SABİQLƏRİ İTTİHAM EDƏN DEPUTATLARIN SAYI ARTDI - "Onlar xeyli mal-mülk sahibi olublar, biz niyə söyülməliyik?..."

“Mən Siyavuş müəllimlə tamamilə razıyam, onun mövqeyini müdafiə edirəm”

"Biz niyə təhqir olunmalıyıq, niyə söyülməliyik? Bir çox hallarda da məhz onlara görə!!!"

YAP icra katibinin müavini Siyavuş Novruzovun eks-nazirlər barədə verdiyi sensasiyalı açıqlamasına bəzi sabiq nazirlərdən reaksiya gəlib. Belə ki, sabiq təhsil naziri Misir Mərdanov demokrat.az-a açıqlamasında deyib ki, Siyavuş Novruzovun səsləndirdiyi ittihamlar ona aid deyil. “Siyavuş Novruzovun dediyi o sözlər qətiyyən mənə aid deyil. Mənim hər zaman mövqeyim bir olub, sözümü demişəm və heç nədən qaçmamışam. Bu gün də eyni mövqeydəyəm və lazım gələndə sözümü deyirəm”, - eks-nazir bildirib. M.Mərdanov keçmiş nazirlər arasında mühacirlərə maliyyə dəstəyi verənlərin olmasını da istisna etməyib.

Sabiq nəqliyyat naziri Ziya Məmmədov isə səsləndirilən ittihamlarla bağlı sfera.az-ın sualına cavab verib. Eks-nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

İstisnalar olsa da, əksər sabiq nazirlər hələ də susurlar. Onların bəziləri mətbuatın israrlı telefon zənglərinə də cavab vermir. Ancaq S.Novruzov bəyan edib ki, mövqe bildirməsələr, davamı onlar üçün yaxşı olmayacaq. YAP funksionerinin qəfildən belə bir açıqlama ilə çıxış etməsi, üstəlik, masanın üstündə səsləndirdiyi ittihamları əsaslandırmaq üçün faktların olduğunu bildirməsi ilgincdir. YAP rəhbərliyinə daxil olan komitə sədrinin belə həssas məsələni əsassız yerə ictimailəşdirmədiyinə şübhə edənlər azdır. Hətta hesab olunur ki, bu məsələ partiya rəhbərliyi ilə də müzakirə olunduqdan sonra mətbuata çıxarılıb.

Bəzi mənbələr bildirir ki, böyük sərvətlər toplayan və vəzifədən çıxarıldıqdan sonra gözə görünməyən bəzi sabiq məmurların potensial təhlükə olduğunu hakimiyyətdə də yaxşı bilirlər. Onların bəzilərinin hətta ailə-uşağını da ölkədən çıxardığı iddia olunur. Təsəvvür edin, hakimiyyətdə təmsil olunduğu zaman S.Novruzov demişkən, milyardlara sahib olan bu şəxslər indi uzaqlara çəkilib, “söyüş müxalifəti” ilə üz-üzə qalan mövcud iqtidarı isə bir qrup fəal, hakimiyyətin sadiq müdafiəçiləri olan dövlət xadimləri, yaxud media mənsubları müdafiə edir.

YAP-çı deputat Tahir Rzayev həmkarı Siyavuş Novruzovun vəzifədən gedən nazir və məmurlarla bağlı son açıqlamasına dəstək çıxıb.  “Etikxeber”ə açıqlamasında bir çox hallarda məhz hakim partiyada təmsil olunmuş həmin sabiq nazirlərə, vaxtilə vəzifə tutmuş o şəxslərə görə təhqir olunduqlarını bildirib. “Biz də vətəndaşıq, biz də insanıq. Biz niyə təhqir olunmalıyıq, niyə söyülməliyik? Bir çox hallarda da məhz onlara görə!!! Onların özlərinin ünvanına nə qədər sözlər deyirlər” - deyən deputat vurğulayıb ki,  onlar özləri heç olmasa özlərini müdafiə etsinlər. “Düzünü deyim ki, mənim əlimdə hakim partiya üzvü olan sabiq nazirlərlə bağlı hansısa faktlar  yoxdur. Amma Siyavuş müəllimin sözünə, dediklərinin əksəriyyətinə haqq qazandırıram. Çünki bu adamlar-sabiq nazirlər uzun müddət bu dövlətdə, bu hakimiyyətdə, hökumətdə təmsil olunublar, bunlar insanlar arasında olublar. Bunların vəzifədən çıxandan sonra birdən-birə istər ictimai həyatdan, ictimai səhnədən çəkilmələri və gedib oturub susqunluq göstərmələrini düzgün qəbul eləmirəm. Nə olar nazir vəzifəsindən çıxanda, bir vətəndaş kimi dünyada baş verən hadisələrə, ölkədə baş verən proseslərə öz münasibətlərin bildirməlidirlər” - deyə YAP-çı deputat sözlərinə əlavə edib.

\Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmkarı Siyavuş Novruzovun ittihamlarına münasibətini bildirərkən deyib ki, insan ona çörək verən, onu vəzifəyə irəli çəkən, onu yüksəldən, tanıdan şəxsə, hakimiyyətə daim sadiq və sədaqətli olmalıdır. “Hamımız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab prezident İlham Əliyevin çörəyini yeyirik, onların sayəsində vəzifələrə irəli çəkilmişik, tanınmışıq, nüfuz, hörmət sahibi olmuşuq. İndi necə ola bilər ki, biz onlara, dövlətimizə sadiq və sədaqətli olmayaq? Vəzifədən getdinsə, bir qədər kənarda qaldınsa, nə bilim, pişik asqırdısa, o zaman sənə çörək verənə, səni tanıdana qarşı çıxacaqsan, ona arxa çevirəcəksən? Mən bunu heç cür qəbul etmirəm və ömrüm boyu da etmərəm. İstər vəzifədə ol, istərsə də olma, hər zaman sədaqətli və sadiq olacaqsan. İnsan çörəyi, yaxşılığı heç zaman unutmaz, xüsusilə də vəzifədən gedəndən sonra. Mənim düşüncəm, həyat fəlsəfəm bundan ibatətdir...”-deyə, H. Rəcəbli sonda sözlərinə əlavə edib.

YAP-çı deputat Elman Məmmədov “Yeni Müsavat”a açıqlamasında həmkarının fikirlərini müdafiə etdi: “Siyavuş müəllim bu məsələdə haqlıdır. Əgər həmin keçmiş nazirlər bu iqtidarda təmsil olunublarsa, deməli, eyni zamanda hakim partiyanın üzvləri, həmçinin YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvləri olublar. Həmçinin işlədikləri müddətdə dövlətdə təmsil olunublar, bu dövlətdən, iqtidardan bəhrələniblər, yüksək maaş alıblar, hörmətli şəxs olublar. Siyavuş müəllim deyən kimi, yəqin əlavə gəlirləri də olub, bəhrələniblər, həmçinin xaricdə, daxildə xeyli mal-mülk sahibi olublar. Bir sözlə, dolanışıqları yaxşı olub, firavan yaşayıblar. Bu gün də mən onların içərisində eləsini tanımıram ki, pis vəziyyətdə, təminatsız yaşasın. Keçmişdə nazir olanların hamısı bu gün də yüksək səviyyədə yaşayır. Əgər belədirsə, bəli, onlar dövlətçilik nöqteyi-nəzərindən mövqelərini bildirməlidirlər, dövləti, dövlətçiliyi, iqtidarı müdafiə etməlidirlər, sözlərini deməlidirlər. Onda belə çıxır ki, kimsə vəzifədədirsə, yalandan, gerçəkdən danışır, dövləti müdafiə edir, ancaq vəzifədən uzaqlaşdırılandan sonra deyir ”mən buralı deyiləm?" Təbii ki, belə yaramaz! Mən Siyavuş müəllimlə tamamilə razıyam, onun mövqeyini müdafiə edirəm".

YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında Siyavuş Novruzovun ittihamlarını dəstəkləyib: "Siyavuş müəllim bildirirsə, deməli, bütün bunların hamısı var. Biz heç bir zaman istəmərik ki, Azərbaycan siyasətinə xaricdən əllər uzansın. Biz heç zaman istəmərik ki, xaricdəki siyasi qüvvələr Azərbaycanın daxili siyasətini tənzimləmək oyununu oynamaq istəsinlər. Kim onların burada oyunçusu rolunu oynamağa maraq göstərirsə və yaxud da xaricə öz imkanlarını təklif edirsə, bu, şübhəsiz ki, artıq milli maraqlara xəyanətdir. İstənilən siyasətçi dəstəyi ancaq və ancaq Azərbaycan xalqından və Azərbaycan cəmiyyətindən istəməlidir. Digər variantlar isə gec-tez onun ifşa olunmasına gətirib çıxarır...Tək vəzifədə olanda deyil, vəzifədən gedəndən sonra da üzv olduğu partiyanın, vaxtilə təmsil olunduğu hakimiyyətin mövqeyinin müdafiə edilməsində öz iştirakını göstərməkdir. O demək deyil ki, ancaq vəzifədə olduqda siyasi xətti müdafiə etmək, cavab vermək və fəal olmaq lazımdır. Vəzifədən çıxarıldıqdan sonra isə bütün işlərdən kənarlaşmağa üstünlük vermək düzgün yol deyil."

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2019-09-10 09:41:05

Bu mübahisədə əsas olan bir cəhət unudulur.Axı bu adlrını çəkdiyiniz milyonlar,milyarlar 10-15 illər ərzində sizin gözünüz qarşısında Yeni Azərbaycan partiyasının üzvləri tərəfindən mənimsənilib.Ehtimalən onlar ətrafdakıl sizləri də "nəzirsiz" buraxmayıblar.Belə halda bu uzun illər niyə susdunuz? Çünki onların əməllərini bilməyən olmayıb.Bir az düşüncəli və real olun ay seçilməmiş deputatcıqlar! Partiyanız əvvəldən çürük olub.QAldı Hadıya,o niyə varidat sahibi olduğunu qeyd etməyib?

Əli 2019-09-10 09:41:05

Ancaq S.Novruzov bəyan edib ki, mövqe bildirməsələr, davamı onlar üçün yaxşı olmayacaq .Deməli mövqe bildirsən YAPı tərifləsən getkefində ol yox mövqe bildirməsən yaxşı olmayacaq.Gülməlidir.Belə başa düşdüm ki sabiqlər aktiv yeyəndə bunlarada bir şey verirlərmiş indi vermirlər onun ücündə xox gəlirlər.İndi vəzifədəki nazirlər yemirlər. Ölkə dövlət bir qırağa qalıb YAP daxili razborka aparır yəni vəzifədə olanda şərait yaratmışıq milyarder olmusan.Deməli siz bilirdiniz ki bunlar oğrudur.İndikilərdəndə deyin

Əli 2019-09-10 09:41:05

Ancaq S.Novruzov bəyan edib ki, mövqe bildirməsələr, davamı onlar üçün yaxşı olmayacaq .Deməli mövqe bildirsən YAPı tərifləsən getkefində ol yox mövqe bildirməsən yaxşı olmayacaq.Gülməlidir.Belə başa düşdüm ki sabiqləraktiv yeyəndə bunlarada bir şey verirlərmiş indi vermirlər onun ücündə xox gəlirlər.İndi vəzifədəki nazirlər yemirlərÖlkə dövlət bir qırağa qalıb YAP daxili razborka aparır yəni vəzifədə olanda şərait yaratmışıq milyarder olmusan.Deməli siz bilirdiniz ki bunlar oğrudur.İndikilərdəndə deyin

baharli 2019-09-10 09:41:05

Cahangir Hacıyevı həbsə salıb tutturursuz, bəs bunlar niyə sərbəst gəzillər? Bunları da tut, pullarını al, bilsinlər.

Hadi Recebli-ye 2019-09-10 09:41:05

Hadi Rəcəbli, sen, deyirsen : “Hamımız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab prezident İlham Əliyevin çörəyini yeyirik, onların sayəsində vəzifələrə irəli çəkilmişik, tanınmışıq, nüfuz, hörmət sahibi olmuşuq." H.Recebli, CAVAB VER : NIYE, hakimiyyetin butun vezifeli memurlari ve Milli Meclise TEYIN OLUNMUSH "deputat"lar, XALQIN CHOREYINI YEDIKLERINI ve XALQI TALADIQLARI PULLARLA, ZENGIN VAR-DOVLETE SAHIB OLDUQLARI BAREDE, XALQA RESMI DEKLARASIYA TEQDIM ETMIRLER ? Hadi, XALQ AVAM DEYIL.

hərbici pensiyacı 2019-09-10 09:41:05

fakt göz qabagındadırki bu nazirlər komitə sədrləri və s məmurlar milyardları altına yıgıb cəkiliblər kənara. indi onları qohum yaxın və şəriklər başlayıblar kim kimi söyür nə edir. onlar söysün bir birini.əsas məsələ odurki müharıbə edib torpaqlarını azad etmək istəyən dövlətə xalqa ən əsas pul və insan resursu lazımdı.qalan hər şeyi pulla almaq olur.silah texnika muzdlular və s həmin pulları isə bunlar ogurlayıb mənimsəyiblər.siyavuşun sözlərində həqiqət var.ogurlanan pullar hansı vasitələrləsə geri

Secici 2019-09-10 09:41:05

Hamımız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab prezident İlham Əliyevin çörəyini yeyirik, onların sayəsində vəzifələrə irəli çəkilmişik, tanınmışıq, nüfuz, hörmət sahibi olmuşuq. İndi necə ola bilər ki, biz onlara, dövlətimizə sadiq və sədaqətli olmayaq? Bunlarin simasi budur. Corek verenleri melumdur. Deyinki onlara xidmet ediik, bu xalgin deputati yox onlarin deputatiyiq

Ekspert 1 2019-09-10 09:41:05

Ata-Babalarımızdan görmüşük ki,KİŞİ olan şəxs özünü,ailəsini, balalarını öz halal zəhmətilə qazandığı çörəklə dolandırar.Bu aiddir,istər nazir,deputat,komitə sədri,polis məmuru və s.zümrələrə,hansı ki ağızlarını açan kimi deyirlər,biz Ulu Öndərin,İlham Əliyevin çörəyini yeyirik.Heç utanıb xəcalət çəkirsiniz? Bu sözləri deməyə.Onların çörəyini siz niyə yeməlisiniz? Özləri maaş alıb,çörək alırlar,siz də onların çörəyini yeyirsiniz.Ayıbdır.Özünüzü bazarda hesab etməyin.....

Surxay Aliyev 2019-09-10 09:41:05

Xalqın,ölkənin taleyüklü məsələlri qalıb bir kənarda,bir irrasional müraciətin,hədənin müzakirəsi gedir.Deputatlar da qoşulub bu müzakirəyə əməlli-başlı boy göstərirlər.Başa düşmək olmur bu sabiqlər nə etməlidir,silah götürüb söyüş müxalifətiylə döyüşməlidir?Təkcə Vidadi İskəndərlinin bütün etik normalarını aşan söyüşlərinə ürcah gələn kəs,gərək ya işin-gücün atıb onunla söyüşə və heç bir işlə məşğul olmaya,ya da ürəyini tutub o dünyaya yollana.Mən onun Qurban Məmmədova dediyi söyüşləri eşitdim,söz tapmıram

t.ədalət 2019-09-10 09:41:05

Fazil Məmmədovun , Ziya Məmmədovun və Səfər Əbiyevin əldə etdiyi əndazəsiz kapitallar bütün dünyanı dolaşır.Səfər Əbiyev çirkli pullarını yumaq üçün Şüvəlanı pomidor plantasiyasına çevirib.Özəl poliklinikalar və Nabran tərəfdəki istirahət guşələrini ayrı-ayrı adamların adına saxlayır.Vaxtı ilə ordumuzun cilovunu etibar etdiyimiz S.Əbiyev,deyilənə görə, bu gün də Moskvada əvvəli xidmətlərini davam etdirir..

Bashirov Qarib 2019-09-10 09:41:05

Deputadlararın bu fikirlərini oxuduqca,adamı dəhşət buruyur.Belə duşuncə sahibləri necə gəlib bu məqama çatıblar.Dövlətə və iqtidara sadiqliyi və sədaqəti onlara verilən çörək və vəzifəyə görə qiymətləndirirlər.Bəs bunların vətənpərvərlik,dövlətçilik,ideya məfkurələri heçmi yoxdur.

Vulkan 2019-09-10 09:41:05

Bunlarin hamısının başı qaçıb. Durub etiraf edirlər ki nazirlər qeyri qanuni pul yığıb. Siyavuş Novruzov da, rəhbərlik də buna göz yumub. Başları tamam xarab olub. Ya da ...

Adil 2019-09-10 09:41:05

Siyavuş deyir ki, YAP-a qarşı mübarizə aparanlara qarşı müvqelərinizi ortaya qoyun.Dmir ki, saz götürüb Siyavuşu tərifləyin.Baxın bunlar belə .....İndi bir iki kəlmə boşbogazlıq etdilər ki , "quş" qoysunlar ki,guya mövqe bildirirlər.Amma yenə heç nə demirlər.Buna görə də dogru deyillər ki, YAP çöküb.

Son yazılar