"İnanmırdım ki, bu xəsarətlə ölər" - 24 yaşlı oğlanı bıçaqlayan şəxs

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda gənc oğlanın ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş şəxsin anası bildirib ki, oğlu xəsarət alandan sonra vaxtında xəstəxanaya çatdırılmayıb: "Yanında olan dostları oğlumu saatlarla Sumqayıtda gəzdirib, sonra Bakıya xəstəxanaya gətiriblər. Xəstəxanaya çatandan 20 dəqiqə sonra isə deyiblər ki, Faiq ölüb. Heç olmasa, Sahib özü vurandan sonra xəstəxanaya aparaydı...".

Təqsirləndirilən S.Nadirov bildirib ki, vurduğu şəxsin xəsarətlərinin ağır olduğunu bilməyib: "İnanmırdım ki, bu xəsarətlə ölər. Bilsəydim, tez xəstəxanaya çatdırardım".

Növbəti proses sentyabrın 20-ə təyin edilib.

İttihama görə, bu ilin iyun ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Cəlilabad rayon sakini, 24 yaşlı Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən Sahib Nadirov polis tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.

635x100

Şərhlər

t.ədalət 2019-09-11 14:28:37

Axı,bu cani "ehtiyatsızlıq"dan yox,şüurlu surətdə adam öldürüb.Bıçağı çıxarıb kiminsə qarnına soxmaq,nə vaxtdan ehtiyatsızlıq olub?Qanunlarımızın savadsız adamlar tərəfindən hazırlanması aradan qaldırılmalı,doğru-düzgün maddələr yazılmalıdır."Ehtiyatsızlıq",kiminsə ehtiyatsızlıqdan haradansa yıxılıb xəsarət almasına deyilir..

Son yazılar