Azərbaycan yığması Gürcüstana böyük hesabla uduzub

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan yığmasının yer aldığı

2-ci qrupda iki matç baş tutub.

Milan Obradoviçin baş məşqçisi olduğu millimiz 3-cü oyununa çıxıb. Komandamız ikinci ev sınağında Gürcüstanla görüşüb.

“Dalğa Arena”dakı qarşılaşma qonaqların üstünlüyü ilə keçib. İlk yarıda hesabı açan Gürcüstan futbolçuları millimizin azlıqda qaldığı ikinci hissədə üstünlüyünü artırıb. Hacıağa Hacılının qırmızı vərəqə almasından sonra rəqib daha iki qol vurub. Beləliklə, 0:3 hesabı ilə uduzan Azərbaycan yığması tsikldə ilk böyükhesablı, ümumilikdə ikinci məğlubiyyətini alıb.

Qrupun digər görüşündə Lixtenşteyn İsveçrəni qonaq edib. İlk matçına çıxan sonuncular səfərdən darmadağınla ayrılıblar – 5:0.

AVRO-2021-in seçmə mərhələsi

10 sentyabr

20:30. Azərbaycan – Gürcüstan – 0:3

Arveladze, 45+2, Buqhridze, 73, Arabidze, 84

20:30. Lixtenşteyn – İsveçrə - 0:5

Zaqiri, 40, 49, Ndoye, 74, Okafor, 77, Stoyilkoviç, 90

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar