Avropa Birliyindən Rusiyaya yeni ultimatum

Avopa Birliyi Rusiyaya yeni ultimatum ünvanlayıb və bildirib ki, əgər iki həftə ərzində Donbasda vəziyyət düzəlməsə, Kremlin növbəti sanksiyalarla üzləşəcəyi qaçılmaz olacaq.

Axar.az-ın By24.org saytına istinadən verdiyi xəbərə görə, bu barədə qurumun baş diplomatı Ketrin Eştonun mətbuat katibi Maya Koçinyaniç jurnalistlərin suallarını cavablandırarkən deyib.

Avropa Birliyinin rəhbəri Herman Van Rompey də analoji bəyanatla çıxış edərək, Rusiyanı ehtiyatlı olmağa və Donbasda sülhün bərpasına töhfə verməyə çağırıb. Rompey deyib ki, əgər Rusiya müəyyən şərtlərə əməl edərsə, nəinki yeni sanksiyalar, hətta sentyabrın 12-də tətbiq olunan qadağaların bir qisminin ləğvini nəzərdən keçirəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar