Türkiyədə başına 300 min qoyulan terrorçu zərərsizləşdirildi

Dərc olunub: 11/09/2019 - 12:33

turkey_police_060617Türkiyənin Daxili İşlər Nazirliyi Ağrı rayonunda təşkil edilən əməliyyatda PKK terror təşkilatına mənsub olan 1 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Trend Türkiyə Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, zərərsizləşdirilən terrorçu Türkiyənin “təhlükəli şəxslər” siyahısında yer alan Sezer İşıkdır.

Qeyd edilir ki, Ağrı rayonu, Patnos qəsəbəsində aparılan daxili təhlükəsizlik əməliyyatları zamanı başına 300 min türk lirəsi qoyulan “Kava” kod adlı Sezer İşık silahı ilə birlikdə ələ keçib.








loading...


Fikrinizi bildirin