“CANQOYANLAR ELİTASI” - Dövlətin, iqtidarın və xalqın onlara borcu qalıbmı?...

“Mən bu dövlət və dövlətçilik üçün canımı qoymuşam!” - bunu Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə, “Lefertovo”dan keçən Xəlil Rza Ulutürk və ya bir başqası yox, bizim Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, 50 illik deputat Eldar İbrahimov deyir. Təkcə o da demir, bu ifadələri çoxlarının ifasında eşidirik. Xüsusən köhnə YAP-çılar, ömürlük deputatlar, az qala ağlı kəsəndən yaltaqlıq və simasızlıq hesabına vəzifədə olan bəzi məmurlar buna bənzər ifadələri tez-tez dilə gətirirlər.

Ancaq deyən yoxdur ki, sizlər Vətən, Dövlət aşiqindən daha çox Azərbaycanın o başıbəlalı günlərində baş verənlərə sadəcə hakimiyyət savaşı kimi baxan, hər hansı fədakarlıq və qəhrəmanlıq göstərmədən, sadəcə “fərasətli” çıxıb o proseslərə özünə sərf edən istiqamətdən qoşulan və buna görə də pay uman, sonra o payı artıqlaması ilə alan, aldıqca yenə də istəyən və yenə də alanlarsınız. Və bunun da adını qoymusunuz “can qoymaq”. Həmin “canqoymanın” əvəzini isə bu xalqdan, dövlətdən, iqtidardan min qat artıqlamasilə almısınız, amma yenə də gözünüz doymur.

Bir vaxtlar, xalq dili ilə desək, cındırından cin hürkən bu “canqoyanların” indi hansını tərpətsən altından Avropadan Amerikaya qədər uzanan biznes, saysız-hesabsız obyektlər, mülklər, hətta bəzilərinin özəl bankları belə çıxır. Hamısının da övladları, yaxınları yüksək və “yağlı” vəzifələrdə. Yəni o vaxt nə təhər “can qoyublarsa” əvəzində aldıqları tək özlərinə yox, yeddi arxa dönənlərinə də bəs edir. Necə “can qoyublarsa”, indi millət bilmir bunların əlindən canını hara qoysun...

Bu dövlətdən, dövlətçilikdən dəm vuranları araşdırsan görərsən ki, əksəriyyətinin nəinki öz övladları arasında, heç yaxın qohum-əqrabasında da bircə gün səngərdə yatan, yaxud erməni tərəfə bircə güllə atan olmayıb. Elə götürək sonuncu “canqoyan” Eldar İbrahimovu. Bəlkə 50 ildir deputatdır. İstər sovet dövrü, istərsə də müstəqillik illərində olsun, bu dövlətin səfasını çəkənlərdəndir. Milyonlara pul demir. Amma eşitmisinizmi yaxınlarından kimsə erməniyə bircə güllə atıb? Bunlar rahat kreslolarda, yağ-bal içində dövlət yolunda “can qoyanlardır”.

Sual olunur: Əgər villalarındakı otaqların sayını, mülkiyyətinə keçirdiyi torpaqların ərazisini, pulunun, malının miqdarını bilməyənlər dövlət üçün can qoyanlardırsa, bəs illərdir öndə, səngərdə xidmət aparan, ölümlə üz-üzə qalan, ailəsinin üstünə qayıdanda isə düz-əməlli başını soxa biləcək dörd divar tapmayan, aldığı maaşla övladlarını güclə dolandıran kantuziyalı zabitlər, hərbçilər kimlərdir? Övladını, yəni canının parasını şəhid verib, əvəzində bu gün icra hakimiyyətlərinin, sosial fondların qapılarında qalan, şəhid övladının balalarını güc-bəla ilə böyüdüb başa çatdırmaq üçün gecə-gündüz çalışan valideynlər kimlərdir?

Bir də bu köhnə YAP-çıların vaxtilə qapısına yaxın düşə bilmədikləri “vurulmuş” silahdaşlarını yedikləri çörəyə hörmət etməməkdə günahlandırmaqları var ki, bu da başqa bir aləmdir. Hadı Rəcəbli deyir ki,“hamımız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin çörəyini yeyirik...” Ancaq bu adamların nəyə “çörək” dediklərini anlamaq olmur. Birincisi, yaxşı olardı ki, kiminsə çörəyini yox, öz halal çörəklərini yeyəydilər. Bir də niyə axı bunlara kimsə çörək verməliydi, yetim, yesir, şikəst, çarəsiz idilərmi?...

İkincisi də adama deyərlər ki, ay balam, “çörək” olar bir villa, iki villa, bir maşın, iki maşın, bir obyekt, iki obyekt, bir milyon, uzağı 5 milyon... Daha bu boyda da “çörək” olmaz axı, vallah olmaz, billah olmaz! Elə sizin bu “çörəkləriniz” milləti çörəksiz qoymadımı?

Əlbəttə ki, bütün bu deyilənlərin hamısı Eldar İbrahimova aid deyil. Lakin deməmək olmur ki, elə həmin bu Eldar İbrahimov Azrbaycanın müstəqilliyinin əleyhinə səs verən deputatların siyahısında ən başda duranlardan biri olub. Sonra Mütəllibova əl çalıb, bir az sonra İsa Qəmbər parlamentin sədri seçiləndə qaçaraq onun əlini ilk sıxanlardan olub, daha sonra Əliyevçi olub...

Və indi dövlətdən, dövlətçilikdən, xidmətlərindən danışır. Müstəqilliyin əleyhinə olan adamın dövlətçilik barədə danışması nə dərəcədə səmimi qəbul oluna bilər? Normalda müstəqilliyin əleyhinə səs verən şəxslərin bu gün parlamentdə, yaxud hansısa yüksək vəzifədə təmsil olunmasının özü dövlət və dövlətçilik üçün ən böyük təhqirdir...

Və bir də öz primitiv və köhnəlmiş düşüncələrinin məhsulu olan, bu gün deyib, sabah təkzib etdikləri biabırçı açıqlamalarının təkcə hakimiyyətə deyil, ümumilikdə ölkənin imicinə zərbə vurduğunu qəbul etməyən bəzi “köhnə qvardiyaçıların” istər xalqın, istərsə də hakimiyyətin boynuna minnət qoymalarına baxmayın.

İnanın ki, onların çoxu Vəzirova yaxın düşə bilsəydilər vəzirovçu, Mütəllibova yaxın düşə bilsəydilər mütəllibovçu olacaqdılar. Təəssüf ki, onların bir çoxu hansısa maraqlar naminə kimçisə ola bilərlər, amma heç cür əsl dövlətçi, millətçi, türkçü, azərbaycançı ola bilmirlər... Əgər olsaydılar, heç olmasa indiki dövrdə "doydum" deyib kənara çəkilər, belələrinin əlindən karyera qura bilmədən qocalan gənclərin, ən azı nə danışdığını bilən insanların irəli çıxmasına yol verərdilər. Bu yaşda belə sabunlu kəndir kimi xalqın, dövlətin və elə həm də iqtidarın boynuna dolaşmazdılar.

Onların hazırda apardıqları dava isə qətiyyən dövlətçilik davası filan deyil - sadəcə, getdikcə hakimiyyətdəki mövqelərinin əldən getməsini, yenilənən və ayaqlaşa bilmədikləri qatarda özlərinə yer olmadığını anlamanın hikkəsi, qəzəbidir...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Cavanşir 2019-09-11 18:05:22

Çox sağ olun bele dayaz düşünceli insanlara yerlərini bildirirsiz Yaltaq fikirliler coxdurlar ifşa etmək lazımdır ki xalq bilsin

Ayrım 2019-09-11 18:05:22

Qaqa canı haran yeyənlər qorxuya düşüb.Ozlərini Heydərci kimi qələmə verib 30 ildir bu ölkənin var-dövlətini talayanlar bundan sonra ən azı 50 il bu milləti saxlamağa qadirdilər.Cənab Prezident sərəncam versə alin bu haram pul mal mülkü gör onda nələr baş verər. Can qoymuşam deyənlərdən özünü qoru qardaş.Zelimxan demişkən başın varsa başsızdan başını qoru yaxud Ramiz Rövşən deyəni Mənim balam bu dünya ilə oynama Sən cavansan Dünya qoca dünyadı Düşmən nədi dost evini dost yıxar bilən bilir dünya necə dünyadı

Timurchin 2019-09-11 18:05:22

Nə deyəsən, deməyə söz də tapa bilmirsən, sadəcə nəhənglər döyüşəndə gərəkdirki mümkün qədər uzaqda olasan. Yeri gəlmişkən, belə bir variant olsaydı əla olardı, yəni,vətəndən uzaqlarda, heç olmazsa 1-2 il, həqqi sözümdür. Birdə, uzaqdan görünənə yaxından da baxmaq lazımdı, onda vəziyyət daha aydın, daha anlaşıqlı olur. Nə isə....

Arif 2019-09-11 18:05:22

.... Yaltaqlara,adam satanlar həmişə yaşıl işıq yandırılıb.Ona görədünyanın sərvətli ölkəsi sayılan AZərbaycan bu gündədir.Milləti ac,torpaqları azad etmək düşünülmür (30 il!),Əmək haqları,pensiya və müavinətlər bu gündə!

sual 2019-09-11 18:05:22

2000-ci illərin əvvəllərində BMQ (beynəlxalq maliyyə qurumlarının) tövsiyyələrinin nəzərə alınmadı – Dövlət Neft fondunun icmal büdcənin tərkibinə daxil edilməsi, fondun yalnız vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlərinin ölkənin sosial-iqtisadi inkişaf məqsədləri üçün istifadə olunması, fondun əsas vəsaitlərin gələcək nəsllər üçün qorunması və s. Büdcə sisteminə illər üzrə ardıcıl və artan transfertlər faktiki olaraq ölkədə xəlvəti iqtisadiyyatın/korrupsiyanın sürətli inkişafı üçün təkan verici amil oldu. Ölkə olduqca ciddi maliyyə itkiləri ilə üzləşdi. Təbii ki bu, cəmiyyətdə sosial piramidanın baş-ayaq dəyişməsini, sosial təbəqələşmədə üst qatda daha çox “bölgü ustaları”, konkret bacarıq sahibləri yer almağa başladı, nəinki resurslardan səmərəli istifadə bacarıqlarına malik olanlar. Cəmiyyətdə çoxluğun “dövlət quruculuğunda can qoyanların” təşkil etməsi ölkədə idarəetməyə baxışları dəyişdi. Hazırda mühüm olanda məhz sosial piramidanın düzgün bərpa olunmasıdır

yusif 2019-09-11 18:05:22

Elnur bey bele cesaretli yazilariniza gore saytinizi cox sevirik.Ancaq bu da faktdir ki azerbaycanda bir coxlari siyasetle deyil- regionculuqla mesquldur. meselen AXCP-den ayrilanlarin bir coxu niye mehz hakimiyyetyonlu muxalifet oldular- Fazil Musatafa,Qudret Hesenquliyev, Ferec Quliyev, Fezail Aqamali ve sair. Blə davam edərsə, bu vetenin geleceyi qaranlikdir- cunki o yerde eqidesizler at oynadirsa millet yaziq gune dusecek- nece ki dusub.

murad 2019-09-11 18:05:22

Çaydı dəhnəsində xırsız əjdaha, Gecəsi salamat çıxmaz sabaha. İti bazarında atından baha, Mən belə ölkenin nəyindən küsüm? Ayağı altına yastıq qoyanlar, Başının altına qumbara qoydu! Oğraşlar veteni qumara qoydu! Mən belə ölkenin nəyindən küsüm? Olsan öz haqqının köləsi belə, Əri öz içində, öləzi belə, Ondan inciyənin anası belə... Mən belə ölkenin nəyindən küsüm? ULU TANRI SENDEN RAZI OLSUN CELAL MEMMEDOV Allah seni rehmet elesin böyük MEMMED ARAZ

Dünya xəritəsi 2019-09-11 18:05:22

Bir gün ata işdən gəlir. Yeddi yaşlı oğlu qapıda qarşısını kəsir ki, ata, gəl çoldə oynayaq. Ata oğlunu qırmaq istəmir, həm də yorğun olduğu üçün dincəlmək istəyir və bir anlıq fikirləşir ki, nə etsin? Görür ki, stolun üstündə dünya xəritəsi var. Ata dünya xəritəsini kiçik hissələrə cıraraq qarışdırıb oğluna verir və deyir: Oynayaq, ancaq bir şərtlə, sən bu xəritəni düzəlt gedək. Oğlan sevinə-sevinə dərhal razılaşır. Ata çay içib heç beş dəqiqə istirahət etməmişdi ki, oğlu yaxınlaşır ki, ata xəritə hazırdır, gedək oynamağa. Ata təəccüblə soruşur: Sən nə tez dünyanı qurdun? Oğlu deyir: xəritənin arxasında adam şəkili var imiş. Adamı düzəltdim, dünya düzəldi. Bəli, adamlar düzəlsə, dünya düzələr.

Rus Kosmonavtlarının 90 yaşlı həkimi pr. İvan Neum 2019-09-11 18:05:22

Qəlbdə heç bir Allah sevgisi yoxdursa, bu, o deməkdir ki, insan həyatda hər istədiyini əldə edə bilər. Əvəzində isə heç nə vermək istəməyəcək.

AAgahuseyn 2019-09-11 18:05:22

Cəlal müə.cox yaxşı və yerində yazılarınız Sizi Bizə sevdirir.Halal olsun Sizə.

Sultan 2019-09-11 18:05:22

Dövlət və dovlətçilik üçün olmasa da, YAP hakimiyyətində və idarəçiliyində Eldar İbrahimovun da müəyyən "xidməti" var. Umud edək ki, Eldar müəllim kimi "can qoyanlar" xalq qarşısındaki məsuliyyətlərini də dərk edirlər. Onların "xidmətlərinə" qiyməti isə özləri deyil, Polad Alemdarın Ənvər paşa haqqında dediyi kimi, tarix verəcək! Bu qiymət isə adsız bir baş daşından, Birinci Fəxri Xiyabanda büstə qədər dəyişə bilər.

Zəlimxan Yaqub-dan 2019-09-11 18:05:22

ZARAFAT ELƏMƏ Zarafat eləmə, qurbanın olum, Bu dünya zarafat meydanı deyil. Qarışqa yerişi rahat yerişdi, Bu meydan köhlən at meydanı deyil. Oynadıb çox şeyi umar, oynama, Etsə də ruhunu xumar, oynama. Sən bu qumarbazla qumar oynama, Zarafat gəlməsin sənə bu dünya. Çox yerdə qəbrini qazan olacaq, Başın qaynamaqdan qazan olacaq. Sanma yaşamağın asan olacaq, Zarafat gəlməsin sənə bu dünya. Yoxsulluq yoxsulun bağrına oxdu, Mədəsi toxların məzəsi toxdu. Fil var qarışqaca hörməti yoxdu, Zarafat gəlməsin sənə bu dünya. Çox yerdə məkrli oyun olacaq, Şir, pələng çevrilib qoyun olacaq. Hələ neçə dəfə toyun olacaq, Zarafat gəlməsin sənə bu dünya. Ömrünü qar yeyib, qış aparacaq, Xırmandan dənini quş aparacaq. Dünyadan əlini boş aparacaq, Zarafat gəlməsin sənə bu dünya. Qeybətin quyusu, hiylənin toru, Sənə diri-diri göstərər goru. Başın var, başsızdan başını qoru, Zarafat gəlməsin sənə bu dünya. Şeytan dura-dura şərlənər dəvə, Qatır quyruğunda hərlənər dəvə. Kinindən yıxılar, tirlənər dəvə, Zarafat gəlməsin sənə bu dünya. Muğamı ağlamaq, valı ağlamaq, Valın da qırılmış halı ağlamaq. Fışqırıq çalmağın dalı ağlamaq, Zarafat gəlməsin sənə bu dünya. Yasın yeddisi var, üçü, qırxı var, Qəbir yerinin də haqqı, nırxı var. Ölümdən sonra da min cür qorxu var, Zarafat gəlməsin sənə bu dünya. Ürəyə çəkilən dağdı, düyündü, Hər gün xırdalanan ömürdü, gündü. Gör bu dəyirmanda kimlər üyündü, Zarafat gəlməsin sənə bu dünya. Zəlimxan, günahın yeddi qat olar, Həyatın qan dolu bir həyat olar. Zarafat eləsən, şahın mat olar, Zarafat gəlməsin sənə bu dünya

Geber 2019-09-11 18:05:22

Maqala yerinda vaxtinda mantiqda sual yox cavabda ideal yazilib

EJDER 2019-09-11 18:05:22

BU KOMMUNIST VE KOMSOMOLLAR INDI ANALOQU OLMAYAN YAPCILARDI.WUBHESIZ HEQIQET BIR ZAMAN PARILDAYAJAQ,BU YALANCILAR LAYIQ OLDUQLARIYERI ALAJAQ,LUKAWENKO CANI

ayrım 2019-09-11 18:05:22

Görəsən Eldar İbrahimov naxcivanlı yox imişlidən olsaydı belə ötkəm danişa bilib onun maşinini saxlayan DYP bu danalari başa salın deyə səslənə bilərdimi? Yaxud onun həyat şəraitindən xəbəri olan varmı? Necə villası mal-mülkünü əmək haqqı hesabına qazanmaq olarmı ki hələ can verməsindən danışır. Bəlkə belə deyək mən bu dövlətin canını qanını aldığım kimisi tək-tək olar...

Lətifə (dincəlmək üçün) 2019-09-11 18:05:22

Müdir dostu ilə dərdini bölüşür: - Kadrlar şöbəsinin rəisini işdən çıxartdım. Dostu təəccüblənir: - Sən ki onun işindən razı idin. İş bir yana, gözəl qadın idi, heyf. Axı nə səbəbə belə qərar verdin? - Yubileyimə bir gün qalmış işdən evə dönəndə gördüm küçə ilə gedir, əlində də iki dolu zənbil. Kömək təklif elədim, razılaşdı. Sonra da məni evə bir fincan qəhvə içməyə dəvət elədi. - Bunun nəyi pisdi ki? - Mən qəhvəni içənə kimi o yana otağa keçdi və dedi ki, nə vaxt çağırsam, sən də gələrsən. 10 dəqiqədən sonra məni çağırdı. İçəri girdim, bütün işçilər stolun arxasında oturub. Stolun üstündə də quş südü, can dərmanı. Sən demə ad günümlə bağlı mənə sürpriz hazırlayıblar. - Bu lap əla oldu ki! - Nəyi əladı? Sən bilmirsən axı, mən o biri otağa hansı görkəmdə girmişdim....

eloqlu 2019-09-11 18:05:22

Canini qoyub neynemiseeen ? sen deyenler cefenqiyat !!! akilli ol , oqlum ) burda deyibler derdeeeeee ve yaxud ... ( derdsen sen millete )

yalçın 2019-09-11 18:05:22

lefortovodan keçməyən, keçə bilməyən Xəlil Rza...

Ramiz 2019-09-11 18:05:22

Bunlar hamısı cibinə işləyir. Nə hərliyirlər milləti torpağı vətəni. Bircəsinin uşağı vətəni qoruyubmu. Vətən uğrunda kasıblar kimi şəhid olublarmı. Bunlar bir...

Ramal 2019-09-11 18:05:22

....yazıq Azərbayan o qədər milyrd dollrı haradn tapsın ki, hərYAP funsionerinə 100 milyon versin? Səyavüş, Eldar haqlı olaraq inciyir. Yəni ay keçmiş vəzifəlilər biz szə vəzifə verdik, siyasi himayə etdik ki, siz 100 milyonları taladnz. İndi canını çıxsın gəlin iqtidarı müdafiə edin. Dağıdb yeyən siz-biz niyə sizin əvəzinizə boğazımızı yırtmalıyq?

vekil 2019-09-11 18:05:22

tecili deputatlarin mulku,obyeyktlerri,bank hesablari,xarice dasidiglari servetleri arasdirilib istintaqa verilmeli ve bucceye transfer edilmelidir...yaziq ,feqir,kimsesiz sahibkarlardan uzaq durmali onlara komek yox hec olmasa mane olmayalar axi bu xalqi isleden is yeri ,vergi odeyen sahibkarlardir Relaks LERIK de ozunu sahibkar adlandirir .

Bashirov Qarib 2019-09-11 18:05:22

Nə gözəl yazıdır bu.Canqoyanların bu curə ifşası, tez-tez olmalıdır.Həqiqətən də çox tutarlı arqumentlərlə bunların cavabını vermisiniz.Bu yazını oxuyan o,canqoyanların yaxınları oxusa, utandıqlarından xar olarlar.

Vicdan 2019-09-11 18:05:22

Bir gün od, su və vicdan güclü dostluq edirlər. Gün gəlir onlar üç yol ayrıcına gəlib çıxırlar və ayrılmalı olurlar. Bir-birilərinə baxirlar ki, bəs biz sonra necə görüşəcəyik? Suya baxirlar. Su deyir: narahat olmayin harada dəniz, göl, şəlalə görsəniz mən ordayam! Oda baxirlar. Od deyir: narahat olmayin harada tüstü, alov gördünüz mən ordayam! Və Vicdana baxirlar, vicdan baxir-baxir və deyir: Yox məni itirməyin. Itirsəniz tapa bilməyəcəksiniz.

Xatun 2019-09-11 18:05:22

Müellife aferin! Çox gözel, mentiqli ve konkret meqaledir! Ehsen bele jurnalistlerimize. Xalqìn üreyindekileri yazìrsìnìz. Cenab Prezidentin alicenablìgìndan istfade eden gözüdoymayanlar "canqoyanlar" çoxdur. Kishi etdiyini dile getirmez! Etdiyiniz "yaxshìlìqlarìn" evezini döne-döne almìsìnìz. Bes deyil?

TARİX 2019-09-11 18:05:22

KONFUTSİ DEMİŞDİR:O İNSAN NECƏ DÖVLƏTƏ VƏ HÖKMÜDARA XİDMƏT EDƏ BİLƏR Kİ,BÜTÜN VAXTI DÜŞÜNÜR Kİ,OĞURLASIN VƏ NECƏ OĞURLASIN.OĞURLADIQDAN SONRA DAİM DÜŞÜNÜR Kİ,OĞURLADIĞINI NECƏ SAXLASIN.O OĞURLADIĞINI SAXLAMAQ ÜCÜN ŞEYTANLADA SAZİŞƏ GEDƏR.

Murad 2019-09-11 18:05:22

Bir defe ....qardasini Xacmaz gomruk reisliyinden cixartdilar, indi de qaynini polisden DYP den cixaralar rahatlanar!Bu ortada yeyib ucda gezenlerden olub!Deputat secildiyi Naxcivan, DOgma kendi Cehri ucun ne edib?- neler demirem!Son defe ne vaxt secilieriyle gorusub? Fikir vermeyin bir az da sixsalar kececek Serdar ve Qurban Memmedov qardaslari? hemkendlilerinin partiyasina!Dovletin yolunda can qoymaq her bir vetendasin borcudur! ama bu can yox e hec kerpic de qoymayib!

Dahi 2019-09-11 18:05:22

Böyük insanların əməlləri bütöv bir millətin həyatında əks olunur. Səhvlər də eləcə.

Oqtay 2019-09-11 18:05:22

Meydanda biz öz dövlətimizi qurmaq üçün gecə gündüz hayqıranda ,belimizə dubinka dəyəndə bu dövlət üçü yüksək vəzfələrdə oturub bozbaşın üzünü dolmanın dibini (yəni yağlı yerni)yeyənlərin yəni bu can qoyanların heç brini görməmişəm Biz müstəqillik deyəndə bunlar qorxub hərəsi bir deşiyə girmişdi və müstəqilliyin əksinə işləyirdi Utanmırlarda.

Son yazılar