Sərdar Cəlaloğlu ilə Əli Əhmədov arasında gərginlik 

Dərc olunub: 11/09/2019 - 12:53

70034928_2341407419444194_1430434524310798336_n1568190553“Niyə digər münaqişələrlə bağlı da Minsk qrupu kimi vasitəçi təşkilat yoxdur?”.

Modern.az xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu iqtidar və müxalifət partiyalarının birgə iştirak etdiyi dəyirmi masada deyib.

ADP sədri söyləyib ki, Minsk qrupunun məqsədi Qarabağı hansısa formada Azərbaycandan alıb, Ermənistana verməkdir.

Sərdar Cəlaloğlu bu fikirləri YAP sədrimnin müavini-icra katibi Əli Əhmədovun etirazına səbəb olub.

YAP rəsmisi qeyd edib ki, heç bir beynəlxlaq təşkilatın hansısa dövlətin daxili işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur:

“Minsk qrupu kimi təsisatlar sadəcə vasitəçilik funksiyasını yerinə yetirə bilər. Bu və ya digər məqamlarda qeyri-ciddi arqumentlər gətirməklə mətbuata insanları çaşdıran fikirlər yönəltmək düzgün deyil”.






loading...


Fikrinizi bildirin