"Səba" ASC-yə cərimə yazılıb

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Səba” ASC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

“Report”un xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərib.

Məhkəmədə şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə cərimələnməsi məsələsinə baxılıb.

Cərimənin məbləği açıqlanmır.

Şabran Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, toyuq, süd və yem məhsulları istehsalı ilə məşğul olan "SƏBA” ASC-nin ticarət nişanına "Biləsuvar Aqro" MMC, "Qarabağ Taxıl" MMC, “Qarabağ Toxum” MMC və Azerbrood Damazlıq Fabrikləri, mağazalar şəbəkəsi daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar