"Ay oğul, Mir Şahin nədir e? Sən Allah..." - Rəşid Mahmudov

Tibb elmləri namizədi Rəşid Mahmudov jurnalist Mir Şahin Ağayevin uşaq pulu məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib:

"Mir Şahin Stalindir, Lenindir ya Marksdır? Ay oğul, Mir Şahin nədir e? Sən Allah, başqa işlə məşğul olun".

R. Mahmudov həmçinin uşaq pulu məsələsilə bağlı öz fikirlərini də bildirib. O, Azərbaycanda uşaq pulunun verilməsinin tərəfdarı olduğunu vurğulayıb:

"Uşaq pulu niyə verilməməlidir axı? Hətta Rusiyada doğulan hər bir oğlana 10 min dollar pul verirlər. Uşaq pulu Azərbaycanda da verilməlidir. O zaman artım olmaz axı, millət artmaz, inkişaf olmaz. Mütləq verilməlidir".

Qeyd edək ki, tanınmış jurnalist Mir Şahin Ağayev özünün "Mir Şahinin vaxtı" analitik proqramındakı şərhində uşaq pulu verilməsi ilə bağlı, "bu müavinət bərpa oluna bilməz" ifadələrini işlədib və bu fikrini bir neçə səbəblə müdafiə edib.(Yeniavaz.com)

635x100

Şərhlər

qaçqın 2019-09-10 20:07:55

Allah c.c Cəlal əmiyə rəhmət etsin

seda 2019-09-10 20:07:55

kimse yazmiwdu feysde Celal muellim tek-tuk insanlardandiki ateste-dindarda kiwiye rehmet oxuyur)

MURAD 2019-09-10 20:07:55

Cəlal müəllimi Allah rəhmət eləsin,yeri cənnəti-məkan olsun. NE QEDER UZAQ GÖREN BİR İNSAN OLUB.NE GÖZEL İC ÜZÜNÜ AÇMIŞDI .........

Hagigat 2019-09-10 20:07:55

O Mirşahinin kanalına baxan var yani?

Edalat 2019-09-10 20:07:55

Allah CALAL ELIYEVA rehmet elesin

Ox ucu 2019-09-10 20:07:55

Edalet bey, amin. Min rehmet.

AAgahuseyn 2019-09-10 20:07:55

MƏNM HƏ Özümün nədə qohumlarım arasında uşaq pulu alacaq ailə yoxdur.Ancaq uşaq pulu verilməlidir özüdə tula payı yox MİNUMUM ƏMƏK HAKQI MÜQABİLİNDƏ hər uşaqa.Qonşu Pusiyada doqulan tanıdıqım ailələr var onların hər uşaqına kifayət qədər böyük məbləq banğ hesabına qoyulur.Bunu istəməyənlər özləri müxtəlif yollarla hər ay 109-minlər qazanır.CƏN.PREZİDENT yəqin bu məsələni müsbət həll edəcək.

Vidad 2019-09-10 20:07:55

Rəşid muallim haqlidir “bu müavinət bərpa oluna bilməz” ifadəni ailə qura bilməyən sexsdir

İ.Mustafaoğlu 2019-09-10 20:07:55

Uşaqların yaşayış tərzinin yaxşılaşdırılması üçün uşaq pulu verilməlidir. Uşaq pulunun verilməsinin büdcəyə mənfi təsiri olmayacaq,əksinə uşaqların vətənpərvər böyüməsinə gətirib çıxaracaqdır. Ölkəmizdə mir-şahinlər kimilərinin böş-boşuna danışması əhəmiyyət kəsb etmir,onlar yalnız özlərini düşünürlər...Cəlal müəllimi Allah rəhmət eləsin,yeri cənnəti-məkan olsun.

Son yazılar