İQTİDARIN SİYASƏTİ SABOTAJ OLUNUR, YOXSA...? – Əhalinin sağlamlığı ciddi təhlükə altındadır! (Araşdırma)

Apteklərdə xaricdən gətirilən keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli şprislər kütləvi satışda olduğu halda, yerli şpris niyə tapılmır?

Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru“Ölkəmizə daxil olan şprislərin mənşəyi belə bilinmir. Bu şprislərdən insanlara tibbi xidmətdə istifadə yolverilməzdir!”

Azərbaycanda dərmanların keyfiyyətinin aşağı olması uzun illərdir müzakirə mövzusudur. Ancaq yalnız dərmanların deyil, idxal olunan tibbi ləvazimatların da bir çoxunun keyfiyyəti nəinki beynəlxalq tələblərə cavab verir, hətta insan sağlamlığına təhlükə yaradır.

Belə ki, mütəxəssislərin məlumatlarına əsasən uzun illərdir Azərbaycana xaricdən, əsasən, Çində qeyri-rəsmi sexlərdə hazırlanan ucuz, keyfiyyətsiz şprislər gətirilir. Bu şprislərin ümumiyyətlə mənşəyi bilinmir və inkişaf etmiş ölkələrdə heç bir halda istifadə olunmasına yol verilmir. Ölkəmizdə müvafiq qurumlar tərəfindən ciddi nəzarət edilmədiyindən, eləcə də, tibbi ləvazimatların beynəlxalq standartlara cavab verməsini yoxlayan laboratoriyalar olmadığından sahəni öz inhisarında saxlayan şirkətlər bu şprisləri maneəsiz şəkildə Azərbaycana gətirərək satdırırlar.

Prezident "xaricdən şpris idxalına ehtiyac qalmır" demişdi, ancaq...

Bütün bu neqativ halların qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədi ilə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda şpris zavodunun açılmasına göstəriş verildi.

Araşdırmalarımıza görə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə qurulmuş şpris istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir (bu isə ölkənin şprisə olan tələbatıni tam ödəyir). Zavod Almaniya, İsveçrə, İngiltərə və Yaponiya kimi ölkələrin ən müasir texnologiyaları və avadanlıqları ilə təchiz olunub.

Prezident İlham Əliyev bu ilin may ayında Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açılışı zamanı müəssisənin kollektivi qarşısında çıxışında söyləmişdi: “Azərbaycanda bu sahədə də idxaldan asılılıq aradan götürülmüş olacaq. Bu zavodda bizim siyasətimiz öz əksini tapır, çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər BİZ ŞPRİSLƏRİ XARİCDƏN ALIRDIQ, İNDİ İSƏ BUNA EHTİYAC QALMIR”.

Göründüyü kimi, ölkə Prezidenti açıq mətnlə bildirmişdi ki, şpris istehsalı zavodunun tikintisində məqsəd bu məhsulun xaricdən idxalını dayandırmaqdır. Ancaq buna baxmayaraq, Azərbaycanda yenə də mənşəyi bilinməyən, Çində sexlərdə qeyri-tibbi (sənaye yönümlü) xammaldan hazırlanan və steril olub-olmadığı bilinməyən şprislər satılmaqda davam edir.

Araşdırmalarımız zamanı əldə etdiyimiz məlumatlardan belə görünür ki, bu işə məsul olan məmurlar dövlətin bu siyasətinə qatılmaq, Prezident qərarlarının icrasında iştirak etmək istəmirlər. Bununla da Azərbaycan əhalisinin mənşəyi bilinməyən, aşağı keyfiyyətli şprislərdən istifadə etməsinə, beləliklə də, sağlamlığının təhlükə altında qalmasına səbəb olurlar. Bunu aidiyyəti qurumların rəhbərləri də “Azpolitika.info”ya açıqlamalarında təsdiqləyiblər.

Apteklərdə “Azərbaycan şprisi” niyə yoxdur: bahadır, yoxsa?...

Bu haqda məlumat verməzdən öncə bəzi suallara aydınlıq gətirmək istərdik. Dövlətin maliyyə dəstəyi ilə qurulmuş bu zavodun istehsal etdiyi şprislər apteklərdə varmı? Bu zavod da bəzi zavodlar kimi açılıb, işləmir, yoxsa istehsal etdikləri məhsullari xaricə ixrac edir?

Araşdırmalara ilk olaraq paytaxt apteklərindən başladıq. Acınacaqlı haldır ki, apteklərin heç birində “Azərbaycan şprisi” tapmadıq. Bu məsələyə aydınlıq gətirmək üçün şpris istehsalı zavodu ilə əlaqə saxladıq.

Zavodun direktoru Samirə Hüseynova bildirdi ki, zavod hal-hazırda işləyir, çox yüksək keyfiyyətdə müxtəlif tutumlu şprislər istehsal edir: "İstehsal etdiyi məhsulların xammalı tibbi yönümlü polimerlər olmaqla, İsveçrənin dünyaca məşhur olan “İNEOS” şirkətindən, iynə ucları isə bu sahədə bir nömrə olan Yaponiyanın məşhur “NİPRO” şirkətindən alınaraq gətirilir. Zavodun istehsal gücü ölkəni şprislərlə tam təmin etməyə imkan verir. Gələcəkdə nəzərdə tutulsa da, hələlik xaricə heç bir məhsul ixrac edilmir”.

Bəlkə yerli məhsulların qiyməti bahadır?

Zavodun direktoru buna cavab olaraq bildirdi ki, zavodun topdansatış qiymətləri 2 və 5 qramlıq şprislər üçün 6-8 qəpik, 10 və 20 qramlıq şprislər üçün isə 10-13 qəpikdir. Eyni zamanda onu da qeyd etdi ki, Azərbaycanda bu keyfiyyətdə məhsul yalnız “Alman aptek”ində satılır, qiyməti isə 2 və 5 qramlıq üçün 50 qəpik, 10 qramlıq üçün isə 70 qəpikdir. 

Bəs inhisarçı şirkətlər və klinikalar ölkədə bu cür keyfiyyətli və münasib qiymətlərlə şpris istehsal edən zavod olduğu halda, nədən xaricdən keyfiyyətsiz məhsullar gətirməkdə davam edirlər?  

Məsələ ondadır ki, apteklərdəki araşdırmalarımız zamanı satıcılar bildirdilər ki, dərmanları da, şprisləri də “Avromed”, “Azərimed” və başqa topdansatıcılardan alırlar.

Ölkədəki apteklərin böyük hissəsi bir neçə dərman şirkətinin nəzarətindədir. Apteklərin bir çoxuna lisenziyaları Səhiyyə Nazirliyinin müvafiq qurumlarından həmin şirkətlər alıb-verdiyindən (belə bir mexanizm yaradılıb ki, bu da başqa bir mövzudur) onlar satdıqları dərman və tibbi ləvazimatları o şirkətlərdən almaq məcburiyyətindədirlər. Hətta lisenziyalarını özləri alan aptek sahibləri belə bu iri dərman şirkətlərindən asılıdır. Apteklər normal fəaliyyət göstərmək üçün bu şirkətlərlə işləməyə məcburdurlar.

Adının çəkilməsini istəməyən aptek müdirlərindən biri bildirdi ki, "biz də yerli şprislərin çox keyfiyyətli olduğunu eşitmişik, lakin özünü görməmişik, “Azərbaycan şprisləri” bizə verilərsə satarıq".

Məsələyə tam aydınlıq gətirmək niyyəti ilə ölkədəki apteklərin böyük hissəsini dərman və tibbi ləvazimatlarla, o cümlədən, şprislə təmin edən “Avromed”, “Azərimed” və digər şirkətlər, eləcə də, hər ay külli miqdarda birdəfəlik şprislərdən istifadə edən “Xətai Estetik Klinikası”, “Avrasiya”, “Medera”, “Medstyle” kimi böyük klinikaların yeni açılmış zavoddan keyfiyyətli şpris almaq əvəzinə, xaricdən gətirilən və mütəxəssislərin rəyinə görə aşağı keyfiyyətli, hətta mənşəyi bəlli olmayan şprislərindən istifadə etmələrinin səbəbləri ilə maraqlandıq.

“Azərimed”-dən cavab gəlmədi, “Avromed” zavodun məhsullarını alacağını vəd edir...

İlk növbədə həm səslənən ittihamlar, həm də ölkədə şpris zavodu açıldığı halda hələ də idxala üstünlük vermələrinin səbəbləri ilə bağlı dərman bazarında xüsusi mövqedə olan “Avromed” və “Azərimed” şirkətləri ilə əlaqə quraraq, onların da mövqeyini öyrənmək istədik. Hər iki şirkət suallarımızı rəsmi olaraq sorğu şəklində göndərməyimizi istədi. Göndərdik, ancaq yalnız “Avromed”dən cavab ala bildik.

“Avromed” şirkətindən verilən cavabda yerli zavodun məhsulunu almamaları müəsisənin yeni açılması ilə bağlanır(?-müəl.),  gələcəkdə belə bir niyyətlərinin olduğu vurgulanır.

Şirkət il ərzində apteklərə nə qədər şpris satdığına, xaricdən şprisin birini neçəyə aldığına dair suallarımızı cavabsız buraxsa da, idxal etdiyi məhsulun keyfiyyətsiz olması ittihamlarını qəbul etməyib. “Satışını həyata keçirdiyimiz bütün növ şprislərin keyfiyyətini təsdiq edən bütün keyfiyyət və uyğunluq sertifikatlarımız var və müştərilərimizə təqdim edirik”, – saytımıza göndərilən cavabda vurğulanır.

Ancaq idxal etdikləri şprislərin hansı şirkətlərin istehsalı olduğu barədə suallarımıza cavab verilməməsi cavabın səmimiliyinə şübhə yaradır.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, Azərbaycanda satılan şprislərin böyük hissəsi Çində və ya başqa bir ölkədə "yeraltı" sexlərdə hazırlanan, təxminən biri 1-2 qəpiyə və ya kiloqramla alınan keyfiyyətsiz məhsullardır. Ola bilsin ki, idxal olunan şprislərin müvafiq sertifikatlara malik olduqlarını göstərmək üçün onların yanında bir az da müvafiq sertifikatı olan məhsul gətirilir. Aidiyyəti qurumlara da bunu təqdim edirlər. Ancaq mütəxəssislər tam məsuliyyətlə deyirlər ki, ölkədə satılan şprislərin böyük əksəriyyəti yararsızdır. Onların insanların üzərində istifadə olunması yolverilməzdir!

“Xətai Estetik Klinikası”nın baş meneceri Talıb Vəliyev bildirdi ki, onlar uzun illərdir şprisləri “Avromed Company” QSC-dən alırlar: “Hansı şirkət bizim marağımıza, tələblərimizə uyğun təklif edir, ondan alırıq”.

Buradan belə anlaşılır ki, apteklər kimi, klinikalar da şpris tələbatını dərman bazarında inhisarcı mövqedə olan şirkətlərdən alırlar.

Digər klinikalara ünvanladığımız sualların cavablandırılmaması onların da bu sahədə inhisarçıların maraqlarına xidmət etdiklərinin sübutudur (onlarla yenidən əlaqə saxlayacağıq-müəll.).

Şpris idxalçıları əhalinin sağlamlığını risk altında qoyaraq böyük qazanc götürürlər!

Maraqlıdır, bu faktlar Səhiyyə Nazirliyinə, Gömrük Komitəsinə və digər dövlət qurumlarına məlum olsa da, nədən tədbir görülmür?

Apteklərdə mütəxəssislərlə apardığımız söhbət zamanı şprislərin qiyməti məsələsində də maraqlı faktları üzə çıxdı. Belə ki, xaricdən gətirilən 2 və 5 qramlıq şprislər apteklərdə əhaliyə 10-15 qəpiyə, 10 və 20 qramlıq şprislər isə 15-20 qəpiyə satılır. Apteklərə isə inhisarçı şirkətlər tərəfindən 2 və 5 qramlıq şprislər 7-10 qəpikdən (zavodun verdiyi məlumata görə, yerli şpris zavodunun topdansatış qiyməti 6-8 qəpikdir), 10 və 20 qramlıq şprislər isə 14-15 qəpikdən (zavodun verdiyi məlumata görə, yerli şpris zavodunun topdansatış qiyməti 10-13 qəpikdir) verilir.

Çindən bu şprislər 1-2 qəpiyə alınır və bəzi məlumatlara görə, kiloqramla alındığından, şirkətlər aradakı fərqdən daha çox qazanc əldə edirlər. Elə onların yerli şprisi almaqdan imtina etməsinin əsas səbəbi də budur.

“Diamed” şpris istehsalı zavodunun direktorunun sözlərinə görə, tibbi təyinatlı xammaldan istehsal edilən və insanların istifadəsi üçün nəzərdə tutulan tam steril 2 və 5 qramlıq şprislərin maya dəyərinin 3.5-4 qəpikdən aşağı olması qeyri-mümkündür. Bura nəqliyyat xərcləri, gömrük rüsumu və şprisin idxal qiymətini gəldikdə həmin şprislərin qiyməti zavodun topdansatış firmalarına təklif etdiyi qiymətlərdən xeyli baha başa gəlir. Bu fakt da göstərir ki, idxal edilən şprislərin böyük əksəriyyəti müvafiq keyfiyyət tələblərinə cavab vermir, əhalinin sağlamlığını risk altında qoyur...

Səhiyyə Nazirliyinin rəsmisi: “Şprisləri hələ ekspertizadan keçirə bilmirik...”

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin hələ bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında bildirilib ki, ölkəmizə şprislər əsasən Çindən və bir qədər də Türkiyədən gətirilir. Digər ölkələrin bazarda payı isə simvolik rəqəmlərlə ölçülür.

Bəs Səhiyyə Nazirliyi idxal olunan şprislərin beynəlxalq standartlara cavab vediyini necə müəyyənləşdirir, ekspertizadan keçirirmi? Onların steril olub-olmaması necə müəyyən edilir?

Bununla bağlı suallarımıza cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Nərmin xanım bildirdi ki, şprislər ekspertizadan keçirilmir. Onların mənşə və keyfiyyət sertifikatları əsasında satışına icazə verilir.

Sonra o bizi, suallarımıza daha ətraflı cavab almaq üçün Səhiyyə Nazirliyinin İdxal şöbəsinin müdiri Mahmud Paşayevə yönəltdi. M.Paşayev bildirdi ki, onlar yalnız şirkətlərin təqdim etdikləri sənədlərə əsaslanaraq qərar verirlər. Nazirlik rəsmisi idxal olunan şprisləri hələlik ekspertizadan keçirmək, onların beynəlxalq standartlara uyğunluğunu yoxlamaq imkanının olmadığını bildirdi: “Şprislərin keyfiyyətini yoxlamaq üçün bizdə laboratoriya açılmalıdır. Bunun üçün də tibbi ləvazimatların qeydiyyatı olmalıdır. Ancaq bizdə tibbi texnikanın, tibbi ləvazimatların qeydiyyatı olmadığı üçün hələlik belə bir laboratoriyamız da yoxdur. Hazırda bu istiqamətdə iş gedir, layihə hazırlanır. Ona görə də ölkəyə idxal edilən və apteklərdə satılan şprislərin hansı keyfiyyətdə olduğunun konkret bizim tərəfimizdən yoxlanıldığını söyləyə bilmərəm. Biz yalnız onların təqdim etdiyi sənədlər əsasında həmin məhsulların Azərbaycanda satışına icazə veririk”.

Mahmud Paşayev idxal olunan keyfiyyətsiz məhsulların Səhiyyə Nazirliyinin İdxal şöbəsinin icazəsi olmadan da satışa çıxarılmasını istisna etmədi.

Bəs ölkədə keyfiyyətli şpris istehsal edən müəssisə fəaliyyətə başladığı halda, Səhiyyə Nazirliyi niyə tabeliyindəki xəstəxanalara hələ də özəl şirkətlərdən keyfiyyəti şübhə doğuran şprisləri alır?

Mahmud Paşayev bu sualın ona aid olmadığını, Səhiyyə Nazirliyinin rəhbərliyinin cavab verə biləcəyini söylədi, ancaq gün ərzində Səhiyyə Nazirliyinin mətbuat xidmətinə etdiyimiz zənglərə cavab verən tapılmadı. Buna görə də suallarımızı Səhiyyə Nazirliyi üçün açıq saxlayırıq...

"Yeraltı" sex məhsullarına belə serifikatları alıb verən şirkətlər fəaliyyət göstərir

Qeyd edək ki, “Avromed” şirkəti “Azpolitika.info”ya göndərdiyi məktubda idxal olunan şprislərin müvafiq dövlət qurumları tərəfindən ekspertizaya cəlb olunduğunu iddia etmişdi. Ancaq Səhiyyə Nazirliyinin rəsmisi ölkədə bu cür ekspertizanın aparılmadığını bildirir... Maraqlıdır, şirkət niyə yalan məlumat verir?

Mütəxəssislərin fikrincə, Çin kimi ölkələr xaricə ixrac olunan məhsulların beynəlxalq keyfiyyət standartlarına cavab verməsinə xüsusi diqqət etmədən, onlara mənşə və uyğunluq sertifikatı verir.

Hətta, Çində, Ukraynada "yeraltı" sex məhsullarına belə sertifikatları alıb verən şirkətlər fəaliyyət göstərir. Hal-hazırda Türkiyədən gətirilən şprislərin böyük əksəriyyəti də Çin mənşəlidir. Ona görə də, Çindən və ya başqa ölkələrdən gətirilən dərman məhsullarının, şprislərin yerli laboratoriyalarda ekspertizadan keçirilmədən satışa buraxılması yolverilməzdir.

Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru: “Bu şprislərin istifadəsi yolverilməzdir!”

Qeyd edək ki, Səhiyyə Nazirliyinin rəsmisindən fərqli olaraq, Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru, professor Namiq Tağıyev ölkəyə idxal olunan və bu gün əksər apteklərdə satılan şprislərlə bağlı konkret danışdı.

N.Tağıyev bu şprislərə insanlara tibbi xidmətdə istifadənin yolverilməz olduğunu bildirdi: “İlk növbədə qeyd edim ki, çox vacib, aktual məsələyə toxunursunuz. Bilirsiniz ki, şprislərin keyfiyyəti Beynəlxalq İSO sertifikatları ilə tənzimlənir. Orada bir neçə məsələ var və biz də onları nəzərə alaraq hazırda beynəlxalq standartlara uyğun Azərbaycanın öz milli standartını hazırlayırıq. Bu sahədə iş gedir. Yaxın zamanlarda milli standartlar hazır olacaq. Ancaq bu, kifayət deyil. Əsas məsələ ondan ibarətdir ki, idxal olunan məhsullar haqqında gərək qanunvericilikdə dəyişiklik edilsin. Qanunla müəyyən edilsin ki, Azərbaycana gətirilən məhsullar ölkədə qüvvədə olan standartlara uyğun gəlməlidir. Bu, ən vacib məsələlərdən biridir. Hələ ki, belə bir qanun yoxdur. Ancaq biz çalışırıq ki, qanunvericilikdə dəyişiklik edilsin və bu tələblər də qanunda əksini tapsın. Yaxın zamanda, hökumətə də müraciət edəcəyik ki, bu məsələyə diqqət yetirsinlər... Ancaq ötən müddətdə də boş dayanmamışıq. Biz institut olaraq, öz vəsaitimiz hesabına ölkədə satılan şprislərin yararlığını yoxlamaq üçün monitorinq keçirdik. Kimisə nə hədələdik, nə də narahat etdik. Cənab Prezidentin tapşırığına əsasən ölkədə satılan məhsulların vətəndaşların sağlamlığına zərər vurmaması üçün biz də öz səylərimizi ortaya qoyduq.

Monitorinqlər zamanı apteklərdən aldığımız şprislərin standartlara nə qədər cavab verdiyini yoxlamaq üçün xaricdə akreditasiya olunmuş laboratoriyalara göndərdik. Bu sınaqlar kifayət qədər baha olsa da, biz öz hesabımıza bunu həyata keçirdik. Təəssüf ki, nəticə heç də ürəkaçan olmadı:

- Şprislərin iynələrinin ölçüləri və qalınlıqları standartlara uyğun deyil. Bu da istifadə zamanı insanlara əziyyət verir.

- Vurulan mayenin bir hissəsi geri qayıdır, insan bədəninə keçmir. Nəticədə xəstələr lazımi dozanı ala bilmirlər.

- Şprislərin şkalası düzgün göstərmir.

- Bundan əlavə, şprislər 2 hissəli və 3 hissəli (bu şprislərdə qara rezin hissə mövcuddur) olurlar. Avropa, habelə qabaqcıl ölkələr artıq 2 hissəli şprislərə keçib. Hissə nə qədər az olarsa, şprisi steril etmək daha asan olur, belə ki, 3 hissəli şprislərdə (yəni porşen üzərində qara rezin hissə olan) sterillik 30-35% risk altına düşür, yəni hər 3 şprisdən biri tam steril olmaya bilər. Bizdə isə hələ də 3 hissədən ibarət keyfiyyətsiz şprislər satılır. Şprisin germetikliyini təmin etmək məqsədi ilə isifadə olunan həmin qara rezin hissə bir çox dərmanla reaksiyaya girərək, insanlarda allergik fəsadlar törədir və bu şprislər çox qaldıqda həmin rezinlər zaman keçdikcə quruyur və ondan qopa biləcək mikrohissəciklər istifadə zamanı insan həyatına təhlükə törədir.

Buna görə də inkişaf etmiş ölkələrdə bu cür şprislərdən istifadə olunması qadağandır. Çox təəssüf ki, sexlərdə hazırlanan və çox ucuz başa gələn belə şprislər hələ də bizim apteklərdə kütləvi şəkildə satılır. Bunu demək lazımdır ki, bizim istehlakçılar nədən istifadə etdiklərini bilsinlər...”

Namiq Tağıyevin fikrincə, keyfiyyətsiz şprislərin apteklərdə satışının qarşısının alınması üçün müvafiq qurumlar məsələni ciddi nəzarətə götürməlidirlər. O, ölkədə satılan şprislərin əksəriyyətinin beynəlxalq standartlara cavab vermədiyini bildirdi: “Bizim ölkəmizə daxil olan şprislərin mənşəyi belə bilinmir. Buna görə də bu məsələ ciddi nəzarətə götürülməlidir”.

Yerli şprislərin keyfiyyətinə gəlincə, mütəxəssis bildirdi ki, zavodda ən müasir texnologiyadan və yüksək keyfiyyətli tibbi xammallardan istifadə olunur, məhsulların keyfiyyəti beynəlxalq standartlara cavab verir və institut tərəfindən onlara bunu təsdiq edən uyğunluq sertifikatları verilib: ”Buna görə də zavodda istehsalın daha da genişlənməsinə dəstək verilməli, apteklərdə yerli məhsulun satışı dəstəklənməlidir. Bu yolla aptekləri insanlar üçün yararsız və keyfiyyətsiz şprislərdən təmizləyə bilərik. Bir daha müvafiq orqanlar bu məsələyə ciddi yanaşmalıdır”.

Bütün bu araşdırmaların nəticəsi təkrar sual doğurur: ZAVOD DİREKTORUNUN  DEDİYİ KİMİ, ƏGƏR ZAVOD TAM GÜCÜ İLƏ İŞLƏYİRSƏ (İllik 150 milyon istehsal gücü ilə), İSTEHSAL OLUNAN ŞPRİSLƏR HARA GEDİR?

Bu mənzərə və eyni zamanda, yerli şprislərin ölkədə heç bir aptekdə satılmaması və tibb mərkəzlərində istifadə olunmaması, yuxarıda qeyd etdiyimiz kimi, zavodun açılıb, amma işləmədiyinə və ya istehsal etdiyi keyfiyyətli şprisləri bir çox Azərbaycan məhsulları kimi başqa ölkələrə ixrac etdiyinə dəlalət edir. Bu məsələ ilə bağlı suallarımızı “Diamed Co.” şpris istehsalı zavodu üçün açıq saxlayırıq...

İ.İsmayılbəyli

AzPolitika.info

Şərhlər

xəstə 2019-09-11 09:10:20

....rüşvət,xəstələrə münasibət,dərmanların bahalığı ilə keyfiyyətsizliyi kimi ciddi məsələlər ilə məşğul olan yoxdur.....

AAgahuseyn 2019-09-11 09:10:20

Oqtay Şirəliyevin fəaliyyəti ilə bağlı yazıları oxuyanda,həmişə YADIMA bizim Bakı aptekindən aldıqım dərmanlar yadıma düşür.Bizdə 85-aznə olan dərmah İranda 2-50-qəp,bizdə 147-aznə olan onlarda-35-azn,bizdə qan təziqi ücün olan dərmanlar onlarda bizdən 10-dəfə ucuzdur NİYƏ.Mən bir ayda BAKIDA dərmana verdiyim pula İRANDAN 10-aylıq dərman alıram.KEYFİYYƏT də bizdəkindən yüksək.KİMDİR MÜQƏSSİR onun özü o keyfiyətsiz dərmana möhtac qalsın.

Nadir 2019-09-11 09:10:20

Oktay Şirəliyevin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanda səhiyyənin,dərman təchizatının bərbad hala salındıını və belə fəaliyyətin 10 ildən yuxarı davam etməsi,ölkədə ölüm sayının artması,dövlət xəstəxanalarında rüşvətin tüğyan etməsi,pasiyentlərə yarıtmaz xidmət göstərilməsi,şikayətlərin cavabsız qalması niyə müvafiq orqanları narahat etmir və ya Şirəliyevə qarşı dözümlülük nümayiş etdirilir? ....

Dadaş 2019-09-11 09:10:20

Məmurlar əhalinin sağlamlığının.güzəranının yaxşılaşmsına cəhdi görünmür və hiss olunmur.misal:Şirəliyevin səhiyyə naziri kimi bu sahəni məhv etməsi,Abdulla Gözəlin əalini yararsız ərzaqla təmin olunmya məcbur etməsinətıhsilin bərbad vəziyyəti hökumətin əhalinin vəziyyətinə göz yummasını əyani sübut edir.Boş nağıllardan hamı bezib.

Sənana 2019-09-11 09:10:20

Uuzun ilərdir səhiyyə naziri olan Oktay Şirəliyevə kim nə edə bilər?....

qorxunc həqiqət 2019-09-11 09:10:20

...Xalq düşmənləridir bunu edənlər. Vətən xainləri. Vicdanını, ləyaqətini mənfəətə qurban verən əqidəsizlərdir...

Powtalyon 2019-09-11 09:10:20

Azerpowtda acinacaqli durumdu bugun. Gelin bu durumnan yazin.

Araşdırmaçı 2019-09-11 09:10:20

Rayon Mərkəzi Xəstəxanalarında Beynəlxalq Universitetinin Biologiyasını qurtaranlar həkim kimi fəaliyyət göstərirlər ? Nəyin hesabına ? Səhiyyə Nazirliyidə belə qanunsuzluqlara göz yummaqdadır ?

pasiyent 2019-09-11 09:10:20

Səhiyyədə uzun illərdir Şirəliyev siyasəti yüüdüldüyündən (bu siyasətin bəzi onlara yaxın işbazlarla razılaşdırılmış olmasına dəlalət edir) və bu absurd siyasətə iqtidar tərəfindən diqqət edilmədiyindən belə hallar əhalinin saölamlığına ciddi təsir edib və edir.Bunun səbəbini açıqlamaq istəyən,dövlət xəstəxanalarında, apteklərdə özbaşınlığın qarşısını almalı olan qurumların fəaliyyətsizliyi bu hala gətirib.Burada iqtidarı əslində illərdir narazılıq yaradan nazirliyə diqqət etməməsi təəcüb doğurur.

Vətəndaş sözü 2019-09-11 09:10:20

Təchizat müavininə aiddir. Nazir xaricdə müalicə olunursa, SN etibarsız olur. Sığortalı tibbin də məsuliyyəti sifarişçisinin üzərinə düşür. Biznes maraqları az qala sağlamlığı qazanca qurban versin. İynə ucuzdursa satılacaq! Müstəqil ölkəmiz tibbi vasitələri əsasən xaricdən almırdımı? Şprisin (sterildən keçməli)plastik və iynə materialları xaricdən gətirilmirmi? Məgər, RF və digər ölkələrdən yüz milyonlarla dəyərə qeyri-təbii, yararsız ərzaq və mal yemi idxal edilmirmi?

t.ədalət 2019-09-11 09:10:20

Oqtay Şirəliyevin fəaliyyəti ilə bağlı yazıları oxuyanda,həmişə N.Gəncəvinin "Sirlər xəzinəsi" poemasındakı "İki bayquşun söhbəti" hekayəsi yada düşür.Doğrudan da,nə qədər ki səhiyyəmizin başında Oqtay Şirəliyev durur vəziyyət bundan da pis olacaq.Böyük gəlirlər əldə etmək aşiqləri ilə nəyəsə nail olmaq mümkünsüzdür..

senan 2019-09-11 09:10:20

Həyati əhəmiyyəti olan bu sahədə ortaya çıxan suallar çox və geniş olsa da cavablar qeyrimüəyyən və həqiqətdən kənardır.Odur ki,mən düşünürəm ki,bu problem daha geniş və əhatəli tədqiq olunmalı və sonda çox ciddi müzakirələr aparılması üçün respublika miqyasında müşavirə keçirilməlidir.Bu sahədə fəaliyyət göstərən insanların cavabında soyuqqanlılıq və gördükləri işə görə məsuliyyətsizlik açıq hiss olunur...

Əjdər 2019-09-11 09:10:20

Bu şirkətlər haqda niyə tədbir görelmür?

Son yazılar


Новости

Карьерный рост Илона Маска

В детстве Илон был необычным ребенком, много читал. Как вспоминал его отец, как-то Илон, когда ему было три или четыре года, спросил у него: «Где заканчивается и начинается мир?». Илон и Кимбал учились в Pretoria Boys High School. Илон окончил школу с отличными отметками по физике и информатике. При этом в школе Маску приходилось нелегко в отношениях с другими детьми, после одного из избиений ему пришлось восстанавливать сломанный нос, говорится в биографии Илона Маска в Википедии. С детства Илон много читал, любил фантастику, от Жюля Верна до Азимова, Хайнлайна и Толкина. Роман Дугласа Адамса «Автостопом по галактике» помог ему справиться с личностным кризисом в четырнадцать лет, а книги «Академия» и «Луна — суровая хозяйка» пробудили в Илоне интерес к космосу, говорится в биографии Маска на сайте «Мир фантастики». Когда Илону Маску было 10 лет, он получил в подарок первый компьютер Commodore VIC-20, который использовал для программирования, уже в 12 лет он продал за 500 долларов свою первую программу, игру Blastar, в которой можно было стрелять по инопланетянам из лазерной пушки. Чтобы избежать призыва в армию в ЮАР, мальчики уехали в Канаду к матери. Отмечается, что деньги на поездку Маск добыл сам, с помощью продажи акций фармацевтической компании. В 19 лет Илон поступил в Королевский университет в Кингстоне, Онтарио. В 1992 году Маск переехал в США и поступил в Пенсильванский университет, где получил степень бакалавра наук по физике колледжа искусств и наук, а также степень бакалавра по экономике Уортон школы бизнеса. Со временем перешел в Стэнфорд, но обучение не закончил. Карьера Илона Маска Zip2 — первая компания, которую организовали совместно братья Маск в 1996 году. Они занимались производством программного обеспечения. Их проектом был цифровой аналог «Жёлтых страниц», с помощью которого в любом районе Сан-Франциско можно было найти ближайшую пиццерию. Стартап развивался не так быстро, как хотелось Илону, но трудолюбие позволило вывести его на такой уровень, что им заинтересовались инвесторы. Вскоре фирма Compac приобрела Zip2 за 307 миллионов долларов, 22 миллиона достались лично Илону Маску и он в 27 лет стал миллионером. В марте 1999 года Илон Маск стал одним из основателей X.com (вложив 12 млн собственных сбережений), намереваясь сделать революцию в сфере банковских платежей. Уже в 2000 году произошло слияние компаний X.com и Confinity, тем самым объединились системы X.com и PayPal. Маск требовал для нового образования бренд X.com вместо PayPal. Это вызвало разногласия внутри организации, и Илон по решению Совета директоров ушел в отставку. Но стратегически и экономически Маск снова сделал верный ход. В октябре 2002 года PayPal была куплена eBay за 1,5 млрд долларов, а Илон за свои 11,7% акций получил 175 млн долларов. Илон Маск и SpaceX В июне 2002 года Маск основал свою третью компанию — SpaceX. Эта компания Илона связана с космическими разработками, целью ее создания было сокращение расходов на полеты в космос, способствование его освоению и в частности, будущая колонизация Марса. Илон Маск стал главным инженером и СЕО SpaceX. 24 марта 2006 года состоялся первый для компании запуск ракеты-носителя Falcon 1, но он завершился аварией. Однако в том же году компания SpaceX стала одним из победителей в конкурсе НАСА Commercial Orbital Transportation Services (COTS), получив суммарное финансирование в размере 396 млн долларов, для разработки и демонстрации ракеты-носителя Falcon 9 и корабля Dragon. 28 сентября 2008 года состоялся первый успешный запуск ракеты-носителя Falcon 1 и вывод полезной нагрузки на орбиту. Благодаря энергичным действиям Илона Маска, в компании разработаны два типа потенциально многократных ракет-носителей: Falcon 1 и Falcon 9, а также многоразовый космический корабль Dragon. В декабре 2008 года NASA подписало с компанией контракт на сумму 1,6 млрд. долларов на 12 запусков носителя Falcon 9, а затем и космического корабля Dragon к МКС, в качестве замены кораблей Space Shuttle после прекращения программы их запуска в 2011 году. Дальнейшими достижениями SpaceX стали: запуск корабля Dragon, который был выведен на орбиту и возвращен на Землю 8 декабря 2010 года, первая в истории посадка первой ступени на землю, выполненная после вывода полезной нагрузки на околоземную орбиту (22 декабря 2015 года), первая успешная посадка первой ступени ракеты-носителя Falcon 9 на морскую платформу Autonomous Spaceport Drone Ship (8 апреля 2016 года) и первый запуск и посадка использованной ступени ракеты-носителя Falcon 9 (31 марта 2017 года). Одной из фантазий Маска было освоение Марса. По мнению Илона, исследования Марса позволят установить цену на транспортные полеты на планету на уровне $ 500 тыс., что «вполне приемлемо» для жителей развитых стран, а также положить начало освоению других планет. «Мне нравится участвовать в проектах, которые меняют мир. Это сделал интернет, и космос, вероятно, изменит мир больше, чем, что бы то ни было. Если человечество сможет выйти за пределы Земли, очевидно, что там будет его будущее» — утверждал предприниматель. Илон Маск неоднократно высказывался за колонизацию Марса, в том числе он предлагал сбросить на полюса Марса термоядерные бомбы, чтобы нагреть поверхность планеты и сделать ее пригодной для жизни. В апреле 2016 года вышла новость, что корабль Red Dragon («Красный дракон») компании SpaceX не позднее 2018 года полетит на Марс. Есть версия, что Илон Маск, глава SpaceX, именно таким образом отреагировал на сообщение о начале реализации в «железе» перспективного российского космического корабля «Федерация». SpaceX планирует миссию в 2018 году на Марс Во время экспедиции на Марс будут отработаны технологии доставки на поверхность планеты больших грузов, передает Twitter компании. В случае успеха миссии SpaceX станет первой частной компанией, отправившей корабль на Марс. В мае 2017 года СМИ сообщили о том, что американская компания Elysium Space продает места на космическом корабле для праха умерших. На орбиту Elysium Space выведет ракета-носитель Falcon 9 компании Илона Маска Space X. Сообщается, что за 2,5 тысячи долларов родственники могут отправить останки своих родных в космос, где «звездный катафалк» будет кружить по орбите Земли два года, после чего войдет в атмосферу и сгорит. Реклама Shooting Star Memorial и Lunar Memorial на сайте elysiumspace.com В сентябре 2017 года глава компании SpaceX Илон Маск сообщил о возможности использования многоцелевой ракеты для полетов в любую точку Земли за полчаса. «Долетите до большинства мест на Земле менее чем за 30 минут и куда угодно менее чем за 60. Стоимость билета должна быть примерно такой же, как за полноценный билет на самолет экономического класса», — написал Маск в Instagram. Для новой ракеты под рабочим названием BFR будут использованы предыдущие достижения компании, как сообщали РИА «Новости». Ракета может заменить Falcon 9 и Dragon, она же может быть использована для полетов на Луну и Марс. Отмечается, что ракета BFR будет дозаправляться после выхода на околоземную орбиту, а потом лететь к пункту назначения, технология позволит летать на Луну и обратно. Tesla Илона Маска В 2003 году Илон организовал компанию, которую назвал в честь Николы Теслы «Tesla Motors». Сферой деятельности этой компании является создание экологически чистых электромобилей. В 2008 году Tesla Motors выпустила первый электромобиль «Tesla Roadster». Автомобиль раскритиковали, но Илон Маск и его компания работали над усовершенствованием машины и уже в 2011 году была представлена модель Tesla Model S. Tesla Roadster 27 сентября 2012 была запущена революционная сеть супер-заправок для путешествия на дальние дистанции. Были апробированы два электроавтомобиля Tesla Model S, которые с 28 января по 2 февраля 2014 года совершили путешествие с западного побережья до восточного. Для подзарядки использовались только «суперчарджеры» (электро-заправочные станции). Поездка из Лос-Анджелеса заняла 76 с половиной часов, и стоила $ 0, установив тем самым рекорд Гиннеса. Tesla Model S В конце 2014 года, Tesla Motors представила Tesla Model X — новый электромобиль-кроссовер. В 2016 году была представлена новая бюджетная модель — Tesla Model 3. На 2016 год цена акции компании достигает отметки в $ 231,55, рыночная капитализация составляет $ 29 млрд. Tesla Model 3 построена на новом шасси. Базовая версия электрокара сможет ускоряться с места до 96 километров в час менее чем за шесть секунд, а топовая — за 4 секунды. Запаса батарей хватит на 350−400 километров пробега. Стоимость Model 3 будет начинаться от 35.000 долларов. Tesla Model X В 2016 году «Тесла» получила не менее 373 тысяч заявок на покупку своей самой доступной модели — Model 3. Маск заявил, что в связи с очень большим количеством заказов на автомобиль компания постарается «увеличить объемы производства настолько быстро, насколько это возможно». Тогда же Илон Маск выпустил перспективный план развития деятельности Tesla, пообещав, что уже в 2017 году будут презентованы новые модели транспорта, которые работают на электрической энергии: тяжелые грузовые автомобили и городской пассажирский транспорт. Илон Маск также заявил, что Tesla Motors вполне может создать летающий автомобиль, для того чтобы он просто был, но гораздо сложнее сделать его тихим и безопасным. «Вряд ли люди будут рады ревущей над их головами машине», — цитировали СМИ слова Маска. В марте 2017 года в новостях сообщали, что компания Tesla намерена открыть свои представительства, шоу-румы и сервисные центры в Москве и Санкт-Петербурге. Hyperloop Илона Маска В 2012 году Маск, кроме объявления о своих планах по покорению космоса, анонсировал еще один проект — высокоскоростной трубопроводный пассажирский транспорт Hyperloop («гиперпетля»). В 2012 году Маск заявил в интервью, что новое транспортное средство станет в 2 раза быстрее самолета и в 3−4 раза — скоростного поезда, будет безопасным и работать на солнечной энергии, при этом Hyperloop станет намного дешевле проекта California High-Speed Rail*. В январе 2015 года Илон Маск также сообщил о желании построить пробную трассу Hyperloop длиной 5 миль в Техасе. Проект высокоскоростного трубопроводного пассажирского транспорта Hyperloop Сооснователь Hyperloop One Шервин Пишевар выражал надежду на сотрудничество с российскими властями, в частности, говорил о перспективе использования таких поездов для перевозки китайских товаров в Европу через территорию РФ, в новостях писали о возможном использовании технологии на маршруте Москва — Лондон. Летом 2017 года власти США выдали Илону Маску разрешение на начало работ по строительству тоннеля между Нью-Йорком и Вашингтоном для реализации проекта Hyperloop. Бизнесмен обещает, что его проект поможет жителям этих двух городов преодолевать расстояние в 250 км между ними менее чем за полчаса. Общественная деятельность Илона Маска Еще один из перспективных проектов Илона Маска — это SolarCity. Компания занимается производством солнечных панелей для выработки электроэнергии. SolarCity — один из ведущих поставщиков таких панелей во всем мире. Solarcity, одного из крупнейших в мире установщиков солнечных систем Миллиардер Илон Маск не забывает о благотворительности. Илон стал председателем правления благотворительного фонда Musk Foundation. В январе 2015 года фонд пожертвовал 10 млн долларов для Института будущего человечества — на исследования контроля над искусственным интеллектом. Слова президента России Владимира Путина о создании искусственного интеллекта Илон Маск прокомментировал весьма оригинально: «Я думаю, что гонка за лидерством в сфере искусственного интеллекта скорее всего приведет к Третьей мировой войне», — написал Маск. Он отметил, что в эту гонку могут быть вовлечены Россия, Китай и другие страны с высоко развитой компьютерной наукой. Президент США Дональд Трамп провел встречу с бизнесменами в Вашингтоне, 2017 год. Основатель Tesla также предположил, что сам искусственный интеллект может инициировать войну, если решит, что упреждающий удар даст больше шансов на победу. Личная жизнь Илона Маска Несмотря на активность во множестве бизнес-проектов, у Илона Маска остается время на бурную личную жизнь. Первый брак у Маска состоялся в 2000 году. Он женился на девушке Джастин, которая вместе с ним училась в университете. Второй брак Илона Маска был с британской актрисой Талулой Райли. Сначала в 2010 году они женились, потом в 2012 — развелись, а затем снова поженились в 2013 году. Окончательно пара развелась в 2016 году. Маск собирался жениться на актрисе Эмбер Херд, но накануне помолвки отказался от своего намерения. Размолвку между 46-летним миллиардером Маском и актрисой Херд спровоцировали «определенные вещи о ее поведении», которые узнал экс-жених — такую причину упоминали в новостях о разладе бизнесмена и актрисы. «Илон Маск услышал определенные вещи об ее поведении, которые его категорически не устроили. Эмбер может быть очень эгоистична и часто манипулирует другими», — сообщал источник из близкого окружения пары. Доходы Илона Маска В августе 2017 года Forbes сообщил, что состояние Илона Маска, чуть не обанкротившегося после запуска Tesla Motors и ракетной компании SpaceX, впервые превысило $ 20 млрд. В ежегодном списке богатейших технологических миллиардеров. Маск занял 12-е место с $ 20,7 млрд, опередив соучредителя корпорации Microsoft Пола Аллена ($ 20,5 млрд) и председателя совета директоров компании Alphabet Эрика Шмидта ($ 12,4 млрд). Сообщается, что с марта 2017 года, по версии Forbes, Илон Маск разбогател почти на $ 7 млрд. Эти данные издание пояснило ростом капитализации SpaceX, стоимость которой была оценена в $ 21 млрд. Маску принадлежит более половины SpaceX. В то же время в биографии Маска в Википедии говорится, что в июле 2017 года он занял 80-е место в списке самых богатых людей мира с 16,1 млрд долл. В декабре 2016 года Илон Маск занял 21 место в списке самых влиятельных людей мира, составленном Forbes. Илон Маск в кино Илон Маск очень популярен в США. По словам Джона Фавро, режиссёра фильма «Железный человек» (2008), Илон Маск послужил прообразом Тони Старка, которого сыграл Роберт Дауни-младший. В 2010 году Маск появился в фильме «Железный человек 2» в роли самого себя (по сюжету Илон — приятель Тони Старка). Кадр из фильма «Железный человек-2» Илон Маск озвучил камео в 12 эпизоде 26 сезона мультсериала «Симпсоны», вышедшеем 25 января 2015 года. В 9 эпизоде 9 сезона сериала «Теория большого взрыва» Маск также сыграл камео. В 2017 году снялся в комедии «Почему он?» в роли самого себя. Маск умеет водить самолет. Илон владел самолетом Aero L-39 Albatros чехословацкого производства, реактивным самолетом Dassault Falcon 900. В октябре 2013 года Маск выкупил на аукционе за 997 тысяч долларов автомобиль-субмарину Wet Nelliе из фильма 1977 года о Джеймсе Бонде «Шпион, который меня любил». Источник:svpressa.ru

Автопилот Теслы с каждом разом становится безопаснее

В январе 2016 года Элон Маск предсказал, что автомобили Tesla смогут самостоятельно проехать от восточного побережья США до западного «примерно через 2 года», но этого не произошло. Недавно страница автопилота Tesla была наконец обновлена, и по мнению её автора она сможет стать настолько хорошей, что в обозримом будующем больше не потребует человеческого контроля. Тесла цепляется за старую общепринятую мудрость В 2014 году компания Tesla начала поставки первого поколения оборудования для автопилота. Общество инженеров-автомобилестроителей опубликовало пятиуровневую таксономию автономных систем вождения, которая предусматривала постепенную трансформацию систем помощи водителю, известную как «уровень 2» на языке SAE, в полностью автономные системы, которые могли бы работать без человеческого контроля, «уровни 4 и 5». Но в последние пять лет произошли серьезные изменения в философии компании. Большинство автопроизводителей теперь рассматривают человеческий контроль и полное автономное вождение как совершенно отдельные самостоятельные секторы автомобильного рынка. Ни одна из компаний не продвинулсь в автопилотировании так далеко, как Google, чей проект автопилотирования был выделен как Waymo. Примерно в 2012 году инженеры Google разработали систему вождения по шоссе и позволили некоторым рядовым пользователям протестировать её. Водители были предупреждены, что система ещё не была полностью автономной, и им было поручено постоянно следить за дорогой. Но команда самостоятельного управления обнаружила, что пользователи слишком быстро стали доверять системе. Автомобильные камеры показали, что пользователи-контролёры дремлют или общаются по мобильнику, опустив голову. И это создавало большой риск для их безопасности. «Трудно одержать победу, потому что бета-тестеры потеряли контекстную осведомленность», — заявил в 2017 году генеральный директор Waymo Джон Крафчик. Таким образом, Google отказался от планов по проекту помощи водителю на шоссе и решил заняться другим видом беспилотного движения — службой такси, которая первоначально будет распространена в столичным районе Феникс (Washington DC). Там есть широкие, хорошо обозначенные улицы, а снег и лед там крайне редки. Предоставление услуг по автопилотированию в Финиксе должно быть значительно проще, чем разработка автомобиля с автопилотом с его применением в разных городах. У этого подхода есть и другие преимущества. Автомобили с автоматическим управлением получают информацию из базы карт высокого разрешения. Сбор картографических данных в одном районе города сделать намного проще, чем пытаться составить карту всего мира. Такие автомобили не используют лидарные датчики ориентации, стоящие десятки тысяч долларов, что существенно удешевляет стоимость автомобиля. Предложенный экономичный проект более жизнеспособен для служб такси без водителя, поскольку система с автопилотом заменяет дорогого живого таксиста. За последние три года большинство других компаний, работающих над технологиями самостоятельного вождения, последовали примеру Waymo. Так в 2016 году General Motors купила стартап под названием Cruise и начала работать над созданием автономной службы такси в Сан-Франциско. В 2017 году Ford сделал аналогичную ставку на Argo, и сейчас компания разрабатывает проект автономной службы такси в Майами и Вашингтоне. Volkswagen и Hyundai заключили сделку со стартапом Aurora, соучредителем которого является Крис Урмсон, бывший лидер проекта Google по самостоятельному вождению, — для разработки полностью автономных служб такси. Технологические компании, такие как Uber и Zoox, также планируют ввести автономные службы такси. Бизнес-модель Теслы Тесла, тем временем, упорно выдвигается вперед со своей первоначальной стратегией. В течение двух лет Tesla взимала с клиентов 3000 долларов за пакет с полным самостоятельным вождением. Но прогресс был медленным. И это поставило Теслу в тупик. Отказ от старой стратегии, скорее всего, потребует возмещения средств клиентам, которые заплатили за пакет «Самостоятельное вождение», что было в конечном итоге неудобно и дорого. Вместо этого, решение Тесла состояло в том, чтобы изменить стратегию. «У нас уже есть все возможности для вождения автопилотом на автомагистралях», — сказал в январе Элон Маск. «Таким образом, сейчас мы можем ездить автопилотом не только прямо по шоссе, но и делать повороты на развязки и боковые дороги». Очевидно, что водитель должен следить за автомобилем, чтобы он не разбился. На прошлой неделе Tesla объявила о перестановке ценовой структуры автопилота, которая отражает это новое, более щедрое определение полного самостоятельного вождения. Ранее функции помощи водителю продавались как часть уровня расширенного автопилота Tesla, стоимость которого составляла 5000 долларов. Клиенты могут заплатить дополнительно 3000 долларов за пакет «Самостоятельное вождение». Но люди, которые уже заплатили за этот пакет, не получили никакой дополнительной функциональности. Они ждали, ну, в общем, «полного вождения», т.к. машины, способной вести себя без присмотра человека. Новая структура ценообразования определяет полное самостоятельное вождение по-разному. Например, возможность навигации по развязкам на автостраде была изменена с «Расширенного автопилота» в старой структуре ценообразования на «Полное самостоятельное вождение» в новой. Позднее в этом году Tesla с пакетом «Full Self-Driving» сможет «распознавать светофоры и знаки остановки и реагировать на них», а также выполнять «автоматическую езду по улицам города». Следовательно, сейчас Тесла, похоже, определяет «полное самостоятельное вождение» как систему, которая может справиться с большинством дорожных условий под наблюдением водителя-человека. Тесла все еще стремится улучшить систему настолько, чтобы — в конечном итоге она могла работать без человеческого контроля. Но в то же время новая структура ценообразования делает вещи более комфотными для пользователя, поскольку Tesla теперь может утверждать, что клиенты уже получили функции «полного самостоятельного вождения», такие как способность останавливаться у знаков «стоп». Стратегия Теслы может покалечить людей С точки зрения бизнес-стратегии, сдвиг Теслы имеет определенный смысл. Вспомните историю о том, как ранние бета-тестеры Google наносили макияж или возились со своими телефонами, когда им следовало следить за прототипами автомобилей Google. Человеку действительно трудно обращать внимание на дорогу, когда едешь на машине, которая в основном движется сама. Чем лучше технология самостоятельного вождения, тем легче для ума водителю терять бдительность и тем меньше вероятность, что он будет готов, когда потребуется вмешательство. Эта динамика имела трагические последствия год назад, когда автомобиль Uber сбил и убил пешехода в Темпе, штат Аризона. Видео с видеорегистратора показывает, как водитель безопасности несколько секунд смотрел вниз на колени перед аварией. Записи из Хулу показывают, что в то время она транслировала телевизионное шоу на свой телефон. Ведущие автомобильные компании предпринимают ряд мер предосторожности, чтобы избежать повторения этой трагедии. Водители безопасности проходят обширную подготовку, прежде чем им разрешают садиться в авто. Некоторые компании ограничивают часы работы своих водителей. Многие компании помещают в каждую машину по два человека — один за рулем, а другой — «штурман», следящий за тем, чтобы водитель оставался бдительным. План Tesla состоит в том, чтобы по сути запустить масштабный проект по тестированию автомобилей без водителей, используя своих клиентов в качестве неоплачиваемых водителей безопасности. Водители не получают реальной подготовки об опасностях невнимательного использования автопилота. Тесла не ограничивает количество часов, в течение которых люди могут водить машины, и компания, очевидно, не нанимает кого-то, чтобы сидеть на пассажирском сиденье. Тесла принимает несколько важных мер предосторожности. Автомобиль Тесла обнаруживает, не находятся ли руки водителя на руле, и выдает серию возрастающих предупреждений, который в конечном итоге останавливается, если водитель их игнорирует. Сообщения на экране предупреждают водителей об опасностях невнимательного вождения. Тем не менее, есть основания сомневаться в том, что эти меры достаточны для того, чтобы водители могли выполнять свои задачи. И эта проблема будет только усугубляться, поскольку автопилот начинает перемещаться по развязкам на автостраде, поворачивать и останавливаться на светофорах. Если ваша машина благополучно отвезет вас домой с работы в течение 100 дней подряд, естественно можно немног притупить бдительность. Но если автомобиль совершает серьезную ошибку во время 101-й поездки, возможно, вы не уделяете достаточного внимания вмешательству и предотвращению аварии. Всего несколько секунд невнимания, и можно пропустить смертельную ошибку. Владелец Tesla Уолтер Хуанг умер в марте 2018 года после того, как его модель X направилась в бетонную полосу движения со скоростью 70 миль в час. Малоконтрастные полосы движения вынудили транспортное средство покинуть свою полосу движения и перейти в «зону гор» — треугольную зону асфальтированной дороги, которая отделяла полосы движения шоссе от полосы движения. Если бы Хуан не ожидал, что Модель X совершит эту конкретную ошибку, было бы легко предположить, что это был отрезок пути, который не требовал его пристального внимания. Маск утверждает, что период тестирования будет довольно коротким, потому что вскоре технология станет намного безопаснее, чем водитель-человек. «Когда мы подумаем, что это безопасно для полного самостоятельного вождения? Вероятно, ближе к концу года», — сказал Маск. Но это похоже на еще один из чрезмерно оптимистичных прогнозов. Отсутствие датчиков ориентации (лидаров) осложнит автопилотное вождение. Лидар помогает убедиться, что автомобиль не направляется прямо в большие препятствия, такие как бетонные перегородки или другие транспортные средства. Совсем недавно, в октябре прошлого года, «Автопилот» все еще врезался в остановленные машины. Тем не менее, даже с лидаром и многолетним опережением Теслы, Вэймо изо всех сил пытался добиться работы без водителя в одном мегаполисе. Тесла работает над достижением полностью автономной работы в широком диапазоне транспортных и погодных условий на разных континентах. Очень трудно поверить, что это произойдет в 2019 году.