Bakıda növbəti avtobus biabırçılığı - Video

Bu gün səhər saatlarında da Bakının bir çox yerlərində yollarda tıxac hökm sürürdü.

ANS-in məlumatına görə, əsasən Binəqədi rayonu ərazisində, Beynəlxalq Avtovağzal ətrafında, “20 yanvar” metrosu yaxınlığında, Rəsulzadə qəsəbəsi ərazisində, Bakı-Sumqayıt yolunda, Xırdalan-Biləcəri istiqamətində və bir çox yerlərdə yollarda avtomobillərin hərəkəti iflic vəziyyətə düşmüşdü.

Baxmayaraq ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsi və Nəqliyyat Nazirliyi tərəfindnə bildirilmişdi ki, sentyabrın 15-dən gücləndirilmiş iş rejiminə keçiblər. Lakin yol polisinin işi yollarda hiss olunmur. Eləcə də, Nəqliyyat Nazirliyinin gücləndirilmiş iş rejiminə keçməsi də avtobuslarda basabasın, qapıların açıq vəziyyətdə idarə olunmasının və digər problemlərin aradan qaldırılmasına heç bir təsir etməyib.

Qeyd edək ki, Beynəlxalq Avtovağzal yaxınlığında tıxac olduğu üçün bir çox sərnişin avtobusları yolun əks istiqamətində hərəkət edirdilər. Yolun əks istiqamətində hərəkət edən 91 saylı sərnişin avtobusunun sürücüsü bunu ümumi qrafikdə gecikmə ilə izah edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar