Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Sentyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,28% – 26 909,43 bəndədək, S&P 500 0,03% – 2 979,39 bəndədək yüksəlib, Nasdaq isə 0,04% – 8 084,16 bəndədək enib.

“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 10-da FTSE 100 indeksi 0,44% – 7 267,95 bəndədək, Almaniya DAX-ı 0,35% – 12 268,71 bəndədək, Fransa CAC-40 isə 0,08% – 5 593,21 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,43% azalaraq 1 498,2 dollara bərabər olub.

Sentyabrın 10-da dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,04% azalaraq 1,104 dollar təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar