“Google” təzyiqlərə məruz qaldığını bəyan etdi

Dünyanın müxtəlif hökumətləri istifadəçilər haqqında məlumat əldə etmək üçün “Google” şirkətinə təzyiqləri artırmaqda davam edir.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin “Transparency Report” adlı hesabatında deyilir.

Hökumət sorğularının ümumi sayı 2014-cü ilin birinci yarısında 15%, son 5 ildə isə 150% artıb. ABŞ-da sorğuların sayı cari ilin altı ərzində 19% artıb. Bu, 2009-cu illə müqayisədə üç dəfə çoxdur. “Transparency Report” hesabatı ilk dəfə məhz 2009-ci ildə işıq üzü görüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar