Adil İsmayılovun fəaliyyəti dayandırıldı - Daha bir məşhur vəkil “vuruldu”

Azərbaycanın görkəmli vəkillərindən biri olan Adil İsmayılovun vəkillik fəaliyyəti bir illik dayandırılıb.

Gununsesi.org-un xəbərinə görə, bununla bağlı qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən toplantısında verilib.

Məşhur vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi isə kollegiyanın üzvü Sahil Quliyevin şikayəti olub.

Məlumatda bildirilir ki, kollegiya rəhbərliyinə yaxın olan Sahil Babayev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib.

Ancaq Adil İsmayılov bu ittihamla razılaşmadığını, ona böhtan atıldığını desə də buna məhəl qoyulmayıb.

Saytımıza açıqlamasında Sahil Quliyev xəbəri təsdiqləsə də məsələnin mediada müzakirəsinə tərəfdar olmadığını deyib.

635x100

Şərhlər

cəngərlik sakini 2019-09-10 18:28:18

qərardan sonra AĞA çıxdı balkona və dedi: MOLODES ....

veten dashi 2019-09-10 18:28:18

Bu ölkədə hər kəsı istədikləri vaxt bir yolla sındırmağa ,qara yaxmağa hazır olan kimlərəsə xidmət edən simasızlar tapılır.Adil bəy cox müdrik və aliicənab ,həm də güclü bir şəxsiyyətdir...Qoy bir il istirahət etsin bəlkə onsuz da bizim məhkəmələrdə iyrənc bir riyakarlıq abi-havası var .Yetməzmi,riyakarlıq dolu bir mühitdən uzaqlaşmaın zamanı deyimi? Ilahi ədalət qılıncı hər şeydən ucadır.Övladları yazıqdı onlara qıymam ,hər şeyi pula paraya qurban edənlərin başına cox keçməz enər bu qılınc.

pensioner 2019-09-10 18:28:18

Bunun bir adı var-... vəkil!

Son yazılar