Azərbaycan - Xorvatiya matçında meydana iki azarkeş daxil olub

AVRO-2020-nin seçmə mərhələsində Bakıda keçirilmiş Azərbaycan - Xorvatiya matçında meydana iki azarkeş daxil olub.

"Report"un məlumatına görə, fanatlar qarşılaşma başa çatan kimi futbolçulara tərəf qaçmağa başlayıblar.

Polis onlara dərhal müdaxilə edib. Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev azarkeşə tərəf gedərək onu polisin əlindən alıb.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb və Azərbaycan yığması seçmə mərhələdə ilk xalını qazanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar