"Bizi söyənlərə mənim qanımdan vurulsa, bəlkə şəfa taparlar" - Elman Nəsirov

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, politoloq Elman Nəsirov YAP funksionerlərinin, o cümlədən özünün qanvermə aksiyasında iştirakının sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən təhqir və tənqid edilməsindən danışıb.

E.Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, həmin radikal şəxslər bu cür ifadələri səsləndirməklə öz iç üzlərini nümayiş etdirirlər:

"Həmin günü mən yorğun olmağıma baxmayaraq, gedib qan vermişəm. Bilirsiniz ki, qan verəndən sonra insan əzgin olur. Bu cür əməlləri təqdir etmək əvəzinə, bəzi qaragüruhçu qüvvələr sosial şəbəkələrdə mənəviyyatsız hərəkətlər edirlər. Onların nə etməsindən asılı olmayaraq, əsas Allah həqiqəti görür. Mən gedib ona görə qan vermişəm ki, kiməsə faydası olsun. Bu cür işlərə qarayaxmaq istəyən adamların heç kəsə xeyrləri yoxdur, amma yenə də dağıdıcılıqla məşğul olurlar. Allah onları görür, ona görə də bu günə qalacaqlar".

Deputat onu təhqir edən adamlara qan verməkdən imtina etmədiyini də söyləyib:

"Bu gün mənəviyyatsızlıq, ermənipərəst və satqınlıq yolunu tutanlarların qətiyyən milli hissləri yoxdur. Onlar ancaq 1 dəfə istifadə olunmaq üçün yarayırlar. İnanın ki, onlar 1 gün istifadə ediləndən sonra əlcək kimi bayıra atılırlar. Yəni, bu adamlara xaric də o gözlə baxır. Ümumiyyətlə, xəyanətkarı heç yerdə sevmirlər, heç zaman dəyəri, qiyməti olmur. Əgər mənim qanım bu cür xəstə adamlara verilən zaman onlar sağalarsa, o zaman bunu etməyə razıyam. Mən qətiyyən bu cür adamlara qanımın verilməsinin əleyhinə olmaram. Çox istərdim ki, onların hər hansı birinə mənim qanımdan vurulsun. Bu zaman bəlkə onların vətənpərvərlik hissi normal olar. Yəni, onlar mənim qanımdan şəfa tapa bilərlər. Mən bu adamların satqın və dönük xislətini görüb, qanımdan onlara vurulmasını istərdim. Bu zaman bəlkə onların qanı düzələr, Vətən, torpaq və dövlətçilik hisslərinin nə olduğunu anlayarlar".

E.Nəsirov indiki Azərbaycan iqtidarını müdafiə etməkdən heç zaman vaz keçməyəcəyini də söyləyib:

"Hesab edirəm ki, mən kifayət qədər vətənpərvərəm, dövlətimi sevirəm, ona bağlı insanam. Mən hakim Yeni Azərbaycan Partiyasında təmsil olunuram. Bu partiya Qafqazın ən böyük siyasi partiyasıdır, ümumxalq partiyasıdır. Bu partiyanın sədri isə dövlətimizin başçısı cənab İlham Əliyevdir. Mən də onun siyasətini təbliğ edib, dəstəkləyirəm. Əminəm ki, cənab Prezidentin yolu haqq yoludur. Bu gün Azərbaycanda olan sabitliyin və təhlükəsizliyin də qarantı məhz cənab İlham Əliyevdir".

635x100

Şərhlər

milli balta 2019-09-10 19:58:57

Sənin dediyin təhqir deyil, bəs nədir? əslində sənin məntiqinlə yanaşsaq, sənin özünə qan verilməsinə ehtiyac var.

Əski qarabağlı 2019-09-10 19:58:57

Bizi söyənlər, yəni xuliqan və ya cinayətkarlar kimlərdir-hər birinin ad və soyadı? Niyə söyürlər və konkret kimləri? "Bizi" deyəndə kimlər nəzərdə tutulur? Azərbaycan və vətəndaşlarına aiddirsə yüz minlərlə ailə və insana qarşı geniş qanlı hərbi genosid cinayəti törədilib. Yüzcə belə cinayətkar vətəndaş tutulmayıb və hələ bu azmış kimi üstəlik söyürlər də, cənab siyasətçi alim-müəllim və deputat Elmən Nəsirov?

EJDER 2019-09-10 19:58:57

SENIN KIMININ QANI LAZIMA VURULUB ,ONA GORE,,FERRARIDI,,XOWQEDEM ONU AXTARIF ,TAPA BILMEYER.YAPCI .. QANI KIME QEREKDI,YEQIN SARAKOZININXORUZLARINA,LUKAWENKO CANI...UWAQ PULUNU BERPA EDIN,..

Hörmətli oxucu! 2019-09-10 19:58:57

Bismillahir-Rəhmanir-Rəhim. – Açıq desəm, elə bil ki,bu fikiri hörmətli Milli Məclisin YAP seçilmiş deputatı, politoloq Elman Nəsirov deməyib! Görünür kimsə media işçilərinin uydurmasıdır. Gəlin Mirzə Ələkbər Sabirin “Fəhlə səndə, özünü bir insanmı sanırsan?!” satirik şayrini bir hissəsini yada salaq: Fəhlə səndə, özünü bir insanmı sanırsan?!Pulsuz kişi, insanlığı asanmı sanırsan?! İnsan olanın cahü cəlalı gərək olsun,Axmaq kişi, insanlığı asanmı sanırsan?!Heç bir utanırsan?!Ya bir usanırsan?!Əlminnətü-lillah, Odlara yanırsan! Əsas odur ki, fakt faktlığında qalır.

Elman Nəsirov-a 2019-09-10 19:58:57

Elman Nəsirov, sen, derin yuxudan ayilmadiqin uchun, chirkin siyeset kriteriyalarini, tetbiq etmek cehdi gosterirsen deqiq tibb elmine, sehiyyeye, qan analizi misalinda, ayibdir, ozune hormet et.

Cabir 2019-09-10 19:58:57

Allah eləməsin! Sənin qanın kimə gərəkdir? O yalnız özün kimilərə!

Son yazılar