Yaponiyada 17 min sərnişin aeroportda qalıb

Yaponiyada tüğyan etmiş "Faksay" qasırğası ilə əlaqədar 17 min sərnişin Narita hava limanında qalıb.

Virtualaz.org xarici mətbuata istinadla bildirir ki, təbiət hadisəsi ilə bağlı avtobus və qatarların hərəkəti dayanıb.

Bildirilir ki, hava limanında qalan sərnişinlərə yataq çantaları, su və qida verilib.

Qeyd edilir ki, hökumət xəstəxana və sığınacaqlarda enerjinin fasiləsiz verilməsi üçün 200-dən çox generator quraşdırmağı planlaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar