Əli Əhmədov Rusiyadan alınan "Dostluq" ordenləri haqda

"Heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz. Onlar müşahidə apara bilərlər. Kiminsə seçilməsi ilə bağlı məsələ ortaya qoya bilməzlər".

"Report"un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçirilən "dəyirmi masa"da bəzi müxalifət partiyalarının ittihamlarına cavab verərkən deyib.

Ə.Əhmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: "Petruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var. Rusiyada da həmçinin bu ənənə var. Bu torpağın qorunmasına və müdafiə olunmasına görə deyil. Sadəcə dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə verilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi- qodu ilə məşğul olmamalıyıq. Halbuki müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!"

635x100

Şərhlər

Coşqun 2019-09-11 13:05:41

Bəli,20-25 il bundan əvvəl Azərbaycan indiki kimi soyulmamışdı,milyonları və milyardları xarici ölkələrə daşınmamışdı.Əli Əhmədov bunu da etiraf etməliidi.İllər keçdikcə ölkələrdə tikinti,quruculuq işləri aparılır.Bunu iqtidara yazmaq kökündən ynlışdır.Bir də ki,Əli Əhmədov nə zaman faktlar göstərə bilib ki!Onun çıxışları standart yalan və uydurmadan ibarət olub.Bunu kim bilmir ki? Bir də heç bir xarici dövlət ona xidmət etməyənləri tanımır.Hələ qaldı medal verə!

cəngərlik sakini 2019-09-11 13:05:41

düz deyir.20 il əvvəlki Azərbaycan deyil.20 il öncə insanların gələcəyə ümidi var idi indi isə yoxdur.20 il öncə millət kasıb idi amma neftimiz var idi.indi nef də tükənir MİLLƏT 1 parça çörək puluna görə dünyaya səpələnib.insafla qeyd edim ki,İNKİŞAF da var qul bazarından tutmuş seks turizm,narkotik ticarəti mavilərin gecə həyatında böyük naliyyət qazanmışıq.

yalçın 2019-09-11 13:05:41

Putin heç kəsə boşuna orden-medal vermir, yalnızca başçılıq etdiyi ölkəyə xidmətlərinə görə təltif edir..bu işdə heç bir təsadüf olmur..

Edalet 2019-09-11 13:05:41

Azerbaycandaki kimi varranan nazir ve deputat hec yerde yoxdu,onu duz deyir.

Son yazılar