Bakıda kürəkən itkin düşən 81 yaşlı qayınanasını axtarır

Paytaxtda yaşlı qadın itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə polisə Xətai rayonu, X.Məmmədov küçəsi ev 4-a, mənzil 70-də yaşayan Aslanov Murad İlyas oğlu məlumat verib.

Məlumatda bildirilir ki, onunla birlikdə yaşayan qayınanası - 1938-ci il təvəllüdlü Səlimova Lidya Cavad qızı sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar