«Reallıq təkrar olunur…» - Varşavada İsrail tələbələri amansızlıqla döyülüblər

Yəhudi əmlakının restitusiyası (restitusiya - beynəlxalq hüquqda, müharibə vaxtı qeyri-qanuni yolla qəsb olnmuş əmlakın bir dövlət tərəfindən digərinə qaytarılmasıdır) problemi fonunda Varşavada bir qrup israilli tələbənin amaqsılıqla döyülməsi xeyli məkrli mətləblərdən xəbər verir. Polşa Xarici İşlər Nazirliyi (XİN) isə baş verən hadisəni «təcavüz aktı» adlandırıb.

İsraildən olan gənclər şənbə günü, sentyabrın 7-də səhər tezdən Varşavada amansızlıqla döyülüblər. KİV-in məlumatına görə, hücum səhər saat 04:00-də, tələbələr Varşavanın gecə klublarından birini tərk edərkən baş verib.

«Bədniyyətlilər ərəb dilində danışırdılar» - döyülənlərdən biri bildirib.

İki tələbəyə ciddi tibbi kömək lazım gəlib. Onlardan Yotam adlı birisi hüquq fakultəsinin tələbəsidir və Polşanın hüquq məktəbinə yay semestrində tələbə nümayəndə heyətinin tərkibində gəlib.

İsrailin «0404.co.il» nəşri aşağıdakı təfərrüatı xəbər verməklə, «oda yağ töküb»: «Ərəblər Yotamı və onun döstlarını ona görə döyməyə başlaıblar ki, onlar yəhudidirlər. Əgər sizlərə maraqlıdırsa, polyaklardan heç kim polis çağırmayıb. Bəli, həyətdə, 2019-cu il, Varşava, Polşa… və reallıq təkrar olunur. Polyaklar dayanıb, baxırlar - öz xalqından olmayanları şüurunu itirənə qədər necə döyürlər…».

Nəticədə, Polşa XİN məsələyə müdaxilə etməli olub. İdarə öz mikrobloqunda yazıb: «Xarici İşlər Nazirliyi Polşada əcnəbilərin digər əcnəbilərə qarşı təcavüz aktını qətiyyətlə qınayır. İsrail vətəndaşlarının Polşa ərazisində döyülməsi barədə iş Polşa polisi tərəfindən araşdırılır. Biz, zorakılığın bütün formalarını qətiyyətlə pisləyirik!»

Polşanın İsraildəki səfiri Marek Magerovski isə insidenti «biabırçı barbarlıq» adlandırıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar