Medvedyev Ukraynanı təhdid etdi-“Kiyev təsdiq etsə, məhv olar”

Rusiyanın Baş naziri Dmitri Medvedyev Ukrayna ilə AB arasında əməkdaşlıq müqaviləsinin tətbiq olunacağı təqdirdə Rusiyanın sərbəst ticarət razılaşmasını ləğv edəcəyini deyib.

Axar.az xəbər verir ki, Medvedyev güzəştə getməyəcəklərini bildirib:

“Üçtərəfli razılaşma AB və ya Ukrayna tərəfindən pozularsa, Rusiya öz iqtisadiyyatını qorumaq üçün cavab addımı atacaq. Bura Ukrayna ilə güzəştli ticarət razılaşması da daxildir”.

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ölkənin iqtisadiyyatını möhkəmləndirdiyini deyən Medvedyev Çini nümunə gətirib:

“Qərb Çinə qarşı da adekvat sanksiyalar tətbiq etdi. Nəticədə nə baş verdi? Çin iqtisadiyyatı inkişaf etdi və möhkəmləndi. Biz də eyni addımı atacağıq”.

Xatırladaq ki, Kiyevdə hökumətin devrilməsi ilə nəticələnən AB ilə iqtisadi əməkdaşlıq razılaşması təsdiq olunması üçün artıq parlamentə göndərilib. Ukrayna Prezidenti Pyotr Poroşenkonun imzası ilə parlamentə göndərilən sənədin önümüzdəki günlərdə gündəmə çıxarılması gözlənilir. Lakin Rusiya, AB və Ukrayna bu razılaşmanın parlamentdə təsdiq olunsa belə 2015-ci ilin sonundan tez tətbiq olunmaması barədə razılığa gəlmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar