılar