"Seçkilər vasitəsilə ölkə daxilinə müdaxilə edə bilərlər" - Əli Əhmədov

"İstənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan bəzi şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd edirlər".

APA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masada deyib.

Ə. Əhmədov qeyd edib ki, həmin şəxslər asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər: "Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Bəziləri "Youtube"da guya izləyicilərinin hesabına gəlir əldə edirlər. Bu, əsassızdır, araşdıra bilərsiniz. Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hanısa xarici qüvvənin yox. Mühacirlərin əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı "demokratik", Azərbaycan isə "anti-demokratik" göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var".

Şərhlər

veten dashı 2019-09-11 19:17:51

Ölkə prezidenti,Mehriban xanım xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənirlər.Amma ətrafındakılara qarşı bir ikrah hissi var insanlarda.Məncə Mehriban xanım düz yol secib, sizlərdən qurtulub yeni avropa təhsilli, mütərəqqi, məfkurəsı pozuq olmayanlarla iləməyə üstünlük verir.Təki sizlərdən qurtula bilsəydi..

Adi Vətəndaş 2019-09-11 19:17:51

Mümkün hər hansı təxribat və müdaxilənin qarşısını qətiyyətlə almaq üçün operativ-ardıcıl qaydada yerli, ardınca MM və ən azad yeni seçkilər keçirib ölkə və dövlətin özülünü, imicini möhkəmləndirmək, yüksəltmək gərəkdir! Əli Əhmədov vətəndaşdır və zəruri odur ki, öz yerinə özündən də dəyanətlisini seçsin!

Bashirov Qarib 2019-09-11 19:17:51

Ə.Əhmədov haqlıdır.Bizdə normal seçkilərə ehtiyac yoxdur,xarici quvvələr mudaxilə edə bilərlər.Ən yaxşısı,köhnə qayda ilə,əvvəldən razılaşdırılmış adamlar otursun Milli Məclisdə.Özlərinin də inanılmış adamlarını qoysunlar vəzifələrə, vəssəlam.Əsas sabitlikdir,inkişafdır.Özumuz inkişaf etdikcə,varlandıqca xalqımız da baxıb bizi tərifləsin,əl çalsın.Yoxsa, xarici quvvələr mudaxilə edərsə biz nə edərik.

Son yazılar