DƏYİRMİ MASADA GƏRGİNLİK... - "Buyurun, bu da sizin yeni müxalifətiniz"

“Heç bir dövlətə, beynəlxalq təşkilata dövlətin işinə qarışmaq səlahiyyəti verilməyib”. AzPolitika.info musavat.com-a istinadən xəbər verir ki, bu sözləri "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masada baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov öz çıxışında beynəlxalq təşkilatların seçkilərə müdaxilə edə bilməyəcəyini deyib: “Bəli, müdaxilə edə bilməz, müşahidə edə bilər. İkincisi, Sərdar Cəlaloğlu, sən səsləndirdin ki, Patruşevlə olan danışıqlarda Patruşev “20 yanvarda olduğu kimi üsyan olsa, daxili qoşunlar xalqa qarşı qaldırılsın”, deyib. Sən bəyəm o danışıqlarda iştirak etmisən ki? Bilmədiyin halda burda niyə ağlına gələn bəyanatları səsləndirirsən?”

Ə.Əhmədov eyni zamanda dedi ki, hazırda burda dedi-qodu ilə məşğul olmaq doğru deyil: “Bütün məsələləri müzakirə etməyə çalışsaq, heç nəyə nail ola bilməyəcəyik. Qəlbimizdə olan bütün məsələləri bura tökmək istəyiriksə, bu, başqa məsələdir. 90-cı illəri hamımız xatırlayırıq. Bu günkü Azərbaycanla o günkü Azərbaycanı müqayisə etmək, bugünkü Azərbaycanı tənqid atəşinə tutmaq doğru deyil. 30 il əvvəlki Azərbaycan indiki kimi idi? Neft pullarının xərclənməsi deyirsiz. Bakının gözəlləşməsi, ölkənin inkişafı üçün sərf edilən vəsaitlər var”.

Bu yerdə S.Cəlaloğlu yerindən replika ataraq, “o milyardlar nazirlərə verilib. Milyardları oğurlayan nazirlərə” - deyib.

"Tədbirə iştirakçıları dəvət edəndə ayrı-seçkilik salınmamalıdır”. Bu sözləri bu gün Park İNN otelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada AXP sədri Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, bütün siyasi-ictimai nümayəndələr vaxtında dəvət olunmalı idi: “Bunu müxalifətin daxilində bölücülük kimi qəbul edilməsinin qarşısı alınmalı idi. Azərbaycanda dövlət qeydiyyatından keçmiş bütün partiyalar dəvət olunmalı idi. İştirak etməyənlərin də məsuliyyəti öz üzərində qalsın. Azərbaycanda bir çox problemlər var. İqtidar tərəfindən qaldırılan problemlərdən biri iqtidaryönlü texnoloqların – ölkədə radikal müxalifətin olmasıdır. Mən bu barədə Əli Əhmədovun, Əli Həsənovun çıxışları ilə dəfələrlə qarşılaşmışam. Amma mənim fikrimcə, hazırda ölkədə radikal iqtidar problemi var. İqtidarın müxalifətə, icitimai təşkilatlara qarşı neqativ mənada radikal münasibətindən danışmaq lazımdır. İndi haqqında danışdığınız, söyüş müxalifəti adlandırdığımız problemin kökündə iqtidarın apardığı radikal siyasət dayanıb. Bu görüş olarsa, qucaq açılarsa hamıya, bu zaman o söyüş müxalifətinin təsir effektivliyi qat-qat azalar. Bu problemin kökündə uzun illərdən bəri yeni müxalifət yaratmaq təbliğatının aparılması dayanır. Buyurun, bu da sizin yeni müxalifətiniz. Hamını narahat edən, mövcud olan o problemi siz yaratmısız. Yeni müxalifətiniz budur. Milyonlarla vəsairt xərcləndi, demokratik institutların, partiyaların ofisləri bağlandı. İqtidar daxilində buna məsıiyyət daşıyan məmurların, YAP daxilindəkilərin də məsələsi müzakirə olunmalıdır. İqitdarda baş verən hadisələri hər bir vətəndaş dəyərləndirmək hüququna malikdir”.

P.Hüseyn bildirdi ki, daha öncə köklü islahatlarla dəyişikliyə layihəsi hazırlayarkən YAP rəsmilərini, Əli Əhmədovu, Siyavuş Novruzovu, Aydın Mirzəzadəni dəvət ediblər: “Əvəzində sıfır reaksya adıq. Təklif etdik YAP qərargahına gəlib, müzairə edib, araşdıraq. Etinasızlıq göstərildi. Nəticəsi onların apardığı siyasəin zərərinə oldu. Azad sözü onların üzünə bağlayacaqsız? Onlar da bir vasitə tapacaqlar. Qapıları alternativ fikirlərin üzünə açmaq lazımdır. Ölkədə sosial-iqtisadi islahatlar dərinləşməlidir. Bunlar siyasi islahatlarla dərinləşdiriməsi, heç bir effetk verilməyəcək”.

AXP sədri sonda YAP rəhbərliyinə müraciət etdi: “Öz aranızda birlik yaradın. Şayiələr gəzir ki, PA-da bu tədbirdən xəbərləri yoxdur. Bu məsələdə qayda-qanun yaradılsın. Əgər həqiqi, dərin, sosial, iqtisadi islahatlar olacaqsa, buna qarşı çıxanlar olacaqsa, biz bu islahatları həyata keçirənlərin yanında olacağıq. Əli Kərimlini parlamentdə söyüb təhqir edəndə deputatlar qarşı çıxsaydı, ona qarşı səs çıxarılsaydı, bunlar davam etməzdi”.

 AzPolitika.info

635x100

Şərhlər

Azer 2019-09-11 14:08:18

SÖYÜŞ RİTORİKASININ TƏMƏLİNİ MİLLİ NƏCLİSDƏ MÜSTƏQİL AKADEMİKİMİZ QOYDU- ÖZÜ DƏ ÇOX HAQLI ŞƏKİLDƏ ! ALLAH ONA RƏHMƏT ELƏSİN!

O.B.N 2019-09-11 14:08:18

Bu dəyirmi masa xalqa hava-su kimi lazımdır.Yaranmış vəziyyəti soyuq başla müzakirə edib nəticə çıxarmaq lazımdı. Ultimatum heç kimə xeyr verməz.Qarabağın azad edilməsinin,büdcədən oğurlanan pulların qaytarılması,yerli bazlığın aradan qaldırma yolların tapmaq üçün, idarəçilikdə kadırarı savad və bacarığa görə seçilməsi müzakirə edilməlidir.Qaldı söyüşə onun bünövrəsi M M qoyulüb.Söyüş həriki halda yol verilməzdir.Xalqa güvənmək lazımdır,oğru məmurları köməyə çağırmaq yox.Onlar büdcə oğrusudu sizə nə edə

ss 2019-09-11 14:08:18

Bu son zamanlar yaman el-ayaga dushub.....

patriot 2019-09-11 14:08:18

əli əhmədov hec özüdə bilmir nə deyir !! əğər sən beləsənsə niyə ermənilərə demirsən ay diqa cix azərbaycan torpaqindan .....?

Şuşalı Şəmşir 2019-09-11 14:08:18

"Heç bir Dövlətə, Beynəlxalq təşkilata (hansısa) dövlətin daxili işinə qarışmaq səlahiyyəti verilməyib"! Ha zırda Artsax adlanan Azərbaycanın DQMVi Ermənistan hərbi qüvvələri ilə DQMV və ətraf rayonlarını azərbaycanlılara qarşı siyasi-hərbi genosidlə işğal edib və BMT TŞnın operativ həll qətnaməsinə zidd hərbi əsarətdə saxlamaqdadır. Özümüzü müstəqil dövlət sayırıqsa hamımız bunu müzakirə edib, bu ərazimizdə də səlahiyyətimizi operativ qaydada bərpa etməliyik.

Elli 2019-09-11 14:08:18

Qarabağ və ətraf yeddi rayon mütləq alınmalıdır.Həmrəylik onda yaranacaq

EJDER 2019-09-11 14:08:18

AYE BU ... OZU OZUNU TEKZIB EDIR,OTUZ ILDI QARABAQI VERF,QARTARA BILMIRSINIZ.

Edalet 2019-09-11 14:08:18

Milyardlari quldurluq yoluyla menimsemiw nazir niye indiye kimi heps olunmayib.Ona gore insanlarda inam qalmayib dovlete,mehkemeye.Bu bele davam ede bilmez.

veten dashi 2019-09-11 14:08:18

Bunları narahat edən əsas söyüşlərdi .Yəqin övladları və cəmiyyət qarşısında xəcalət çəkməyə başlayıblar.Əhəd Abıyevi,Hüseynbala Mirələmovu Hafiz Hacıyevi ekranlara cıxardıb siyasətə söyüş mədəniyyətini sizler getirdiniz.Bəzi siyasətçilər çürük bir mübarizə formasına əl atdılar nəticəsi də o oldu ki ,səsi hec yerə catmayanlar söyüş ritorikasina kecdiler.Siyasətdə söyüş ritorikasını yığışdırmaq lazımdır.Ay bədbəxtlər siz cənfəşanlıq etdiz boşbaöğazlıqla məşğul olduz onlar isə özlərinə biznes qurdular.

Son yazılar