Rusiyada yanacaq və sürtkü materialları anbarı yanır

Dərc olunub: 10/09/2019 - 23:27

221d64f5084017258ade146c8bb1108bRusiyanın Nijni Novqorod vilayətinin Boqorodski rayonunda yanacaq və sürtkü yanacağı anbarı yanır. APA-nın TASS-a istinadla verdiyi xəbərə görə, yanğın maksimal çağırış səviyyəsində təyin olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 5 min kvadratmetr ərazidə metal və kərpic anbarları, iki inzibati bina – bir mərtəbəli və ikimərtəbəli, həmçinin açıq ərazidə neft çəlləkləri və üç maşın yanır.

İlkin məlumata görə, yanan sahə 5 min kvadratmetrdir. Hazırda yanğının söndürülməsinə 96 yanğınsöndürən və xilasedici, həmçinin 26 ədəd texnika cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi qaranlıq vaxtı olduğuna görə aviasiyadan istifadənin mümkün olmadığını bildirib.

Qeyd edək ki, yanğın baş verən ərazinin yaxınlığında yaşayış binaları yoxdur.






loading...


Fikrinizi bildirin