Məhkəmə diktator Frankonun meyitinin eksqumasiyası ilə bağlı qərar verəcək

Sentyabrın 24-də İspaniya Ali Məhkəməsi faşist diktator Fransisko Frankonun meyitinin qalıqlarının eksqumasiya edilməsi barədə qərarını elan edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda Ali Məhkəmə Franko ailəsinin diktatorun qalıqlarının Madrid yaxınlığında yerləşən "Şəhidlər vadisi"ndən (Valle de los Caídos) həyat yoldaşının dəfn olunduğu El-Pardo qəbiristanlığına köçürülməsindən verdiyi şikayətə baxır.

Frankonun ailəsi təkid edir ki, diktatorun meyitinin qalıqlarının köçürülməsi üçün ən alternativ yer, onun qızı və kürəkənin dəfn olunduğu Madrid kafedralının Almudena kilsəsidir.

Nazirlər Kabineti Frankonun meyitinin qalıqlarının El-Pardo qəbiristanlığına köçürülməsi barədə qərar qəbul edib. Eksqumasiya iyunun 10-na təyin edilsə də, baş tutmayıb.

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, "Şəhidlər vadisi"ndə ancaq 1936-1939-cu illərdə vətəndaş müharibəsində ölən insanların məzarları qalmalıdır. F. Franko isə vətəndaş müharibəsinin başa çatmasından uzun müddət sonra, 1975-ci ildə vəfat edib.

Qeyd edək ki, ötən il İspaniya hakimiyyəti F. Frankonun meyitinin qalıqlarının köçürülməsi barədə qərar qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar